“Dünya gənclərin gözü ilə” adlı poçt məhsulu tədavülə buraxılıb


01.10.2019 1895


Polşa poçtu “Dünya gənclərin gözü ilə” adlı poçt məhsulunu dövriyyəyə buraxıb. Poçt bloku 3 poçt markasından ibarətdir. Markaların ölçüləri 51х39.5 mm, hər markanın tiraji isə 100 min nüsxədir.

Layihə rəssamlar Paulina Malarz, Karolina Rupik və Patrik Zelanski, dizayner Rox Stefanyaka məxsusdur. Bu maraqlı poçt markalarının nominal dəyəri 3.30 PLN təşkil edir.

Buraxılışa əlavə olaraq poçt markalarının dövriyyəyə buraxıldığı gün Varşava şəhəri üçün “İlk gün” zərfi və möhür hazırlanacaq. Poçt markalı zərfin üzərinə xüsusi həkketmə həyata keçiriləcək.



Onlayn konsultasiya