Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
28 Nov 2018

“Bakutel”də poçt və rabitənin zəngin tarixini əks etdirən muzey fəaliyyət göstərəcək

Məlum olduğu kimi, bu il Azərbaycanda müasir poçt rabitəsinin yaradılmasından 200 il, Poçt və Teleqraf Nazirliyinin yaradılmasından isə 100 il ötür. Bu tarixi hadisə cari ildə 24-cü dəfə təşkil olunan “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində diqqətdən kənarda qalmayıb. Belə ki, bu il sərgi çərçivəsində poçt və rabitənin zəngin tarixini əks etdirən muzey fəaliyyət göstərəcək. Burada poçt tarixinə aid eksponatlar, məktublar, teleqramlar, rabitə qurğuları, kommutator telefonları, “Morze” əlifbası, sahənin dövrlər üzrə rəsmi sənədləri, poçt və rabitə işçisinin geyim formaları, istifadə etdiyi əşyalar, bağlama, məktub, kiçik paketlər və banderol nümunələri nümayiş olunacaq.

Eyni zamanda, II Dünya müharibəsi illərinə dair poçt göndərişləri, əsgər məktubları, poçt qutuları, ötən əsrin 70-80-ci illərinə təsadüf edən poçt nümunələri, Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə poçt sahəsinin inkişafını xarakterizə edən xüsusi guşə də fəaliyyət göstərəcək.

Sərgidə təqdim olunacaq eksponatlar ayrı-ayrı rabitə müəssisələrindən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin muzeyindən, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsindən və kolleksiyaçılardan əldə olunub.

Muzeyi ziyarət edənlər poçt və rabitə tarixini özündə əks etdirən, 2018-ci il istehsalı “Sizə məktub var” filmini də izləmək şansı əldə edəcəklər. Eyni zamanda, tədbir çərçivəsində 40-50-ci illərdə Azərbaycan poçtunun işini, ozamankı fəaliyyət və imkanlarını əks etdirən “Məktublar həftəsi” sənədli filmi də nümayiş olunacaq.

“Bakutel-2018”-in iştirakçılarının yalnız keçmişə deyil, gələcəyə də səyahət etmək imkanı olacaq. Belə ki, sərgidə “Azərpoçt” MMC tərəfindən ən çox tələb olunan xidmətlərin göstərildiyi, tam avtomatlaşdırılmış poçt şöbəsi prototipi də nümayiş etdiriləcək. Stend-şöbədə poçt göndərişləri və qəbulu üçün avadanlıq – poçtamt, elektron tərəzi, poçtamtın özünəxidmət terminalı, vəsiqə skaneri, ödəniş qəbulu və plastik kartların verilməsi üçün avadanlıq, eyni zamanda kommunal və digər xidmətlər üçün ödəniş terminalları, avtomatlaşdırılmış valyuta mübadilə terminalı (exchange), bank hesabında vəsaitin artırılması üçün “Smart safe” depozit avadanlığı, eləcə də, məlumat terminalı yerləşdiriləcək. Sərgidə nümayiş olunacaq avadanlıqların gələcəkdə bir çox ictimai yerlərdə quraşdırılması planlaşdırılır. 7 gün 24 saat ərzində zəruri poçt xidmətlərinin göstəriləcəyi şöbənin gələn ildən fəaliyyətə başlaması nəzərdə tutulur.

Qeyd edək ki, “Azərpoçt” MMC Azərbaycanın yeganə milli poçt operatorudur və ənənəvi poçt-telekommunikasiya xidmətləri ilə yanaşı, maliyyə xidmətləri də göstərir.

Xatırladaq ki, “Bakutel-2018” sərgi-konfransı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, \"Caspian Event Organisers\" (\"CEO\") şirkətinin təşkilatçılığı və “Azercell” şirkətinin baş sponsorluğu ilə keçirilir.







14 Dec 2018 Yeni il bayramı açıqcaları 1883-cü ildən bəri mühüm ənənəyə çevrilib
Norveçdə ilk Yeni il bayramı açıqcası poçt qutusuna 1883-cü ildə yerləşdirilib. Norveçlər ailə üzvlərinə və dostlara poçt vasitəsilə Yeni il bayramı açıqcaları göndərilməsi sahəsində 135 illik ənənəyə indi də riayət edirlər.
ətraflı >>

13 Dec 2018 12 tikilidən ibarət “Dimitrov Kremli” muzey-qoruğu şərəfinə marka dövriyyədə
Rusiya poçtu “Dimitrov Kremli” muzey-qoruğunun 100 illiyinə həsr olunan markanı poçt dövriyyəsinə buraxıb. Əlavə olaraq, bu gün Moskva və Dmitrova Moskva vilayəti üçün “İlk gün” zərfi hazırlanıb, üzərinə xüsusi həkketmə həyata keçirilib.
ətraflı >>

13 Dec 2018 Nazir Biləsuvar rayonunda vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sabah saat 11:30-da Biləsuvar şəhərində Biləsuvar, Cəlilabad, Salyan, Neftçala və Cəbrayıl rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
ətraflı >>

13 Dec 2018 48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinə start verildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC Təhsil Nazirliyi ilə birgə iki mövzu üzrə epistolyar inşa müsabiqəsinə start verir. Sözügedən müsabiqə Ümumdünya Poçt İttifaqının (ÜPİ) tövsiyəsi əsasında ənənəvi olaraq hər il təşkil olunur.
ətraflı >>

12 Dec 2018 “Qazaxıstan teatr sənəti. Yermek Serkebayev” markası poçt dövriyyəsində
Qazaxıstan Poçtu “Qazaxıstan teatr sənəti. Yermek Serkebayev” markasını poçt dövriyyəsinə buraxıb. Poçt markasının üzərində Yermek Serkebayevin portreti əks olunub. Layihənin dizayn rəssamı S. Marşaldı. Markanın tirajli 10 min nüsxə təşkil edir.
ətraflı >>

12 Dec 2018 Poçtap çərçivəsində 1110 sənəd tapıldı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən “Poçtap” xidməti artıq 1 (2 mart 2017 ) ildən çoxdur ki, sənədini itirənləri sevindirir. “Poçtap” sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır. Bu günə qədər Azərpoçtun filial və şöbələrində 1110 sənəd qəbul olunub.
ətraflı >>

11 Dec 2018 Azərbaycanın UNICEF-lə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş poçt markası
BMT-nin Uşaq Fondu (UNICEF) Azərbaycan hökuməti ilə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş xatirə poçt markası nəşr etdirib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azərmarka” MMC-nin direktoru Leyla Güləliyevanın və UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardinin iştirakı ilə marka imzalanaraq möhürlənib.
ətraflı >>

11 Dec 2018 Çingiz Aytmatovun 90 illiyinə həsr olunan poçt markası dövriyyədə
Qırğızıstan İnformasiya Kommunikasiya Texnologiyalar Dövlət Komitəsi Qırğızıstanın xalq yazıçısı Çingiz Aytmatovun (1928 - 2008) 90 illiyinə həsr olunan poçt markasını dövriyyəyə buraxıb. Orijinal markada Çingiz Aytmatovun portreti əks olunub.
ətraflı >>

10 Dec 2018 ePttAVM.com Azərbaycan bazarına daxil olur
Azərbaycanda türk məhsullarının satışı PTT və Azərpoçt vasitəsilə həyata keçiriləcək. Qarşıdakı aylarda ePttAVM.com sistemindəki məhsulları azərbaycanlı istehlakçılar üçün satışa çıxarılacaq.Məhsullar Bakıya qədər PTT vasitəsi ilə, Bakıda isə Azərpoçt vasitəsi ilə operativ şəkildə istehlakçıların ünvanlarına çatdırılacaq.
ətraflı >>

7 Dec 2018 “Azərpoçt” MMC “Rusiya poçtu” ilə memorandum imzalayıb
“Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Rusiya poçtu” arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Məqsəd tərəflər arasında poçt, maliyyə və elektron xidmətlər sahəsində yaranan problemlərin aradan qaldırılmasıdır.
ətraflı >>



Alış Satış
1.9000 1.9400
1.6990 1.7025
0.0250 0.0257
GBP 2.1300 2.1800
SDR 1 SDR 2,3530