"Əl Yazısı Günü" münasibətilə “Belpoçta” aksiya keçirib


24.01.2020 1155


Yanvar ayının 23-də “Belpoçta” RUM xüsusi ayrılmış poçt rabitəsi şöbələrində "Əl Yazısı Günü" münasibətilə aksiya keçirib.

Belpoçta”nın əməkdaşları xoş sözlər yazan, məktub, açıqca göndərmək istəyən hər bir şəxsin göndərişini bütün Belarus ərazisində pulsuz çatdırılmasını reallaşdırıb.

 

Dövrümüzdə kompüterlərin, elektron poçtların, mesajların, sosial medianin və digər sürətli ünsiyyət vasitələrinin ildən-ilə populyarlıq qazanması müasir insanı öz fikirlərini əli ilə yazaraq ifadə etməkdən uzaqlaşdırıb. Bəlkə də yaxın gələcəkdə əl ilə yazılan məktub və ya açıqca arzuolunan hədiyyəyə çevriləcək.

 

Tədbir çərçivəsində müəssisənin mütəxəssisləri müştərilərə poçt kartlarına müraciət qaydalarına riayət olunması, ünvanların düzgün yazılması, Belpoçta onlayn mağazasında mal və poçt məhsullarının alınması, habelə müəssisənin yeni xidmətləri, təqdimatları haqqında məlumat verib.

 

Qeyd edək ki, bu günün qeyd olunmasında əsas məqsəd cəmiyyətə hər bir insanın əl yazısının özünəməxsusluğunu, unikallığını, əl ilə yazı yazmağın vacibliyini xatırlatmaqdır.



Onlayn konsultasiya