“Azərpoçt” MMC ağacəkmə aksiyası keçirib


07.10.2019 2255


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC ağacəkmə aksiyası keçirib. Tədbir Ümumdünya Poçt İttifaqının 145 illik yubileyinə həsr olunub.

“Azərpoçt” MMC-nin və Sumqayıt filialının təşkilatçılığı ilə baş tutan aksiya, şəhərin 15-ci məhəlləsində keçirilib. Ağacəkmə kampaniyasında “Azərpoçt” MMC-nin rəhbərliyi, Sumqayıt poçt filialı və şöbələrinin əməkdaşları iştirak edib.

Ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət kəsb edən aksiya, eyni zamanda Sumqayıt şəhərinin 70 illiyinə bir töhfədir.

Qeyd edək ki, aksiya zamanı Ümumdünya Poçt İtiifaqının 145 illiyi münasibətilə simvolik olaraq eyni sayda ağac əkilib. Ərazidə olan bir çox bitkiyə qulluq göstərilib, təmizlik və abadlaşdırma işləri aparılıb.

“Azərpoçt” MMC tərəfindən yaşıllıq zolaqlarının salınması işləri gələcəkdə də davam etdiriləcək.



Onlayn konsultasiya