Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
10 Oct 2016

Azərbaycan Ümumdünya Poçt İttifaqının ali orqanına üzv seçildi


 
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ümumdünya Poçt İttifaqının İstanbulda keçirilən 26-cı Konqresi çərçivəsində təşkil olunan Nazirlər Konfransında iştirak edib.
 
Konqresin nəticələri Azərbaycan üçün uğurlu olub. ÜPİ-nin 2 ali orqanından biri olan Poçt Əməliyyatları Şurasına Azərbaycanın da namizədliyi verilib və ölkəmiz Şuraya üzv seçilib.
 
Eyni zamanda Konqresdə Azərbaycan Poçt Administrasiyası adından edilən 21 təklifin əksəriyyəti qəbul olunub, bir neçəsi sonrakı müzakirələr üçün təşkilatın növbəti ildə keçiriləcək sessiyasına göndərilib.
 
Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Nazirlər Konfransının "Ticarətin təşviqində poçtun rolu" mövzusunda sessiyada çıxış edərək Azərbaycanda poçt sektorunda aparılan islahatlar, elektron ticarətin təşviqi və poçt sektorunda maliyyə xidmətlərinin inkişafı ilə bağlı rellaşdırılan və perspektiv layihələr barədə tədbir iştirakçılarına məlumat verib.
 
Nazirlər Konfrası çərçivəsində  Ramin Quluzadə Ümumdünya Poçt İttifaqının Baş direktoru cənab Bişar Hüseyn, Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və rabitə naziri cənab Əhməd Arslan, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri cənab Mahmud Vaezi, Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini cənab Rəşid İsmayılovla ikitərəfli görüşlər keçirilib.
 
Görüşlərdə  telekommuikasiya, poçt, peyk rabitəsi, yüksək texnologiyalar, genişzolaqlı internet sahələrində birgə əməkdaşlığa dair müzakirələr və fikir mübadilərsi aparılıb.
 
Azərbaycan nümayəndə heyəti tərəfindən Ümumdünya Poçt İttifaqının İstanbul (2016) Konqresində Azərbaycan Respublikasının adından bəyanat verilib. Bəyanat Ümumdünya Poçt İttifaqının Konqresi tərəfindən təsdiq olunan "Aktların imzası üzrə bəyannamələr" rəsmi sənədinə daxil edilib.

 

Bəyanatın mətni: 
 
Azərbaycan Respublikası Ümumdünya Poçt İttifaqının tam hüquqlu üzv-ölkələrindən biridir və beynəlxalq səviyyədə tanınmış ölkə ərazisində Ümumdünya Poçt Konvensiyası və digər beynəlxalq hüquqi Aktlar çərçivəsində poçt xidmətlərini həyata keçirmək hüququna malikdir. Lakin, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 %-i, o cümlədən Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 inzibati rayon Ermənistan Respublikası tərəfindən işğal edilmişdir. Nəticədə işğal altındakı ərazidə  poçt xidmətlərinin göstərilməsində çətinliklər yaranmışdır.
 
Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin dərhal, tamamilə və qeyd-şərtsiz erməni işğalçı qüvvələrindən azad edilməsinə dair Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822 (30 aprel, 1993), 853 (29 iyun, 1993), 874 (14 oktyabr, 1993) və 884 (12 noyabr, 1993) saylı qətnamələri, eləcə də digər beynəlxalq təşkilatların qərar və qətnamələri yerinə yetirilməmiş qalır.
 
İşğal nəticəsində Azərbaycan Respublikasının iqtisadiyyatına, o cümlədən poçt sahəsinə külli miqdarda ziyan dəymişdir. Bununla əlaqədar Azərbaycan Respublikasının məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üçün yaradılmış İşçi Qrupu tərəfindən hesablamalar aparılır.
 
Ermənistan Respublikası tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının ərazilərində Ümumdünya Poçt Konvensiyasının poçt markalarının dövriyyəsinə dair 8-ci maddənin müddəalarını yerinə yetirmək mümkün olmur və həmin ərazilərdə yaradılmış qondarma "Dağlıq Qarabağ Respublikası" adlanan qanunsuz rejim adından poçt markalarının buraxılması, həmçinin Ümumdünya Poçt İttifaqının Nizamnaməsinin 23-cü maddəsinə zidd olaraq qanunsuz poçt əməliyyatlarının həyata keçirilməsi halları davam edir.
 
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası bir daha bəyan edir ki, Azərbaycan Respublikasının Hökuməti Ümumdünya Poçt İttifaqının müvafiq qaydaları əsasında Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış bütün ərazisində, o cümlədən işğal altındakı ərazilərdə belə, poçt markalarının dövriyyəyə buraxılması, poçt əməliyyatlarının həyata keçirilməsi üçün yeganə qanuni strukturdur. Azərbaycan Respublikasının Hökumətinin icazəsi olmadan işğal edilmiş ərazilərdə hər hansı poçt əməliyyatları həyata keçirilə bilməz və belə hallar Azərbaycan Respublikasının milli qanunvericiliyinə, eləcə də bu sahədə mövcud olan beynəlxalq hüquq normalarına ziddir və heç bir hüquqi qüvvəyə malik deyildir.
 
Təəssüflə bildiririk ki, Ermənistan Respublikası tərəfındən işğal olunmuş ərazilərdə "Ümumdünya Poçt Konvensiyası və onun yekun Protokolu"nun müddəalarının həyata keçirilməsi həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək mümkün deyildir.
 
Azərbaycan Respublikası "Ümumdünya Poçt Konvensiyası və onun yekun Protokolu"nun müddəalarından irəli gələn hüquq və öhdəlikləri Ermənistan Respublikasına münasibətdə tətbiq etməmək hüququnu özündə saxlayır.







16 fev 2018 Azərpoçtbeynəlxalq epistolyar inşa müsabiqəsinə start verdi
Ümumdünya Poçt İttifaqı (ÜPİ) 47 ildir ki, təşkilata üzv ölkələrin poçt adminstrasiyaları ilə birgə ümümtəhsil məktəbliləri arasında epistolyar (məktub şəkilində yazı) inşa müsabiqəsi keçirir. Ölkəmizdə bu müsabiqə Azərpoçt Məhdud Məsuliyyətli Cəmiyyətivə Təhsil Nazirliyi ilə birgə təşkil edilir.
ətraflı >>

12 fev 2018 2017-ci ilin nəticələrinə görə Şəbəkə Travel turizim şirkəti kimi Azeri Bussiness Award mükafatına layiq görülüb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə yaradılan Şəbəkə Travelin fəaliyyətə başlamasından 1 il ötür. Bütün növ poçt və telekommunikasiya xidmətlərinin göstərildiyi Şəbəkə mərkəzlərində turizim xidmətlərini təmin etmək üçün yaradılan Şəbəkə Travel müasir turizm standartlarına cavab verən çox profilli tur operatordur.
ətraflı >>

10 fev 2018 "Şəbəkə" xidmət mərkəzlərinin fəaliyyətə başlamasının 1 ili tamam olur
Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşəbbüsü ilə yaradılan "Şəbəkə" xidmət mərkəzlərinin istifadəyə verilməsindən 1 il ötür. Hazırda respublika üzrə 6 Şəbəkə xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakıda, digər 2-si Cəlilabad və Zaqatala şəhərlərində yerləşir.
ətraflı >>

8 fev 2018 Azərpoçt 2017-ci ildə tranzit mərkəzdə HUB layihəsi çərçivəsində 4 milyon 343 mni 679 ədəd poçt həcmi emal edib
2016-cı ilin iyul ayından start götürən HUB layihəsi 2017-ci ildə də Azərbaycan Poçtunun ölkələrarası elektron kommersiyanın həyata keçirilməsi üçün regional tranzit poçt mərkəzi (HUB) kimi fəaliyyət göstərib.
ətraflı >>

1 fev 2018 Azərpoçtun yeni Debit MasterCard plastik kartları ilə edilən onlayn alış-veriş daha ucuz başa gələcək
Azərpoçt MMC ilk dəfə Debit MasterCard ödəniş kartlarının emissiyasına başlayıb. İlk etapda 20 min kartın personallaşdırılması nəzərdə tutulub.
ətraflı >>

26 Jan 2018 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Xırdalanda vətəndaşlarla görüşüb
Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Abşeron rayonunun inzibati mərkəzi Xırdalan şəhərində vətəndaşlar ilə görüşüb.
ətraflı >>

16 Jan 2018 2017-ci ildə ölkə ərazisinə daxil olan beynəlxalq poçt göndərişlərin sayı 876 min 509 ədəd təşkil edib.
Bu öncəki ilin müvafiq dövrü ilə müqayisədə 26,4% (183321 ədəd) çoxdur və bu göndərişlərin böyük əksəriyyəti elektron ticarət saytlarından sifariş olunan məhsullardır.
ətraflı >>

12 Jan 2018 Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturu
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR
ətraflı >>

29 Dec 2017 Qanvermə aksiyası keçirildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının, qurum və müəssisələrinin əməkdaşlarının iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş qanvermə aksiyası keçirilib.
ətraflı >>

28 Dec 2017 Bayram günlərində əhali fasiləsiz poçt xidmətləri ilə təmin olunacaq
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.
ətraflı >>



Alış Satış
2.0750 2.1050
1.6950 1.7010
0.0296 0.0302
GBP 2.3300 2.3800
SDR 1 SDR 2,4623