Estoniya poçtunun yeni markası dövriyyədə


29.01.2020 1329


Estoniyanın "Eesti Post (Omniva)" SC şirkəti “Çin Yeni ili – 2020 Siçan ili” adlı poçt markasını dövriyyəyə buraxıb. Siçan ilinə həsr olunan poçt vərəqi 20 markadan ibarətdir və  4х5 ölçülərində hazırlanıb. Markaların ölçüləri isə 40.88 x 41.3 mm təşkil edir.

 

Nominal dəyəri 1.50 avro olan bu poçt markası “AS Vaba Maa” çap evində işıq üzü görüb. Tirajı 25 min nüsxə təşkil edən markalar dizayner Triin Heymana məxsusdur.

 

Buraxılışa əlavə olaraq “İlk gün” zərfi və möhür hazırlanıb. Bundan əlavə markaların üzərinə xüsusi həkketmə həyata keçirilib.

 

Qeyd edək ki, Çin təqviminə görə isə Yeni il adət etdiyimiz kimi yanvarın 1-dən başlamayıb. Qaban öz yerini Siçana 25 yanvarda təqdim edib.



Onlayn konsultasiya