santa hat 2018 new year
 
Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
14 Jul 2017

Ölkəmizdə poçt markalarının çapını və yayımını təşkil edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərmarka MMC-nin yaradılmasından 25 il ötür.

 “Azərmarka” 14 iyul 1992-ci ildə yaradılıb. Amma Azərbaycanda markanın yaranma tarixi daha qədimdir. Ölkəmizdə ilk marka 1919-cu ildə çap edilib və Azərbaycan əsgərinə həsr olunub.

1992-ci ildən isə filateliya sahəsi ölkəmizdə daha uğurla inkişaf etməyə başlayıb. Beləliklə, həmin dövrdən müxtəlif mövzulara aid 1140 poçt markası, 14 növ markalanmış, yüzlərlə növ markalanmamış poçt zərfləri hazırlanaraq satışa çıxarılıb.
Azərbaycan Respublikasının müstəqilliyinə, dövlət atributlarına, iqtisadi inkişafına, fauna və florasına, milli bayramlarına, memarlıq abidələrinə, görkəmli siyasi-ictimai xadimlərinə, beynəlxalq əhəmiyyətli mühüm tədbirlərə, Qarabağa aid poçt markaları çap olunaraq dövriyyəyə buraxılıb. Eyni zamanda, həmin markaların beynəlxalq aləmdə də yayımı təşkil edilib.
Bundan əlavə, beynəlxalq təşkilatlar və dünyanın 12 ölkəsi ilə birgə 17 poçt markası da dövriyyəyə buraxılıb.
Azərbaycanın poçt markaları bu gün dünyanın bir çox ölkələrində, o cümlədən Rusiya, Fransa, Almaniya, İngiltərə, Çin, İsrail, İspaniya və Belçikada keçirilən ümumdünya filateliya sərgilərində uğurla nümayiş etdirilir.
Bundan başqa, Azərbaycan Filateliya İttifaqı ilə birlikdə Bakıda çox uğurla 4 Milli filateliya sərgiləri keçirilib.
Fəaliyyəti dövründə “Azərmarka” müxtəlif ölkələrdə keçirilən beynəlxalq filateliya sərgilərində uğurlu iştirakına görə onlarla qızıl medal və diplomlarla təltif edilib.
Ötən müddət ərzində Ermənistanın işğalçı hakimiyyəti tərəfindən uydurma “Dağlıq Qarabağ Respublikası” adından buraxılmış markaların qanunsuzluğu barədə Ümumdünya Poçt İttifaqının (ÜPİ) Beynəlxalq bürosu tərəfindən bir neçə sirkulyar qərar qəbul olunaraq ÜPİ-nin üzv ölkələrinə göndərilib. Eyni zamanda, üzərində işğalçı Ermənistan hakimiyyəti tərəfindən uydurma “Dağlıq Qarabağ Respublikası” adından buraxılan marka olan bütün məktub korrespondensiyalarının qəbul edilib işlənməsinin yolverilməzliyi rəsmi olaraq onlara bildirilib.
Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin əmrinə əsasən “Azərmarka” MMC-nin bir qrup əməkdaşı yubiley münasibəti ilə səmərəli fəaliyyətinə görə, təltif olunub. 







16 Jan 2018 2017-ci ildə ölkə ərazisinə daxil olan beynəlxalq poçt göndərişlərin sayı 876 min 509 ədəd təşkil edib.
Bu öncəki ilin müvafiq dövrü ilə müqayisədə 26,4% (183321 ədəd) çoxdur və bu göndərişlərin böyük əksəriyyəti elektron ticarət saytlarından sifariş olunan məhsullardır.
ətraflı >>

12 Jan 2018 Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturu
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR
ətraflı >>

29 Dec 2017 Qanvermə aksiyası keçirildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının, qurum və müəssisələrinin əməkdaşlarının iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş qanvermə aksiyası keçirilib.
ətraflı >>

28 Dec 2017 Bayram günlərində əhali fasiləsiz poçt xidmətləri ilə təmin olunacaq
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.
ətraflı >>

19 Dec 2017 Azərbaycandakı Amerika Ticarət Palatası işgüzar nahar təşkil edib
Dekabrın 19-da Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham Azərbaycan) Hewlett Packard Enterprise (HPE) şirkətinin dəstəyi ilə öz üzvləri üçün Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin iştirakı və nitqi ilə müşayiət olunan aylıq işgüzar nahar təşkil edib.
ətraflı >>

18 Dec 2017 Poçtda alınan və göndərilən bağlamalara görə nə qədər ödənməlidir? - Rəsmi qiymətlər
Mövcud qanunvericiliyə əsasən ölkəyə daxil olan və ölkədən çıxan hər bir gömrüklü poçt göndərişi çəkisindən, dəyərindən və ona gömrük rüsumunun tətbiq olunub-olunmamasından asılı olmayaraq beynəlxalq poçt işləmələri mərkəzində gömrük nəzarətindən keçirilir.
ətraflı >>

15 Dec 2017 Nazir Ramin Quluzadə Saylanda vətəndaşlarla görüşüb
Bu gün Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Salyan şəhərində vətəndaşlarla görüşüb.
ətraflı >>

11 Dec 2017 Zaqatalada Şəbəkə xidmət mərkəzi fəaliyyətə başladı
Ölkəmizdə telekommunikasiya infrastrukturunun müasirləşdirilməsi üzrə aparılan işlər çərçivəsində Zaqatala Telekommunikasiya Qovşağının inzibati və texnoloji binası əsaslı şəkildə yenidən qurularaq, ən müasir avadanlıqla təchiz olunub. Rekonstruksiya işləri başa çatdırılan bina artıq istifadəyə verilib.
ətraflı >>

6 Dec 2017 Azərbaycan Prezidenti İlham Əliyev Bakutel-2017 sərgisi ilə tanış olub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 6-da Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi - Bakutel-2017 ilə tanış olublar.
ətraflı >>

6 Dec 2017 Dekabrın 6-da Azərbaycanda rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramıdır.
Peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli Sərəncamına müvafiq olaraq təsis edilib. O vaxtdan bütün respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri dekabrın 6-da öz peşə bayramlarını qeyd edirlər.
ətraflı >>



Alış Satış
2.0650 2.1000
1.6950 1.7015
0.0295 0.0302
GBP 2.3450 2.3950
SDR 1 SDR 2,4491