“Məktəbəqədər fəaliyyətin 100 illiyi” və “Uşaq günləri” adlı poçt məxsulları dövriyyədə


11.09.2019 71


Serbiya milli poçt xidməti “Məktəbəqədər fəaliyyətin 100 illiyi” və “Uşaq günləri” adlı poçt məhsullarını tədavülə buraxıb. Poçt məhsulu 42х37,7 mm ölçülərində hazırlanan 4 markadan və zərfdən ibarətdir. Markaların tiraji 25 min nüsxə təşkil edir. Poçt vərəqində 16 marka təsvir olunub və Belqrad şəhərinin “Uşaq günü” adlı məktəbəqədər müəssisəsinin uşaqlarının rəsmləri öz əksini tapıb. Bu maraqlı poçt markalarının nominal dəyərləri 27.00 dinardır. Layihənin dizaynı Nadejda Skoçayiça məxsusdur.

Qeyd edək ki, Belqradda ilk uşaq günü 28 iyun 1919-cu ildə qeyd olunub.



Onlayn konsultasiya