Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
26 Jun 2015

Minskdə elektron ticarətlə bağlı müzakirələr aparılıb

 İyun ayının 18-də Belarusun paytaxtı Minsk şəhərində   ÜPİ-nin İstanbul Ümumdünya Poçt Strategiyasının müəyyənləşdirilməsi üzrə Regional Konfransı və “Avropa və MDB ölkələrində poçt sektorunun reformu və ÜPİ-nin Poçtun İnkişafı və Reformlar üzrə Kompleks Planı metodikası əsasında inkişaf prosesinə dəstək göstərilməsi”  üzrə konfransı keçirilib.

Tədbirlərdə Şərqi Avropa və MDB ölkələrinin Poçt Administrasiyalarından 10-dan çox ölkədən 40-dək iştirakçı ilə yanaşı, ÜPİ və “PostEurop”un baş direktorları, CERP təşkilatının sədri və digər rəhbər şəxsləri  iştirak edib. Bu beynəlxalq tədbirlərdə Azərbaycanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov və eləcə də “Azərpoçt”un əməkdaşları təmsil edib.
  
ÜPİ-nin İstanbul Strategiyasının müəyyənləşdirilməsi üzrə düzənlənən konfransda “Doha poçt strategiyasından İstanbul ümumdünya poçt strategiyasına”, “ÜPİ-nin gələcəyinin təmin edilməsi”, “Dəyişikliyin vacibliyinin əsaslandırılması”, “Poçt şəbəkələri arasında qarşılıqlı əlaqənin yaxşılaşdırılması”, “Poçt sektoru bazarının effektiv fəaliyyətinə dəstək verilməsi”,  “Müasir və davamlı məhsullarla təminat” adlı qruplar təşkil edilib və bu qruplar altında  geniş müzakirələr keçirilib.
  
N.Məmmədov “Müasir və davamlı məhsullarla təminat” qrupunun tərkibində iştirak etməklə Azərbaycan poçtunda son illər ərzində görülən işlər, prioritet inkişaf istiqamətləri və tətbiq edilməsi nəzərdə tutulan yeni xidmət və məhsullar barədə iştirakçılara ətraflı məlumat verib və onların suallarıni cavablandırıb. Müzakirələrin nəticəsi olaraq  Azərbaycan poçtunda son illər ərzində görülən işlər təqdirəlayiq hesab edilib. 
 
Qeyd edək ki, ikigünlük müzakirələrin yekunu olaraq region ölkələrinin prioritet hesab etdikləri istiqamətlər nəzərə alınmaqla 2017-2020-ci illər üzrə “ÜPİ-nin İstanbul Ümumdünya Poçt Strategiyası”nın formalaşdırılması üzrə təkliflər irəli sürülüb. Poçt fəaliyyətinin effektivliyinin artırılması və  e-kommersiyanın inkişaf etdirilməsi,  elektron xidmətlər və onların diversifikasiyası əsas məsələlərdən biri olması qərara alınıb.







12 Jun 2018 Poçtap layihəsi çərçivəsində 915 sənəd tapıldı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən Poçtap xidməti artıq 1 (2 mart 2017 ) ildən çoxdur ki, sənədini itirənləri sevindirir. Poçtap sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır.
ətraflı >>

6 Jun 2018 Belpoçta Respublika Unitar Müəssisəsi-dən Postkrosser günü: dünyanın müxtəlif guşələrindən salam aksiyası
İyunun 8-də respublikanın bütün poçt rabitəsi şöbələrində Postkrosser günü promo tədbiri keçiriləcək. Eyni vaxtda 10 və daha artıq beynəlxalq adi poçt kartı göndərən müştərilər onların göndəriş haqqını 10% güzəştlə ödəyə biləcəklər.
ətraflı >>

5 Jun 2018 Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Vahid Çağrı Mərkəzi yaradıldı 155
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki qurumlarda fəaliyyət göstərən müxtəlif çağrı mərkəzləri birləşdirilib. Yüksək keyfiyyətli müştəri xidmətlərinin göstərilməsi, vətəndaşların daha rahat müraciəti, tam düzgün və ətraflı məlumat ala bilməsi üçün Vahid Çağrı Mərkəzi 155 yaradılıb.
ətraflı >>

5 Jun 2018 2018-ci ildə poçt xidmətlərinin dünya reytinqi
Ümumdünya Poçt İttifaqı poçt göndərişləri haqqında trekinqin məlumatlarını, poçt operatorlarının fəaliyyəti haqqında rəsmi statistikanı və öz araşdırmalarını təhlil edərək, xüsusi metodika ilə ölkələrin poçt rabitəsinin inkişafı üzrə vahid indeksini müəyyən edir.
ətraflı >>

1 Jun 2018 Azərbaycanda poçt rabitəsinin yaradılmasından 200 il ötür
Azərbaycan poçtunun tarixi 1 iyun 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontorunun açılmasından başlanır. Daha sonra 1826-cı ildə Bakıda, 1828-ci ildə isə Naxçıvanda poçt ekspedisiyası təşkil edilib.
ətraflı >>

22 May 2018 Gürcüstan Poçtu Avropanın ən yaxşı poçt şirkətləri onluğuna daxildir
Gürcüstan Poçtu Dövlət Şirkəti Premium dərəcəli beynəlxalq poçt xidməti birliyi (EMS) Şurasına seçkilərdə qalib gəlib. Səsvermə İsveçrənin Bern şəhərində Ümumdünya Poçt İttifaqının baş ofisində keçirilib. Bu barədə Gürcüstan Poçtunun rəsmi saytında məlumat verilir.
ətraflı >>

19 May 2018 47-ci epistolyar inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı
Ümumdünya Poçt İttifaqı (ÜPİ) 47 ildir ki, təşkilata üzv ölkələrin poçt adminstrasiyaları ilə birgə ümümtəhsil məktəbliləri arasında epistolyar (məktub şəkilində yazı) inşa müsabiqəsi keçirilir.
ətraflı >>

11 May 2018 Poçtap layihəsi çərçivəsində 885 sənəd tapıldı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən Poçtap xidməti artıq 1 (2 mart 2017) ildən çoxdur ki, sənədini itirənləri sevindirir. Poçtap sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır.
ətraflı >>

10 May 2018 Heydər Əliyev-95 illik
Azərpoçt MMC-də milli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan tədbir keçirilib.
ətraflı >>

9 May 2018 Bakıda beşinci "Şəbəkə" xidmət mərkəzi fəaliyyətə başladı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi növbəti Şəbəkə xidmət mərkəzini istifadəyə verib. Yasamal rayonunda, Şərifzadə küçəsində yerləşən Şəbəkə xidmət mərkəzində bütün növ telekommunikasiya, poçt, bank və maliyyə əməliyyatları təşkil edilib.
ətraflı >>



Alış Satış
1.9450 1.9750
1.6970 1.7020
0.0262 0.0267
GBP 2.0000 2.2500
SDR 1 SDR 2,3934