“Azərpoçt“ MMC-də 27 Sentyabr – Anım Günü qeyd olunub.


27.09.2022 1257


 

Əvvəlcə qurumun inzibati binasında  təşkil olunan tədbirdə  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri açıq elan edən “Azərpoçt” MMC-nin İdarə heyətinin sədri Əfqan Cəlilov Vətən müharibəsi haqqında çıxış edib. 

 

Qeyd olunub ki, Vətən müharibəsinin ilk günlərindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və tabeli qurumlarının əməkdaşları da cəbhəyə yollanaraq döyüşlərdə qəhrəmancasına iştirak etmişlər. “Azərpoçt” MMC-nin 39 əməkdaşı da onların sırasında olub.

 

Bir nəfər əməkdaşımız Rəhimov Rəşad İlqar oğlu şəhidlik zirvəsinə ucalıb.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rəşad Rəhimov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”,“Füzulinin azad olunmasına görə”, Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Tədbirin sonunda Vətən müharibəsinə həsr olunan film nümayiş olunub.

 

Daha sonra təbdir iştirakçıları şəhidin xatirəsini məzarı önünə tər gül dəstələri düzərək yad etmiş, ailə üzvlərinə, yaxınlarına başsağlığı verərək mənəvi dəstək göstərmişlər. Bildirilib ki, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir. Onların adını uca tutmaq, əbədiləşdirmək, yaxınlarına,doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.

 



Onlayn konsultasiya