Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
7 Oct 2015

Azərpoçtun 2 mindən artıq əməkdaşı elektron tədris vasitəsilə təlimdən keçdi

 “Azərpoçt” MMC-nin Bakı şəhəri üzrə poçt şöbələrinin əməkdaşlarının hazırlıq və ixtisasartırma prosesi tam şəkildə elektron tədris vasitəsilə həyata keçirilir.

Hazırda poçt şöbələrində çalışanların biliklərinin artırılması üçün 19 elektron təhsil kursu işlənib hazırlanmışdır.

Tədris “Sinam” şirkətinin təqdim etdiyi “CLIX” tədris sistemilə həyata keçirilir. Sinam” şirkəti sözügedən tədris prosesinə həm də texniki dəstək göstərir.
 
Distant kurslar “Azərpoçt” şöbələrində əhaliyə əməliyyat xidmətlərini göstərmək üçün gərəkli tam biliklər paketini daxil edir. Əməliyyatçılar müxtəlif əməliyyatları yerinə yetirmək üçün müvafiq bilikləri əldə edir, müştərilərlə ünsiyyət qaydalarını, biznes-etikanı və s. öyrənir. Bundan əlavə, “Microsoft”-un ofis proqramlarının istifadəsi üçün  nəzərdə tutulan bir neçə kurs da hazırlanmışdır.
 
Tətbiq edilmiş model çərçivəsində bütün əməkdaşlar tədris kurslarında distant, yəni iş yerini tərk etmədən və uyğun bir vaxtda keçə bilər. Biliklərin sınağı da onlayn rejimində “Azərpoçt”un baş ofisində nəzarətçilərin iştırakı ilə həyata keçirilir. Hazırda 2 mindən çox əməkdaş artıq elektron tədris kurslarından keçmişdir.
 
Yaxın zamanlarda “Azərpoçt”un regional şöbələrinin də əməkdaşları öz ixtisaslarını qeyd olunan elektron təhsil sisteminin yardımı ilə artıracaqlar.
 







18 Sep 2018 Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub
Ümumdünya Poçt İttifaqının (ÜPİ) Efiopiyanın paytaxtı Əddis Əbəbə şəhərində keçirilən 2-ci növbədənkənar konqresi başa çatıb. Tədbirdə dünyanın 130 ölkəsini təmsil edən mindən çox nümayəndə iştirak edib, Azərbaycan nümayəndə heyəti ilə təmsil olunub.
ətraflı >>

18 Sep 2018 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sentyabrın 21-də Ağstafa rayonunda nəzərdə tutulan Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək. Vətəndaşlarla görüş Qazax rayonunda saat 12:00-da keçiriləcək.
ətraflı >>

13 Sep 2018 Peterburq ali kino məktəbinin 100 illiyi şərəfinə bədii zərf buraxılıb
Rusiya Poçtu Sankt-Peterburq dövlət kino və televiziya institutunun 100 illiyinə həsr olunmuş bədii markalı zərfi poçt dövriyyəsinə buraxıb.
ətraflı >>

10 Sep 2018 Belarusun şəhərləri markalarda, Qrodno
Sentyabrın 14-də Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi Belarusun şəhərləri silsiləsindən Qrodno poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

9 Sep 2018 İkinci Növbədənkənar Ümumdünya Poçt Konqresi başa çatıb
3 günlük konqresdə Ümumdünya Poçt İttifaqının üzvü olan ölkələr poçt sektorunun gələcək inkişafına dair mühüm məsələlər nəzərdən keçirilib, qərarlar qəbul edilib.
ətraflı >>

7 Sep 2018 Kosmos və kosmik uçuşların sirrləri poçt markasında
Sentyabrın 13-də Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi Kosmik uçuşların iştirakçıları Assosiasiyasının 31-ci Beynəlxalq Konqresi poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

6 Sep 2018 Postkrosser günü: dünyanın müxtəlif guşələrindən salam!
Sentyabr ayının 7-də Respublikanın bütün poçt rabitəsi şöbələrində Postkrosser günü promo tədbiri keçiriləcək. Eyni vaxtda 10 və daha artıq beynəlxalq adi poçt kartı göndərən müştərilər onların göndəriş haqqını 10% güzəştlə ödəyə biləcəklər.
ətraflı >>

6 Sep 2018 Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə 24-25 sentyabr 2018-ci il tarixində Bakıda Elektron Ticarət Forumu keçiriləcək.
ətraflı >>

3 Sep 2018 192 ölkənin poçt nümayəndələri Efiopiyada
Bu gün dünaynın 192 ölkəsindən poçt qurumlarının 1000 nəfərə yaxın nümayəndəsi poçt sahəsinin gələcəyini müzakirə etmək üçün Efiopiyanın paytaxtında görüşəcək.
ətraflı >>

31 Aug 2018 Nazir Ramin Quluzadə Naftalanda vətəndaşlarla görüşüb
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Naftalan şəhərində vətəndaşları qəbul edib.
ətraflı >>



Alış Satış
1.9800 2.0000
1.6990 1.7020
0.0248 0.0254
GBP 2.2300 2.2570
SDR 1 SDR 2,3822