Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
5 Jun 2018

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Vahid Çağrı Mərkəzi yaradıldı 155

 Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki qurumlarda fəaliyyət göstərən müxtəlif çağrı mərkəzləri birləşdirilib. Yüksək keyfiyyətli müştəri xidmətlərinin göstərilməsi, vətəndaşların daha rahat müraciəti, tam düzgün və ətraflı məlumat ala bilməsi üçün Vahid Çağrı Mərkəzi –“155” yaradılıb.

Belə ki, “155” saylı Çağrı Mərkəzinə “Aztelekom” MMC, “Bakı Telefon Rabitəsi” MMC (Baktelekom), “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi, “AzEeuroTel”, “Azdatacom”, “Aznet”, “Bakinternet” kimi qurum və provayderlərin xidmətləri ilə bağlı müraciət etmək olar.

Vahid Çağrı Mərkəzinin yaradılmasında məqsəd xidmət keyfiyyətinin səviyyəsinin və müştəri məmnuniyyətinin yüksəldilməsi, qurumların resurslarından daha səmərəli istifadə, müştərilər üçün daha uyğun xidmətlərin hazırlanması, istək və müraciətlərin operativ həlli, müvafiq məlumat bazalarının optimallaşması və mütəmadi yenilənməsidir.

Çağrı mərkəzinin fəaliyyətinə müraciətlərin anında qeydiyyatı və operativ həlli, eləcə də, elektron poçt, veb-çat vasitəsi ilə cavablandırılması, elektron məktubların göndərilməsi, sorğu və anketlərin keçirilməsi, telefonla satış, sosial şəbəkələr vasitəsi ilə vətəndaşlarla əlaqə yaradılması kimi xidmətlər daxildir.

Bundan başqa, interaktiv səsli cavablama vasitəsilə operatoru gözləmədən müxtəlif servislərin aktiv edilməsi, korporativ və ya xüsusi müştərilərə premium xidmətlərin göstərilməsi imkanları da mövcuddur.

Vətəndaşlara həftənin 7 günü, 24 saat olmaqla Azərbaycan, rus və ingilis dillərində çoxşaxəli xidmət göstərilir. Çağrı Mərkəzində hazırda 60 operator çalışır və 2018-ci ilin sonunadək onların sayının 100-dək artırılması planlaşdırılır.

Operatorlar tərəfindən ay ərzində 100 000-dək sorğu cavablandırılır.

Qeyd edək ki, sonrakı mərhələdə xidmət spektri artırılaraq əhaliyə telefon və portal vasitəsilə onlayn müxtəlif gündəlik xidmətlərin (məsələn, qida sifarişi, taksi xidməti, restoranlar, teatrlar, idman müsabiqələri haqqında məlumatların verilməsi, bilet sifarişi, çeşidli konsyerj xidmətləri və s.) göstərilməsi nəzərdə tutulub.







13 Aug 2018 Sürünənlər.Kərtənkələlər silsiləsindən poçt markası
2018-ci il avqustun 13-də Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi Sürünənlər. Kərtənkələlər silsiləsindən üç poçt markasını dövriyyəyə buraxır.
ətraflı >>

9 Aug 2018 İvanovoda Belarus Yazısı Günü
17 avqust 2018-ci ildə Belarus Respublikasının Rabitə və İnformasiyalaşdırma Nazirliyi Belarus yazısı günü orijinal zərfini dövriyyəyə buraxacaq.
ətraflı >>

8 Aug 2018 Özbəkistan poçt markalarında idman
Özbəkistan Respublikası İnformasiya Texnologiyalarının və Kommunikasiyaların İnkişafı Nazirliyi 2018-ci il avqustun 6-dan Özbəkistan poçt markalarında idman poçt markaları seriyasını dövriyyəyə buraxıb.
ətraflı >>

31 Jul 2018 Rusiya Poçtunda yenilik
Rusiya Poçtu avqust ayından Yaponiyadan Avropaya tranzit qurum rolu oynayacaq. 2018-ci ilin mayında Rusiya Poçtu və Yaponiynın Japan Post Holdings şirkəti poçt rabitəsi sahəsində əməkdaşlığın inkişafı haqqında saziş imzalayıb.
ətraflı >>

20 Jul 2018 Nazir Qaxda vətəndaşlarla görüşüb
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Qax rayonunda vətəndaşlarla görüşüb.
ətraflı >>

13 Jul 2018 "Poçtap" layihəsi çərçivəsində 312 itirilmiş sənəd sahibinə geri qaytarılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən Poçtap xidməti artıq 1 (2 mart 2017) ildən çoxdur ki, sənədini itirənləri sevindirir. Poçtap sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır.
ətraflı >>

13 Jul 2018 NRYTN-nin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiqlənib
Nazirlər Kabineti Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısını təsdiq edib.
ətraflı >>

11 Jul 2018 Elektron ticarət məhsullarının poçt vasitəsilə çatdırılması baxımından yeni imkanlar yaradılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Avropa İttifaqının birgə təşkilatçılığı ilə Bakıda Azərbaycanda elektron ticarət: mövcud vəziyyət və inkişaf perspektivləri mövzusunda dəyirmi masa keçirilib.
ətraflı >>

10 Jul 2018 Ukrpoçta mobil əlavəni işə salıb
Ukrpoçta iOS əməliyyat sistemi üçün özünəməxsus mobil əlavəni işə salıb. İndi bütün arzu edənlər öz smartfonundan ölkənin baş poçtuna çıxış əldə edə biləcəklər. Proqramın yaradılması üzərində Ukrpoçta komandası və marketinqin digitallaşdırılması üzrə tərəfdaşı D2 İT-şirkəti çalışıb.
ətraflı >>

8 Jul 2018 8 iyul Rusiyada poçtun yarandığı gündür
Rusiyada hər il iyulun ikinci bazar günü qeyd olunan poçt rabitəsi işçilərinin peşə bayramıdır. Rusiya poçtunun tarixi min ildən artıqdır. Poçt haqqında qeydlərə min il əvvəlki yazılı abidələrdə rast gəlinir, lakin dövlət nizamlı poçt rabitəsi Böyük Pyotrun islahatlarından başlanır.
ətraflı >>



Alış Satış
1.9500 1.9800
1.6990 1.7025
0.0244 0.0255
GBP 2.1650 2.2150
SDR 1 SDR 2,3617