“Kino xəbərin 75 illiyi” poçt məhsulunda


04.11.2019 2104


Serbiya milli poçt xidməti “Kino xəbərin yaranmasının 75 illiyi” adlı poçt markasını dövriyyəyə buraxıb. 30,45х35 mm ölçülərində hazırlanan poçt markası 25 min tirajla istehsal olunub.

Poçt vərəqində 8 marka və 6 kupon təsvir olunub. Poçt markasının üzərində “Kino xəbər” verilişinə həsr olunan filmin giriş reportaj kadrları yer alıb. Bu maraqlı poçt markasının nominal dəyərləri 27.00 dinardır.

Kino xəbərə həsr olunan bu poçt məhsulu “Forum” Novi Sad çap evində işıq üzü görüb. Layihənin dizaynı Anamari Bandjaka məxsusdur.

Qeyd edək ki, “Kino xəbər” 75 ildir ki, Serbiya Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyində mədəni irsin qorunmasına xidmət edən kino arxividir. 20 oktyabr 1944-cü ildə Yuqoslaviyanın keçmiş Prezidenti Yosip Broz Tito tərəfindən yaradılıb. 75 il ərzində 2 min 813 kinojurnal istehsal olunaraq Yuqoslaviyanın bütün kinoteatrlarında nümayiş olunub və bu gün də orda sənədli filmlərin istehsalı davam edir.



Onlayn konsultasiya