“EXPO-2020 Dubai” sərgisinə həsr olunan poçt markası


21.02.2020 1572


Monako poçtu “La Poste Monaco” Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində keçiriləcək “EXPO-2020 Dubai” sərgisinə həsr olunan poçt markasını dövriyyəyə buraxıb.

“EXPO-2020 Dubai” adlı bu poçt markası 40.85х30 mm ölçüsündə hazırlanıb və poçt vərəqində 10 ədədlə təsvir edilib.

Nominal dəyəri 1avro 16 sent təşkil edən orijinal poçt markasının tiraji 70 min nüsxədir.

Buraxılışa əlavə olaraq “İlk gün” zərfi və möhür hazırlanıb. Bundan əlavə markanın üzərinə xüsusi həkketmə həyata keçirilib.

Sərgiyə həsr olunan bu maraqlı poçt markası “Creaphil” çap evində işıq üzü görüb.

 

Qeyd edək ki, Fransa paytaxtı Parisdə Beynəlxalq Sərgi Bürosunda keçirilən səsvermə nəticəsində Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhəri “EXPO-2020”-yə ev sahibliyi etmək hüququna layiq görülüb.

Sərgi 2020-ci il oktyabrın 20-dən 2021-ci il aprelin 10-dək Dubayda keçiriləcək.

Yaxın Şərq, Afrika və Cənubi Asiya bölgəsində keçiriləcək ilk Ümumdünya Sərgisi – “EXPO 2020 Dubai”ın 25 milyon ziyarətçisi olacağı gözlənilir. 

 



Onlayn konsultasiya