Vətəndaşlar “Azərpoçt” MMC-nin Çağrı Mərkəzinin fəaliyyətindən razıdırlar


12.04.2022 1109


Media Təhlil Mərkəzi (MTM) dövlət və özəl qurumların Çağrı Mərkəzlərinin fəaliyyət indeksini müəyyənləşdirmək üçün sorğu keçirib.

 

Qurumların Çağrı Mərkəzlərinin fəaliyyəti 10 ballıq şkala üzrə 4 səviyyədə (9-10; 6-8; 3-5; 0-2) qiymətləndirilib.

 

“Azərpoçt” MMC-nin 169 Çağrı Mərkəzinin fəaliyyəti  ən yüksək, yəni  9-10 ballıq şkala ilə qiymətləndirilərək, aşağıdakı kimi şəhr edilib: " Müraciətlərin çox olmasına baxmayaraq, zənglərə vaxtında cavab verilir"

 

Qeyd edək ki, ölçmə zamanı bir ay müddətində telefon vasitəsilə həyata keçirilən sorğuda Çağrı Mərkəzlərinin xidmət operativliyi, vətəndaşlarla danışıq səviyyəsi, suallara verilən cavablar və problemlərin həllinə obyektiv, düzgün yanaşma meyarları əsas götürülüb.

 

Xatırladaq ki, “Azərpoçt” MMC-nin 169 Çağrı Mərkəzi şənbə, bazar və bayram günləri də daxil olmaqla hər gün 24 saat vətəndaşlara xidmət göstərir.

 



Onlayn konsultasiya