Dahi şairin 220 illiyinə həsr olunan markalar


10.09.2019 1896


Rusiya poçtu dahi rus şairi, dramaturq, müasir rus ədəbi dilinin banisi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 220 illik yubileyinə həsr olunan poçt markasını dövriyyəyə buraxıb. Poçt markasının üzərində A.S. Puşkinin portreti və şairin adını daşıyan Moskva Dövlət Rus Dili İnstitutu təsvir olunub. Bundan başqa markanın üzərində yeni nominalın görüntüsü də öz əksini tapıb. Bu orijinal poçt markasının nominal dəyəri 45 rubl, tiraji isə 56 min nüsxə təşkil edir. Markanın ölçüsü 65×32,5 mm, vərəqin ölçüsü isə 152×152 mm –dir. Layihə dizayner-rəssam S. Ulyanovskiya məxsusdur.

Qeyd edək ki, bu il görkəmli rus şairi A.S.Puşkinin anadan olmasından 220 il keçir. Cəmi 37 il ömür sürən və dueldə həyatını itirən rus ədibi Şərq mövzusundakı əsərlərində qəzəl formasından da istifadə edib. Rus romantik ədəbiyyatının ən görkəmli nümayəndəsi olan Puşkin Rusiyanın "ən böyük şairi" və müasir rus ədəbiyyatının banisi hesab edilir. Azərbaycan dramaturqu Mirzə Fətəli Axundov şairin ölümünə "Puşkinin ölümünə Şərq poeması" əsərini ithaf edib.



Onlayn konsultasiya