Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
28 Aug 2015

Sınıq körpü sərhəd keçid məntəqəsində yeni poçt şöbəsinin yaradılması gözlənilir

 Qazax rayonunun “Sınıq körpü” sərhəd keçid məntəqəsində yeni poçt şöbəsinin yaradılmasına böyük tələbat var.  Buna qədər  sərhəd keçid məntəqəsində əvvəllər bir neçə dəfə xüsusi avtomobillərlə səyyari poçt xidməti göstərilib.
 
Azərbaycana gələn qonaqların ölkəmiz haqqında ilk təəssüratlarının formalaşdığını nəzərə alsaq, yeni poçt şöbəsi ən müasir tələblər səviyyəsində milli ornamentləri də özündə əks etdirərək yaradılması nəzərdə tutulur.   “Sınaq Körpü”də bank və maliyyə xidmətlərinin göstərilməsi o cümlədən valyutadəyişmə məntəqəsinin yaradılmasını da təmin ediləcək. Hazırda ərazidə valyutadəyişmə işləri qara bazar tipində həyata keçirilir və bu da özündə bir çox problemlər yaradır. Sərhəd keçid məntəqəsində valyutadəyişmə əməliyyatından bashqa digər xidmətlərə bir o qədər də tələbat olmadığından rayonda fəaliyyət gostərən banklar filial yaratmağa maraqlı deyillər.

Azərbaycanda yeganə milli poçt operatoru kimi 1500-dən çox poçt şöbəsi olan iri xidmət şəbəkəsinə malik olan Azərpoçt regionlarda əhaliyə göstərilən bank -mailiyə xidmətlərində banklardan birmənalı olaraq öndədir.

  Qeyd edək ki, yeni poçt şöbəsinin yaradılması ilə istifadəçilər bank və maliyyə xidmətləri ilə yanaşı məktub, bağlama və banderolların, teleqramların, poçt markalarının satışı, sürətli poçt xidmətləri, dövri mətbuatın abunəsi və çatdırılması, enerji daşıyıcılarının və digər kommunal xidmət haqlarının yığılması, dünyanın istənilən ölkəsinə sürətli pulköçürmələri, şəhərlərarası telefon danışıq haqlarının ödənilməsi xidmətlərinin həyata keçirilməsini də təmin edəcək.
 







13 Aug 2018 Sürünənlər.Kərtənkələlər silsiləsindən poçt markası
2018-ci il avqustun 13-də Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi Sürünənlər. Kərtənkələlər silsiləsindən üç poçt markasını dövriyyəyə buraxır.
ətraflı >>

9 Aug 2018 İvanovoda Belarus Yazısı Günü
17 avqust 2018-ci ildə Belarus Respublikasının Rabitə və İnformasiyalaşdırma Nazirliyi Belarus yazısı günü orijinal zərfini dövriyyəyə buraxacaq.
ətraflı >>

8 Aug 2018 Özbəkistan poçt markalarında idman
Özbəkistan Respublikası İnformasiya Texnologiyalarının və Kommunikasiyaların İnkişafı Nazirliyi 2018-ci il avqustun 6-dan Özbəkistan poçt markalarında idman poçt markaları seriyasını dövriyyəyə buraxıb.
ətraflı >>

31 Jul 2018 Rusiya Poçtunda yenilik
Rusiya Poçtu avqust ayından Yaponiyadan Avropaya tranzit qurum rolu oynayacaq. 2018-ci ilin mayında Rusiya Poçtu və Yaponiynın Japan Post Holdings şirkəti poçt rabitəsi sahəsində əməkdaşlığın inkişafı haqqında saziş imzalayıb.
ətraflı >>

20 Jul 2018 Nazir Qaxda vətəndaşlarla görüşüb
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Qax rayonunda vətəndaşlarla görüşüb.
ətraflı >>

13 Jul 2018 "Poçtap" layihəsi çərçivəsində 312 itirilmiş sənəd sahibinə geri qaytarılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən Poçtap xidməti artıq 1 (2 mart 2017) ildən çoxdur ki, sənədini itirənləri sevindirir. Poçtap sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır.
ətraflı >>

13 Jul 2018 NRYTN-nin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiqlənib
Nazirlər Kabineti Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısını təsdiq edib.
ətraflı >>

11 Jul 2018 Elektron ticarət məhsullarının poçt vasitəsilə çatdırılması baxımından yeni imkanlar yaradılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Avropa İttifaqının birgə təşkilatçılığı ilə Bakıda Azərbaycanda elektron ticarət: mövcud vəziyyət və inkişaf perspektivləri mövzusunda dəyirmi masa keçirilib.
ətraflı >>

10 Jul 2018 Ukrpoçta mobil əlavəni işə salıb
Ukrpoçta iOS əməliyyat sistemi üçün özünəməxsus mobil əlavəni işə salıb. İndi bütün arzu edənlər öz smartfonundan ölkənin baş poçtuna çıxış əldə edə biləcəklər. Proqramın yaradılması üzərində Ukrpoçta komandası və marketinqin digitallaşdırılması üzrə tərəfdaşı D2 İT-şirkəti çalışıb.
ətraflı >>

8 Jul 2018 8 iyul Rusiyada poçtun yarandığı gündür
Rusiyada hər il iyulun ikinci bazar günü qeyd olunan poçt rabitəsi işçilərinin peşə bayramıdır. Rusiya poçtunun tarixi min ildən artıqdır. Poçt haqqında qeydlərə min il əvvəlki yazılı abidələrdə rast gəlinir, lakin dövlət nizamlı poçt rabitəsi Böyük Pyotrun islahatlarından başlanır.
ətraflı >>



Alış Satış
1.9250 1.9550
1.6990 1.7025
0.0244 0.0255
GBP 2.1500 2.2000
SDR 1 SDR 2,3561