Dünyanın ən soyuq qitəsi və onu kəşf edənlərə həsr olunan poçt bloku


27.01.2020 1498


Yanvarın 28-də Rusiya Federasiyası və Estoniya Respublikasının birgə buraxılışı çərçivəsində poçt bloku tədavülə buraxılacaq.

Maraqlı poçt bloku dünyanın ən soyuq qitəsi - Antarktidanın kəşfinin 200 illiyinə və dənizçilər Mixail Lazarev, Faddey Bellinshauzenə həsr olunacaq.

Poçt markalı blokun üzərində M.Lazarev və F.Bellinshauzenin portretləri yer alacaq, həmçinin Antarktida peyzajı təsvir olunacaq.

Poçt markalarının dövriyyəyə buraxıldığı gün, Moskva, Sankt-Peterburq, Penza, Sevastopol, Vladimir şəhərləri üçün “İlk gün” zərfi və möhür hazırlanacaq. Bundan əlavə markanın üzərinə xüsusi həkketmə həyata keçiriləcək.

Hər markanın nominal dəyəri 50 rubl, blokun tiraji isə 27 min nüsxə təşkil edəcək. Poçt bloku 124×70 mm, blokda olan poçt markaları isə 30×42 mm ölçülərində hazırlanacaq.

Layihə dizayner-rəssam İ.Ulyanovskiyə məxsusdur.

Qeyd edək ki, ən soyuq, ən quru, ən küləkli və ən yüksək materik olan Antarktidanı 1820-ci ildə Mixail Lazarev və Faddey Bellinshauzenin kəşf edib.



Onlayn konsultasiya