Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
12 Apr 2018

Bakıda poçt göndərişləri üzərində gömrük nəzarəti mövzusunda seminar keçirilir

 Bu gün Bakıda Avropa İttifaqının Texniki Yardım və İnformasiya Proqramı (TAIEX) çərçivəsində "Ümumdünya Poçt İttifaqı aktları ilə müşayiət olunan beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər tərəfindən daşınan sürətli poçt göndərişləri üzərində gömrük nəzarəti" mövzusunda seminar öz işinə başlayıb.

Azərpoçt" MMC-nin Dövlət Gömrük Komitəsinin əməkdaşları və ölkəmizdə fəaliyyət göstərən daşıyıcı şirkətlərin nümayəndələrinin də iştirak etdiyi seminarın məqsədi Ümumdünya Poçt İttifaqının aktları ilə müşayiət olunan beynəlxalq, eyni zamanda  daşıyıcı şirkətlər tərəfindən daşınan sürətli poçt göndərişləri üzərində gömrük nəzarətinə dair mövcud olan beynəlxalq və Avropa İttifaqının sənədləri, eləcə də praktiki məsələlər üzrə iştirakçıları məlumatlandırmaqdır.

İştirakçılar bu tədbirin Azərbaycan gömrüyü üçün aktual məsələlərdən biri olan poçt daşımaları sahəsində gömrük nəzarətinin daha da səmərəli qurulmasına şərait yaradacağına əminliyini ifadə ediblər.

Seminar iki gün davam edəcək və Aİ-nin ekspertləri iştirakçılara Ümumdünya Poçt İttifaqı (ÜPİ) və Aİ qanunvericiliyi, Dəyişdirilmiş redaksiyada Kioto Konvensiyası, Gömrük nəzarəti və rəsmiləşdirilmə prossesi, kommersiya məqsədli yüklər üzərində gömrük nəzarəti, Risklərin idarə edilməsi, Poçtla göndərilən dərman preparatları və əqli mülkiyyət hüquqları üzərində gömrük nəzarəti, Gömrük və poçt arasında ilkin elektron məlumat mübadiləsi, ÜPİ və Aİ-nin gömrük üzrə elektron ticarət proqramları və digər mövzularda məlumat verəcəklər.







16 Nov 2018 Belarusun Böyük Tarixi Atlası
Belarus Respublikasının İnformasiya və Texnologiyalar Nazirliyi dörd cilddə olan Belarusun Böyük Tarixi Atlasının dərcinə həsr olunan, 21 Noyabr 2018-ci ildə xüsusi xatirə tədbirində istifadə olunacaq xatirə ştempelli buraxacaq.
ətraflı >>

15 Nov 2018 Bakutel-2018 sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq
Bakı Expo Mərkəzinin sərgi zalında təşkil olunan xüsusi guşədə məhz Bakutel sərgisinin ziyarətçiləri üçün lotereya oyunu keçiriləcək. Azərlotereya ASC tərəfindən təşkil olunacaq lotereyanın oyun qaydalarına əsasən, biletlər oyunda iştirak üçün qeydiyyata alınacaq.
ətraflı >>

14 Nov 2018 Kiyevski kotlet markalarda
Ukrayna poçtu Milli yeməklər seriyasından Kiyevsayağı kotlet markasını dövriyyəyə buraxıb. 140 min tirajla dərc olunan nüsxənin nominalı 7 qrivni, yəni 0.43 Azn-dir.
ətraflı >>

13 Nov 2018 Azərbaycan və Belarus birgə marka dövriyyəyə buraxacaq
Belarus Respublikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi 2018-ci il noyabrın 19-da Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

13 Nov 2018 Nazir Bərdədə vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 16.11.2018-ci il tarixində saat 12:30-da Bərdə şəhərində Bərdə, Yevlax, Tərtər və Ağdam rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
ətraflı >>

12 Nov 2018 Müstəqillik qəhrəmanları poçt markalarında
Polşa poçtu 11 noyabr 2018-ci ildə Polşanın müstəqilliyinin bərpasının 100 illiyi adı altında poçt məhsulu dövriyyəyə buraxıb. Poçt məhsulu səkkiz markadan ibarətdir və hər bir markanın tirajı 180 min nüsxə təşkil edir.
ətraflı >>

12 Nov 2018 1 Poçt Şöbəsi və 2 Poçt Agentliyi açılaraq müştərilərin istifadəsinə verilib
Azərpoçt MMC 2018-ci ilin 9 ayı üzrə tarif gəliri proqnozunu 105% icra edib. Belə ki, 2018-ci ilin 9 ayı üzrə təyin olunmuş tarif gəliri proqnoz tapşırıqları yerinə yetirilib, nəzərdə tutulan proqnozdan keçən ilin müvafiq dövrü ilə müqayisədə yəni 4.8% artıq gəlir əldə edilib.
ətraflı >>

7 Nov 2018 Poçt bağlamalarını robotlar daşıyacaq
Norveçin poçt operatoru robot poçtalyonlar hazırlayan "Buddy Mobility" startapı ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
ətraflı >>

6 Nov 2018 Arxeologiya silsiləsindən olan şahmat fiqurları markalarda
Noyabrın 12-də Belarus Respublikası Rabitə və İnformasiya Nazirliyi "Arxeologiya" seriyasından iki poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

5 Nov 2018 Azərbaycan növbəti dəfə Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
Ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına 119 səslə üzv seçildi. Beləliklə, Azərbaycan BTİ-nin Şurasında təmsil olunan 48 ölkədən biri oldu. Qeyd edək ki, MDB regionundan yalnız Azərbaycan və Rusiya Şuraya üzv seçilib.
ətraflı >>



Alış Satış
1.9050 1.9400
1.6980 1.7015
0.0252 0.0259
GBP 2.1450 2.1950
SDR 1 SDR 2,3488