“Azərpoçt” MMC Beynəlxalq Əməkdaşlıq üzrə Alman Sənaye Fondu ilə SES layihəsində növbəti əməkdaşlıq.


19.09.2022 1391


 

“Azərpoçt” MMC  Beynəlxalq Əməkdaşlıq üzrə Alman Sənaye Fondu ilə SES (Senior Experten Service - SES) layihəsi çərçivəsində əməkdaşlığa başlayıb.

 

Əməkdaşlıq çərçivəsində layihənin poçt sahəsi üzrə eksperti Karl-Gerold Mende “Azərpoçt”da bir sıra strukturlarla görüş keçirib, beynəlxalq təcrübəyə əsaslanan təcrübələrini bölüşüb. 

 

Mende “Azərpoçt”da bir sıra strukturlarla görüş keçirib, beynəlxalq təcrübəyə əsaslanan təcrübələrini bölüşüb.

 

Üç mərhələdən ibarət əməkdaşlığın məqsədi ilkin diaqnoz, yəni poçt sistemindəki boşluqların müəyyənləşdirilməsi, ardınca həmin boşluqların prioritetləşdirilməsi, daha sonra həll yollarının işlənib-hazırlanmasıdır.

 

Qeyd edək ki, “Azərpoçt”un bütün əməkdaşlıq layihələrinin məqsədi xidmət keyfiyyətinin yaxşılaşdırılması və bazar standartlarına uyğun məhsulların təqdim olunmasıdır.

 


Onlayn konsultasiya