Butan poçtu


02.04.2020 3198


Butanın poçtu və poçt markalarının tarixi 1962-ci ildən başlayır, bu ildən etibarən poçt şöbələrinin açılması və özünə məxsus poçt markalarının nəşr edilməsi başlanıldı. Krallıq 1969-cu ildən Ümumdünya poçt birliyinin üzvüdür.

 

Butan öz qeyri- adi markaları ilə tanınıb,burada markaların emissiyası müqavilələr əsasında aparılır. Adıçəkilən müqavilələr Yaponiya, İtaliya, Böyük Britaniya və başqa xarici filatelist agentlikləri ilə imzalanır. Qeyd edək ki, markaların emissiyası ölkə poçtunun tələbindən qat-qat çox olur. 

 

1962-ci ilə kimi Butanın poçt əlaqələri ibtidai vəziyyətdə idi, cüzi miqdarda beynalxalq korrespondensiya göndərilməsi üçün Hindistanın ən yaxın poçt şöbəsindən istifadə edilirdi.İlk Butan poçt şöbəsi  isə 1962-ci ildə Hindistanla sərhəddə olan Phunçolinq şəhərində fəaliyyətə başlayıb. Butanın poçt idarəsi Rabitə Nazirliyinin nəznində yaradılan Teleqraf və  Poçt departmentinə tabe idi. Qurum rəhbərliyinin  əsas məqsədi ölkənin balanslaşdırılmış sosial-iqtisadi inkişafına təkan vermək idi. Əvvəllər Butanın poçt xidməti məktubların çatdırılması, poçt açıqcaları və banderollar kimi adi və sadə xidmətlər təklif edirdi.  

 

Müasir poçt operatoru olan Butan Poçt korporasiyası 1996-cı ilin 1 oktyabr  tarixində təsis edilib.

 

2010-cu ildə artıq 89 poçt şöbəsi ilə bir sıra müasir xidmətlər göstərən Butan şəhəri 2008-ci ildə dünyada ilk dəfə, Bert Toddun həyatının son illərində xəyal etdiyi optik disklərdə (CD-ROM şəklində) poçt markaları buraxdı. Digər oxşar marka 2009-cu ildə istehsal edildli.  

 

Bu gün Butan poçtu  markalarının dünyada ən çox tələb olunan markalar olması ilə məhşurdur, elə əsas gəlirləri də məhz bu sahə ilə xarakterizə olunur.



Onlayn konsultasiya