Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
26 Sep 2018

Bakıdakı ilk Beynəlxalq Elektron Ticarət Forumu başa çatdı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə Bakıda keçirilən ilk Elektron Ticarət Forumu öz işini yekunlaşdırıb.

Forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar və startaplardan ibarət 300-dən çox yerli və xarici nümayəndə iştirak edib. Eyni zamanda, 20-dən çox ölkənin sahə üzrə mütəxəssisi, 10 beynəlxalq təşkilatın, 60-dan artıq e-ticarət və onlayn ödəniş platformalarının təmsilçiləri Foruma qatılıb.

Forum çərçivəsində elektron ticarətin inkişafı üçün BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən müəyyən edilmiş 7 əsas istiqamət üzrə müxtəlif sessiyalar təşkil olunub.

Sessiyalarda Avropa İttifaqı, Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Ticarət Mərkəzi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya Poçt İttifaqı və digər beynəlxalq təşkilatların nümayəndələri və elektron ticarətin inkişafı üzrə tanınmış beynəlxalq ekspertlər çıxış ediblər.

Tədbir çərçivəsində təşkil olunan sərgidə e-ticarətlə məşğul olan yerli və xarici mağazalar öz həllərini və məhsullarını nümayiş etdiriblər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə forum iştirakçıları sərgiyə baxış keçirib.

Daha sonra forumda çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə tədbirin təşkilində göstərdikləri dəstəyə görə Avropa İttifaqına və BMT-nin Ticarət və İnkişaf Konfransına minnətdarlığını bildirib. O, qeyd edib ki, iqtisadiyyatın diversifikasiyası, sahibkarlığın və qeyri-neft sektorunun inkişafı Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindəndir və ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

R.Quluzadə son illər Azərbaycanda elektron ticarətin inkişafı istiqamətində ciddi addımlar atıldığını və bu istiqamətdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elektron ticarətin fəaliyyətini təmin edən rəqəmli ekosistemin formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb: \"Hazırda Azərbaycan beynəlxalq logistika mərkəzinə çevrilir. Elektron ticarətin inkişafı üçün müasir tələblərə cavab verən poçtdaşımaları infrastrukturunun yaradılmasına ciddi diqqət yetirilir. Azərbaycan Poçtu beynəlxalq tranzit poçt mərkəzi kimi fəaliyyət göstərməyə başlayıb. Layihəyə əsasən, Çindən sifariş olunan elektron ticarət məhsulları Azərbaycana gətirilir və \"Azərpoçt\" tərəfindən tranzit poçt kimi emal olunaraq dünyanın 20-dək ölkəsinə çatdırılır. Poçtdaşımaları \"Silk Way\" aviaşirkəti vasitəsilə həyata keçirilir. Sürətli daşımalarda xüsusi rolu olan mülki aviasiya sahəsi də ölkəmizdə sürətlə inkişaf edir, müasir rəqabət şərtlərinə uyğunlaşır\".

Hazırda \"Azərpoçt\"un 1180-nə yaxın filial və şöbəsinin maliyyə xidmətləri göstərdiyini deyən nazir elektron ticarət iştirakçılarının nazirlik tərəfindən yaradılan \"Şəbəkə\" mərkəzlərinin xidmətlərindən də istifadə edə biləcəyini qeyd edib.

R.Quluzadə ölkədə elektron ticarət əməliyyatlarında elektron imzanın istifadəsini önə çəkib: \"Nazirlik tərəfindən qurulmuş Milli Sertifikasiya Xidmətləri Mərkəzinin tərkibində Elektron Hökumət Mərkəzi və Hakimiyyət Orqanları Mərkəzi yaradılıb. Elektron Hökumət Mərkəzi hakimiyyət orqanları ilə münasibətləri təmin etmək üçün biznes sektoruna və vətəndaşlara gücləndirilmiş elektron imza sertifikatları verir\".

Nazir ölkəmizdə rəqəmsal ödənişin keyfiyyətini və tətbiqini genişləndirmək, infrastruktur imkanlarını artırmaq üçün aidiyyəti qurumları, bank sektorunu, e-ödəmə sistemi operatorlarını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Data Mərkəzinin xidmətlərindən istifadəyə dəvət edib: \"Beynəlxalq araşdırmalara əsasən, rəqəmsal iqtisadiyyatın innovativ inkişafı məhz \"bulud\" texnologiyalarının bütün sahələrdə tətbiqi ilə bağlıdır. Buna görə də elektron ticarət mühitində istehlakçıların fərdi məlumatlarının qorunması və alqı-satqı əməliyyatlarının təhlükəsizliyinin təmin edilməsi ən vacib məsələlərdəndir. Bu sahədə nazirliyin Elektron Təhlükəsizlik Xidməti mühüm tədbirlər görür. Nazirliyin Yüksək Texnologiyalar Parkında elektron ticarətlə bağlı təşəbbüslərin reallaşdırılmasına dəstək göstərilir. Həmçinin, nazirliyin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən e-ticarətlə bağlı layihələrə güzəştli kreditlər və qrantlar verilir\".

R.Quluzadə elektron ticarətin inkişafı sahəsində görüləcək işlərin strateji xəttini müəyyən edən Milli Strategiya hazırlanmasının zəruriliyini qeyd edib. O, bu baxımdan Bakı Elektron Ticarət Forumunun əhəmiyyətini vurğulayıb.

Türkiyənin Nəqliyyat və İnfrastruktur nazirinin müavini Ömər Fateh Sayan isə elektron ticarətin inkişafında \"Əşyaların interneti\", \"5G\" texnologiyalarının inkişaf etdirilməsinin önəmini qeyd edib. Rəqəmli ödənişlər üzrə elektron ticarət strategiyasının formalaşdırılmasının zəruri olduğunu vurğulayan nazir müavini Türkiyədə son zamanlar elektron ticarətin inkişafı üçün qlobal platformalar yaradıldığını deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov təhsil mexanizminin düzgün qurulmasının elektron ticarətə verə biləcəyi töhfələrdən danışıb. O, regionda ilk dəfə olaraq Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən virtual pul vahidi emissiya edilə biləcəyini diqqətə çatdırıb. \"Unicoin\" adlandırılan virtual pul vahidinin ilk nümunəsi forum çərçivəsində qiymətləndirilməsi üçün Dünya Ticarət Təşkilatının nümayəndəsinə təqdim olunub.

Forumda, həmçinin Dünya Ticarət Təşkilatının, Ümumdünya Poçt İttifaqının nümayəndələri çıxış edərək dünya elektron ticarət bazarındakı tendensiyalardan danışıb, bu istiqamətdə müsbət nəticələr əldə etmək üçün müəyyən olunmuş standartlar barədə ətraflı məlumat veriblər. Onlar Azərbaycanda elektron ticarət mexanizminin inkişafı üçün bütün zəruri infrastrukturun mövcudluğunu bildiriblər.







18 Oct 2018 PostEurop Avropa markaları müsabiqəsi keçirib
Tədbir hər il keçirilir və müsabiqədə sadəcə identifikasiya simvolu ilə xüsusi poçt markaları nəşr etmək hüququna malik olan PostEurop-un üzv ölkələrinin milli poçt operatorları iştirak edir. Müsabiqənin mövzusu PostEurop-un marka və filatelistlər üzrə işçi qrupu tərəfindən seçilir. Bu ilin mövzusu körpülər olub.
ətraflı >>

17 Oct 2018 Azərpoçt MMC bank nominasiyasının qalibi oldu
Azərbaycanın milli poçt operatoru Azərpoçt MMC Mastercard debet layihəsini uğurla tamamlayan bank nominasiyasının qalibi elan edilib. Bu münasibətlə AzərpoçtMMC xüsusi sertifikata layiq görülüb.
ətraflı >>

16 Oct 2018 Yeni il poçt markaları artıq dövriyyədə
Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi Yeni ilə həsr olunmuş poçt markalarını dövriyyəyə buraxıb. Markaların tirajı 60 mindir.
ətraflı >>

12 Oct 2018 18 oktyabrda Dünya Mədəniyyət Xadimləri seriyası çərçivəsində yazıçı Ceyms Oldricin anadan olmasının 100 illiyinə həsr olunan orijinal markalı zərf poçt dövriyyəsinə buraxılacaq
Ceyms Oldric (19182015) - Britaniyalı yazıçı və jurnalistdir. Onun İkinci Dünya müharibəsi haqqında olan əsərləri bir çox ölkələrdə nəşr olunub, 30-dan çox kitabın müəllifidir.
ətraflı >>

9 Oct 2018 9 oktyabr - Poçt işçilərinin peşə bayramıdır
Azərbaycanda poçt rabitəsi 16-cı əsrdən inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə 19-cü əsrə təsadüf edir. 1818-ci ildə isə Gəncədə, o vaxtki Yelizavetpolda poçt kontoru açılıb. Bu isə o deməkdir ki, Azərbaycanda rəsmi olaraq poçt sahəsinin inkişafı 200 illik bir dövrü əhatə edir.
ətraflı >>

8 Oct 2018 Rusiya Silahlı Qüvvələrinin Tarixi seriyalı markalar zərflərdə
9 oktyabrda Rusiya Silahlı Qüvvələrinin Tarixi seriyası çərçivəsində ordu generalı A.V.Xrulyeva adına Maddi-Texniki Təchizat Üzrə Hərbi Akademiyanın Hərbi İnstitutunun 100 illiyinə həsr olunmuş orijinal markalı zərf poçt dövriyyəsinə buraxılacaq.
ətraflı >>

6 Oct 2018 6 Oktyabr Poçt və Teleqraf Nazirliyinin yarandığı gündür
Azərbaycanda poçt rabitəsi 16-cı əsrdən inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə 19-cu əsrə təsadüf edir. 1818-ci il, iyun ayının 1-də Gəncə şəhərində ilk poçt kontoru açılıb. 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində Bakıda sürətlə inkişaf etməkdə olan neft sənayesi ilə bərabər telefon rabitəsi də inkişaf edib.
ətraflı >>

5 Oct 2018 Çeçenistan paytaxtının 200 illiyi şərəfinə marka
Bu gün Qroznı şəhərinin 200 illiyinə həsr olunmuş marka poçt dövriyyəsinə buraxılıb. Markanın üzərində Qroznı-Siti yüksək mərtəbəli binalar kompleksinin fonunda A.Kadırov adına Çeçenistanın ürəyi məscidi təsvir olunub.
ətraflı >>

5 Oct 2018 Moldova poçtu xatirə markaları buraxır
Moldova Respublikasının Ticarət-Sənaye Palatasının yüz illiyi nə həsr olunan markanın həkk edildiyi poçt zərfləri dövriyyəyə buraxılıb. Zərflərin tiraj həcmi 20 min nüsxədən ibarətdir.
ətraflı >>

4 Oct 2018 Belpoçtada müəllimlərə təbrik
Oktyabrın 5-də Belpoçta RUM xüsusi ayrılmış poçt rabitəsi şöbələrində Müəllimlər günü münasibətilə təqdimat tədbiri keçirəcək.
ətraflı >>



Alış Satış
1.9370 1.9580
1.6990 1.7015
0.0253 0.0260
GBP 2.2050 2.2450
SDR 1 SDR 2,3684