Jurnalistlər arasında “Poçt haqqında ən yaxşı mövzu” müsabiqəsi


12.11.2019 1983


Belarusun “Belpoçta” Respublika Unitar Müəssisəsi (RUM) çap və elektron KİV jurnalistlərini “Poçt haqqında ən yaxşı mövzu” müsabiqəsində iştirak etməyə dəvət edir. Hər il yaradıcılıq müsabiqəsində iştirak edən respublika jurnalistləri öz oxucularına, tamaşaçılarına və dinləyicilərinə şirkətin ən mühüm hadisələrindən, yenilik və uğurlarından, poçt işinin peşəkarlarından maraqlı, maarifləndirici söhbətlər təqdim edirlər. 
Müsabiqəyə təqdim edilən yazı və reportajların başlıca qəhrəmanları olan poçt işçiləri, öz peşəsini sevən məsuliyyətli, əməksevər və səmimi insanlar olan poçtalyonlar, sürücülər, əməliyyatçılar, çeşidləyicilər, texniklərdir. Poçt bütün bu insanların həyatının mühüm hissəsidir. 
2019-cu ildə çap və elektron KİV jurnalistləri arasında “Poçt haqqında ən yaxşı mövzu” müsabiqəsi poçtla bağlı yazan jurnalistlərə dəstək məqsədilə keçirilir. Müsabiqənin keçirilmə müddəti 2019-cu  il iyunun 1-dən dekabrın 1-dək olan dövrü əhatə edir. Müsabiqə işlərinin mövzusu: “Belpoçta” RUM - milli ənənəyə müasir baxış”. 
Müsabiqədə iştirak üçün ərizələr, habelə müsabiqə işləri poçtla 2019-cu il dekabrın 7-dək aşağıdakı ünvana göndərilməlidir:
Kimə: “Belpoçta” RUM, “Poçt haqqında ən yaxşı mövzu” müsabiqəsi qeydi ilə.
Haraya: “Belpoçta” a/q, 220050, Minsk şəhəri.
Video və radiomateriallar rəqəmsal formatda DVD və CD disklərdə poçtla, yaxud zhuravskaya@belpost.by elektron ünvanına qəbul olunur. Müsabiqəyə təqdim edilmiş işlər və müsabiqədə iştirak ərizələri əsasında 2020-ci ilin yanvarında yekun vurulacaq. Müsabiqənin qalibləri və mükafatçıları diplom və mükafatlarla təltif olunacaq.
 


Onlayn konsultasiya