“Poçt haqqında ən yaxşı mövzu” müsabiqəsi başa çattı


24.02.2020 1419


“Belpoçta”nın  jurnalistlər arasında keçirtdiyi “Poçt haqqında ən yaxşı mövzu” müsabiqəsi başa çattı. “Belpoçta” poçt haqqında olan bütün yazıların ən yaxşı müəlliflərini mükafatlandırdı.

 

Hər il yaradıcılıq  müsabiqəsində iştirak edən respublika jurnalistləri öz oxucularına, tamaşaçılarına və dinləyicilərinə şirkətin ən mühüm hadisələrindən, yenilik və uğurlarından, poçt işinin peşəkarlarından maraqlı, maarifləndirici yazılar təqdim edirlər.

 

Bu dəfəki müsabiqəyə 50 jurnalist tərəfindən təqdim edilən yazı və reportajların başlıca qəhrəmanları poçt işçiləri, öz peşəsini sevən məsuliyyətli, əməksevər, səmimi insanlar olan poçtalyonlar, sürücülər, əməliyyatçılar, çeşidləyicilər, texniklər olublar. Poçt bütün bu insanların həyatının mühüm hissəsidir.

 

2019-cu ildə çap və elektron KİV jurnalistləri arasında “Poçt haqqında ən yaxşı mövzu” müsabiqəsi poçt mövzusunda yazan jurnalistlərə dəstək məqsədilə keçirilib.

 

Müsabiqə 2019-cu ilin 10 iyun tarixində start verilib. Müsabiqənin qalibləri diplom və mükafatlarla təltif olunub.



Onlayn konsultasiya