28 may Respublika günü münasibətilə şəhid və əlil ailələrinə sovqat


28.05.2020 3582


Nəqliyyat, Rabitə və Yüksk Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC və “Azercell Telekom” bölgələrdə yaşayan şəhid, əlil və aztəminatlı ailələri sevindirdi.


 

Korporativ sosial məsuliyyət strategiyasının ayrılmaz hissəsi olaraq Azərbaycan Milli Cümhuriyyətinin yaranması günündə ölkə vətəndaşları arasında xüsusi həssas təbəqələri yenə də diqqət mərkəzində saxlanıldı. İmişli, Ağstafa və Şamaxı rayonlarından 1000-dən artıq Qarabağ əlilləri və Çernobl AES qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən əlillərin ailələri, eləcə də aztəminatlı ailələrə şirkət tərəfindən ərzaq bağlamalarından ibarət bayram hədiyyələri paylanıldı.

 

Bu xeyriyyə təşəbbüsü zamanı da sovqatlar "Azərpoçt” MMC tərəfindən müxtəlif ünvanlara çatdırılıb. Qeyd edək ki, əlil və aztəminatlı ailələrin siyahısı yerli İcra Hakimiyyəti orqanları tərəfindən təqdim olunub.

 

Xatırladaq ki, bundan öncə də “Azərpoçt” MMC və "Azercell Telekom” MMC həssas qrup kateqoriyasından olan insanlara qayğı və dəstək məqsədilə Novruz bayramı və Ramazan bayramı münasibətilə, eləcə də koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində 10 000-dən çox aztəminatlı və əlil üzvü olan ailəyə bayram sovqatı paylayıb.

 

 

 



Onlayn konsultasiya