Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
15 Nov 2018

Bakutel-2018 sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq

Bakı Expo Mərkəzinin sərgi zalında təşkil olunan xüsusi guşədə məhz Bakutel sərgisinin ziyarətçiləri üçün lotereya oyunu keçiriləcək. Azərlotereya ASC tərəfindən təşkil olunacaq lotereyanın oyun qaydalarına əsasən, biletlər oyunda iştirak üçün qeydiyyata alınacaq. Biletləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin pavilyonunda Azərpoçt MMC-yə məxsus xüsusi stenddən əldə etmək mümkün olacaq.

Hər biletin üzərində (001-dən 999-dək) 3 (üç) rəqəmli seriya nömrəsi əks olunacaq. Oyunun keçirilmə vaxtı əvvəlcədən elan olunacaq. Xüsusi guşədə quraşdırılmış elektron tabloda təsadüfi seçim yolu ilə müəyyən olunmuş rəqəmlər nümayiş olunacaq. Tabloda göstərilən rəqəm lotereya biletinin seriya nömrəsi ilə uyğun olduğu halda bilet uduşlu sayılacaq. Tirajın uduş fondu 3 kateqoriya üzrə müəyyən olunub.

Belə ki, I kateqoriyada elektron tabloda müəyyən edilmiş 3 (üç) rəqəm lotereya biletinin seriya nömrəsi ilə uyğun gələrsə, bilet sahibi 50 (əlli) manat əldə edir.

II kateqoriya üzrə elektron tabloda müəyyən edilmiş 2 (iki) rəqəm lotereya biletinin seriya nömrəsinin son 2 (iki) rəqəmi ilə uyğun gələrsə, bilet sahibi 10 (on) manat qazanır.

III kateqoriyada isə elektron tabloda müəyyən edilmiş nömrələrin son rəqəmi lotereya biletinin seriya nömrəsində qeyd olunan nömrələrin sonuncu rəqəmi ilə uyğun gələrsə, bilet uduşlu sayılır və 5 (beş) manata sahib olur.

Uduşa düşən lotereya biletində kateqoriyalar üzrə yalnız ən iri uduş məbləği ödənilir. Qeyd edək ki, oyunda iştirak edən biletlərin ümumi sayı 999 ədəd təşkil edir. Qaliblər anında xüsusi stendə yaxınlaşmaqla uduş fondunu əldə edə biləcəklər.







14 Dec 2018 Yeni il bayramı açıqcaları 1883-cü ildən bəri mühüm ənənəyə çevrilib
Norveçdə ilk Yeni il bayramı açıqcası poçt qutusuna 1883-cü ildə yerləşdirilib. Norveçlər ailə üzvlərinə və dostlara poçt vasitəsilə Yeni il bayramı açıqcaları göndərilməsi sahəsində 135 illik ənənəyə indi də riayət edirlər.
ətraflı >>

13 Dec 2018 12 tikilidən ibarət Dimitrov Kremli muzey-qoruğu şərəfinə marka dövriyyədə
Rusiya poçtu Dimitrov Kremli muzey-qoruğunun 100 illiyinə həsr olunan markanı poçt dövriyyəsinə buraxıb. Əlavə olaraq, bu gün Moskva və Dmitrova Moskva vilayəti üçün İlk gün zərfi hazırlanıb, üzərinə xüsusi həkketmə həyata keçirilib.
ətraflı >>

13 Dec 2018 Nazir Biləsuvar rayonunda vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sabah saat 11:30-da Biləsuvar şəhərində Biləsuvar, Cəlilabad, Salyan, Neftçala və Cəbrayıl rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
ətraflı >>

13 Dec 2018 48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinə start verildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC Təhsil Nazirliyi ilə birgə iki mövzu üzrə epistolyar inşa müsabiqəsinə start verir. Sözügedən müsabiqə Ümumdünya Poçt İttifaqının (ÜPİ) tövsiyəsi əsasında ənənəvi olaraq hər il təşkil olunur.
ətraflı >>

12 Dec 2018 Qazaxıstan teatr sənəti. Yermek Serkebayev markası poçt dövriyyəsində
Qazaxıstan Poçtu Qazaxıstan teatr sənəti. Yermek Serkebayev markasını poçt dövriyyəsinə buraxıb. Poçt markasının üzərində Yermek Serkebayevin portreti əks olunub. Layihənin dizayn rəssamı S. Marşaldı. Markanın tirajli 10 min nüsxə təşkil edir.
ətraflı >>

12 Dec 2018 Poçtap çərçivəsində 1110 sənəd tapıldı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən Poçtap xidməti artıq 1 (2 mart 2017 ) ildən çoxdur ki, sənədini itirənləri sevindirir. Poçtap sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır. Bu günə qədər Azərpoçtun filial və şöbələrində 1110 sənəd qəbul olunub.
ətraflı >>

11 Dec 2018 Azərbaycanın UNICEF-lə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş poçt markası
BMT-nin Uşaq Fondu (UNICEF) Azərbaycan hökuməti ilə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş xatirə poçt markası nəşr etdirib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərmarka MMC-nin direktoru Leyla Güləliyevanın və UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardinin iştirakı ilə marka imzalanaraq möhürlənib.
ətraflı >>

11 Dec 2018 Çingiz Aytmatovun 90 illiyinə həsr olunan poçt markası dövriyyədə
Qırğızıstan İnformasiya Kommunikasiya Texnologiyalar Dövlət Komitəsi Qırğızıstanın xalq yazıçısı Çingiz Aytmatovun (1928 - 2008) 90 illiyinə həsr olunan poçt markasını dövriyyəyə buraxıb. Orijinal markada Çingiz Aytmatovun portreti əks olunub.
ətraflı >>

10 Dec 2018 ePttAVM.com Azərbaycan bazarına daxil olur
Azərbaycanda türk məhsullarının satışı PTT və Azərpoçt vasitəsilə həyata keçiriləcək. Qarşıdakı aylarda ePttAVM.com sistemindəki məhsulları azərbaycanlı istehlakçılar üçün satışa çıxarılacaq.Məhsullar Bakıya qədər PTT vasitəsi ilə, Bakıda isə Azərpoçt vasitəsi ilə operativ şəkildə istehlakçıların ünvanlarına çatdırılacaq.
ətraflı >>

7 Dec 2018 Azərpoçt MMC Rusiya poçtu ilə memorandum imzalayıb
Bakutel-2018 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində Azərpoçt Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Rusiya poçtu arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Məqsəd tərəflər arasında poçt, maliyyə və elektron xidmətlər sahəsində yaranan problemlərin aradan qaldırılmasıdır.
ətraflı >>



Alış Satış
1.9000 1.9400
1.6990 1.7025
0.0250 0.0257
GBP 2.1300 2.1800
SDR 1 SDR 2,3530