“Azərpoçt” MMC-nin yeni layihəsi çərçivəsində 1000-ə yaxın bağlama təhvil verilib


16.11.2021 1982


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC “Sədərək” Ticarət Mərkəzindən alınan məhsulların Bakı və bölgələr üzrə çatdırılması xidmətini uğurla davam etdirir. Yeni xidmət vasitəsilə göndərişlərin sərfəli qiymətə və təhlükəsiz şəraitdə respublikanın istənilən bölgəsinə (Naxçıvan Muxtar Respublikası daxil olmaqla) çatdırılması təmin olunur.

Layihə çərçivəsində göndərişlərin sayı gündən-günə artır ki, bu da müştərilərin məmnuniyyət səviyyəsinin bariz nümunəsidir.

Belə ki, noyabr ayının ilk yarısında göndərilən bağlamaların sayında oktyabr ayına nisbətən iki dəfə artım müşahidə edilib. Qısa müddət ərzində 1000-ə yaxın bağlama ünvanlara təhvil verilib. Göndərişlərin əksəriyyəti “Sədərək” Ticarət Mərkəzində onlayn ticarət vasitəsilə satılan məhsullardır.

 

Qeyd edək ki, vətəndaşlar ölkədaxili ən sürətli və sərfəli poçt xidmətlərini təqdim edən “Azərpoçt” MMC-yə müraciət etməklə qeyd edilən ticarət mərkəzindən alınan məhsulları (qida və tez xarab olan mallar istisna olmaqla) birbaşa ünvanlarında əldə edə bilərlər.

 

Xatırladaq ki, xidmət onlayn sifarişlərə də şamil olunur.

 

 



Onlayn konsultasiya