Kalaşnikov avtomatının yaradıcısına həsr olunan marka


13.09.2019 1951


18 sentyabr tarixində Kalaşnikov avtomatının yaradıcısı, general-leytenant məşhur Mixail Kalaşnikovun anadan olmasının 100 illik yubileyinə həsr edilən poçt bloku tədavülə buraxılacaq. Markanın üzərində Mixail Kalaşnikovun portreti təsvir olunacaq, poçt blokunun sahələrində isə Kalaşnikov avtomatının rəsmi öz əksini tapacaq.

Buraxılışa əlavə olaraq Moskva, Sankt-Peterburq və İjevsk şəhərləri üçün 2 ədəd “İlk gün” zərfi və möhür hazırlanacaq.

Bu orijinal poçt markasının nominal dəyəri 100 rubl, blokun tiraji isə 35 min nüsxə təşkil edəcək. Poçt blokunun ölçüsü 90×75 mm, blokda olan poçt markasının ölçüsü isə 50×42 mm –dir. Layihə dizayner-rəssam V. Beltyukova məxsusdur.

Qeyd edək ki, 1941-ci ildə Mixail Kalaşnikov məşhur avtomatının ilk modelini icad edərək, onun eskizlərini və ilk variantını yaradıb. Yeni avtomat üzərində tamamlama işləri 1947-ci ildə bitib. Nəticədə Kalaşnikov avtomatına "AK47" adı verilib.

Mixail Kalaşnikovun avtomat silahı dünyada ən məşhur və geniş yayılmış odlu silah növünə çevrilib. Onlarla ölkənin ordusu bu avtomatla silahlanıb, Kalaşnikov avtomatının təsviri bir neçə dövlətin milli bayrağını bəzəyir.



Onlayn konsultasiya