Məşhur məscidə həsr olunan markalar


17.02.2020 1628


Birləşmiş Ərəb Əmirlikləri “Şarja məscidləri” adlı poçt markalarını dövriyyəyə buraxıb. Markalar Şarja əmirliyinin şeyxi Sultan bin Məhəmməd Əl-Qassinin təşəbbüsü ilə ərsəyə gəldi. Bu maraqlı poçt markasında Şarja şəhərindəki ən məşhur Əl Nur məscidi təsvir edilib.

 

Şarja şeyxi xatirə markaları olan bir sıra zərfləri şəxsən imzalayıb.

 

Qeyd edək ki, Əl Nur məscidi islam memarlığının ən bariz nümunəsidir. Şərq ənənələrində inşa edilmiş Şarjadakı ən gözəl bina sayıla bilər. Şəhərdə 600-ə yaxın məscidin olmasına baxmayaraq, Əl Nur bu ən məşhur məsciddir.

Məscid Şarja şeyxinin həyat yoldaşının göstərişi ilə mərhumun böyük oğlu Şeyx Məhəmməd bin Sultan əl-Qasiminin xatirəsinə inşa edilib. Tikinti 2003-cü ildən 2005-ci ilə qədər davam edib.



Onlayn konsultasiya