Daş kərtənkələsi markalarda


18.04.2019 2077


Çernoqoriya poçtu “Fauna 2019–Proklet kərtənkələsi”nə həsr olunan poçt markasını tədavülə buraxıb. 42х 28 mm ölçülərində hazırlanan poçt markası 50 min nüsxə tirajı ilə dövriyyədədir. Bu orijinal poçt markasının nominal dəyəri 95 sent təşkil edir. Layihə dizayner rəssam Zoran Popoviça məxsusdur.

Qeyd edək ki, Proklet, yəni daş kərtənkələsi endemik heyvan növünə aiddir. Yalnız Prokletiya bölgəsində-Kuçi dağlarında və Albaniyanın bir neçə ərazisində rast gəlinir.  

Bu kərtənkələ 2007-ci ildə Bukumir gölü yaxınlığında aşkar edilib və başqa dünyanın heç bir yerində daş kərtənkələsini görmək mümkün deyil. Bu heyvan növü Çernoqoriya bioloji müxtəlifliyinə görə də çox mühüm hesab edilir.



Onlayn konsultasiya