“Azərpoçt” MMC tərəfindən bu günədək 3 mindən artıq ailəyə yardım paylanılıb


28.03.2020 4367


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri ilə birgə həssas qrup kateqoriyadan olan, eləcə də tənha yaşayan ahıl vətəndaşlara yardım paylanılmasını davam etdirir.

Xeyriyyə aksiyası koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində xüsusi karantin rejimi ilə əlaqədar olaraq Prezident İlham Əliyevin çağırışına əsasən həyata keçirilir.

Bir neçə gündür davam edən aksiya növbəti dəfə Sumqayıt şəhərində və Abşeron rayonunda baş tutub. Sosial izolyasiya tədbirlərinə dəstək məqsədilə bu günə qədər 3 min 29 vətəndaşa yardım paylanılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edilib. Bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan “Azərpoçt” MMC tərəfindən aksiya davam etdiriləcək.



Onlayn konsultasiya