"Azərpoçt" MMC vakansiya elan edir
08.06.2023
1089
Ölkənin yeganə milli poçt operatoru “Azərpoçt” MMC Risklərin idarə olunması üzrə Aparıcı/Baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Vəzifə Öhdəlikləri:
-
Bazar və likvidlik risklərinin təhlili, icrası və hesabatlığının aparılması
-
Müxtəlif ssenarilər üzrə cəmiyyətin risklərə dayanıqlığını ölçməyə imkan verən risk modellərinin hazırlanması, stress-testlərin keçirilməsi;
-
Cəmiyyətin məhsul və xidmətlərinin təhlili;
-
Risklərin müəyyən olunması (limit təyini) və idarə olunması üzrə təkliflərin verilməsi;
-
Risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə hesabatların hazırlanması.
-
Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələri həyata keçirmək;
Namizədə dair tələblər:
-
Minimum 2 il iş təcrübəsi olan (Maliyyə, investisiya, bazar risklərin idarə olunması sahəsi üzrə arzuolunandır);
-
MS Excel, Power BI proqram bilikləri;
-
Komandada işləmək bacarığı;
-
Təqdimat və ünsiyyət bacarığı;
-
Azərbaycan dili yüksək səviyyədə, Rus dili və İngilis dili orta səviyyədə;
-
Stressə dözümlük, gərgin iş rejimində işləmək bacarığı.
İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan: Ü.Hacıbəyli 72)
İş vaxtı: Həftəiçi 5 gün, saat 9:00 – 18:00
Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
Maraqlananlar, öz CV-lərini“Risklərin idarə olunması üzrə Aparıcı/Baş mütəxəssis” başlığı ilə hrdepartment@azerpost.az ünvanına göndərə bilərlər.