Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
1 Mar 2018

"Azərpoçt" MMC aksiya keçirəcək

 “8 Mart Beynəlxalq Qadınlar günü" münasibətilə 3-4 mart tarixilərində saat 10.00-18.00 Park Bulvar ticarət mərkəzinin I mərtəbəsində NRYTN "Azərpoçt" MMC tərəfindən maraqlı bir aksiya keçiriləcək. “Sözləriniz ağ kağız ürəzində əbədi həyat qazansın! Siz yazın, biz mütləq çatdıracağıq!” şüarı ilə təşkil olunan tədbirin məqsədi məktub yazmaq ənənəsini yenidən gündəmə gətirməkdir.    

Fikrini məktubla, epistolyar janrda çatdırmaq ənənəsinın tarixi minilliklərə əsaslanır. Müasir texnologiyanın sürətlə inkişaf etdiyi hazırki dövrdə də rəsmi məktub yazılır, ancaq uzun zamandır şəxsi anlamda yazılan məktub ənənəsi unudulub. Bu isə getdikcə yazı vərdişindən uzaqlaşmağımıza səbəb olur. Yazı isə insanın ruh aləminin bir parçasıdır. Elə buna görə də bəzən yaxınlarımızdan aldığımız kiçik bir kağız parçası hər şeydən dəyərli olur. NRYTN "Azərpoçt" MMC, Azərmarka MMC və Park Bulvarın birgə keçirtdiyi tədbirdə məktub yazmaq ənənəsini qaytarmaqda sizin duyğularınız  bizim bələdçimiz olacaq.

Şəbəkə xidmət mərkəzinin Park bulvarda qurulacaq mini mərkəzində istənilən şəxs yerindəcə məktub yazıb və ya öncədən yazdığı məktubu göndərə bilər. Tədbirin keçirildiyi məkanda Azərmarka  MMC-nin məhsulları da yer alacaq. Ürək sözlərinizi təkcə ağ kağız üzərində deyil, Azərmarkanın 8 mart Beynəlxalq Qadınlar gününə özəl hazırladığı açıqcalara da yazıb ünvanlaya biləcəksiniz. 







16 Nov 2018 Belarusun Böyük Tarixi Atlası
Belarus Respublikasının İnformasiya və Texnologiyalar Nazirliyi dörd cilddə olan Belarusun Böyük Tarixi Atlasının dərcinə həsr olunan, 21 Noyabr 2018-ci ildə xüsusi xatirə tədbirində istifadə olunacaq xatirə ştempelli buraxacaq.
ətraflı >>

15 Nov 2018 Bakutel-2018 sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq
Bakı Expo Mərkəzinin sərgi zalında təşkil olunan xüsusi guşədə məhz Bakutel sərgisinin ziyarətçiləri üçün lotereya oyunu keçiriləcək. Azərlotereya ASC tərəfindən təşkil olunacaq lotereyanın oyun qaydalarına əsasən, biletlər oyunda iştirak üçün qeydiyyata alınacaq.
ətraflı >>

14 Nov 2018 Kiyevski kotlet markalarda
Ukrayna poçtu Milli yeməklər seriyasından Kiyevsayağı kotlet markasını dövriyyəyə buraxıb. 140 min tirajla dərc olunan nüsxənin nominalı 7 qrivni, yəni 0.43 Azn-dir.
ətraflı >>

13 Nov 2018 Azərbaycan və Belarus birgə marka dövriyyəyə buraxacaq
Belarus Respublikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi 2018-ci il noyabrın 19-da Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

13 Nov 2018 Nazir Bərdədə vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 16.11.2018-ci il tarixində saat 12:30-da Bərdə şəhərində Bərdə, Yevlax, Tərtər və Ağdam rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
ətraflı >>

12 Nov 2018 Müstəqillik qəhrəmanları poçt markalarında
Polşa poçtu 11 noyabr 2018-ci ildə Polşanın müstəqilliyinin bərpasının 100 illiyi adı altında poçt məhsulu dövriyyəyə buraxıb. Poçt məhsulu səkkiz markadan ibarətdir və hər bir markanın tirajı 180 min nüsxə təşkil edir.
ətraflı >>

12 Nov 2018 1 Poçt Şöbəsi və 2 Poçt Agentliyi açılaraq müştərilərin istifadəsinə verilib
Azərpoçt MMC 2018-ci ilin 9 ayı üzrə tarif gəliri proqnozunu 105% icra edib. Belə ki, 2018-ci ilin 9 ayı üzrə təyin olunmuş tarif gəliri proqnoz tapşırıqları yerinə yetirilib, nəzərdə tutulan proqnozdan keçən ilin müvafiq dövrü ilə müqayisədə yəni 4.8% artıq gəlir əldə edilib.
ətraflı >>

7 Nov 2018 Poçt bağlamalarını robotlar daşıyacaq
Norveçin poçt operatoru robot poçtalyonlar hazırlayan "Buddy Mobility" startapı ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
ətraflı >>

6 Nov 2018 Arxeologiya silsiləsindən olan şahmat fiqurları markalarda
Noyabrın 12-də Belarus Respublikası Rabitə və İnformasiya Nazirliyi "Arxeologiya" seriyasından iki poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

5 Nov 2018 Azərbaycan növbəti dəfə Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
Ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına 119 səslə üzv seçildi. Beləliklə, Azərbaycan BTİ-nin Şurasında təmsil olunan 48 ölkədən biri oldu. Qeyd edək ki, MDB regionundan yalnız Azərbaycan və Rusiya Şuraya üzv seçilib.
ətraflı >>



Alış Satış
1.9050 1.9400
1.6980 1.7015
0.0252 0.0259
GBP 2.1450 2.1950
SDR 1 SDR 2,3488