Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
27 May 2015

28 may Respublika günü

Əsası  Məmməd Əmin Rəsulzadə tərəfindən qoyulan Respublika günü münasibətilə "Azərpoçt" MMC xalqımızı təbrik edir.

28 may 1918 ci il Azərbaycanın ən parlaq və unudulmaz tarixi günlərindən biri yəni Azərbaycanın istiqlal günüdür. 1918–ci ilin May aynının 28–də Azərbaycan milli şurası istiqlal bəyannaməsi ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını e’lan etdi. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyətidir. Azərbaycan xalq cümhuriyyəti, millət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarını təmin etməlidir.

ADR Türk və İslam dünyasında ilk Parlamentli Respublika ve ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömrundə böyuk naaliyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın - kişi bərabərliyini təmin edən cümhuriyyet o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və bir cümlədə desək bugün özlərini modern hesab edən ölkələrin bir çoxunun hələ də təmin edə bimədiyi demokratik şəraiti 89 il bundan əvvəl Müstəqil Azərbaycan Cümhuriyyəti təmin etmişdir.

ADR - i rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur 1918 ci il 4 iyun.

Azərbaycan Demokratik Respublikası gərgin ve mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki Müstəqil Azərbycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvvəqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq istiqlal ideyası yenilməyib və M.Ə.Rəsulzadənin “BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ” şuarı öz əksini tapıb və nəhayət 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.








18 Oct 2018 PostEurop Avropa markaları müsabiqəsi keçirib
Tədbir hər il keçirilir və müsabiqədə sadəcə identifikasiya simvolu ilə xüsusi poçt markaları nəşr etmək hüququna malik olan PostEurop-un üzv ölkələrinin milli poçt operatorları iştirak edir. Müsabiqənin mövzusu PostEurop-un marka və filatelistlər üzrə işçi qrupu tərəfindən seçilir. Bu ilin mövzusu körpülər olub.
ətraflı >>

17 Oct 2018 Azərpoçt MMC bank nominasiyasının qalibi oldu
Azərbaycanın milli poçt operatoru Azərpoçt MMC Mastercard debet layihəsini uğurla tamamlayan bank nominasiyasının qalibi elan edilib. Bu münasibətlə AzərpoçtMMC xüsusi sertifikata layiq görülüb.
ətraflı >>

16 Oct 2018 Yeni il poçt markaları artıq dövriyyədə
Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi Yeni ilə həsr olunmuş poçt markalarını dövriyyəyə buraxıb. Markaların tirajı 60 mindir.
ətraflı >>

12 Oct 2018 18 oktyabrda Dünya Mədəniyyət Xadimləri seriyası çərçivəsində yazıçı Ceyms Oldricin anadan olmasının 100 illiyinə həsr olunan orijinal markalı zərf poçt dövriyyəsinə buraxılacaq
Ceyms Oldric (19182015) - Britaniyalı yazıçı və jurnalistdir. Onun İkinci Dünya müharibəsi haqqında olan əsərləri bir çox ölkələrdə nəşr olunub, 30-dan çox kitabın müəllifidir.
ətraflı >>

9 Oct 2018 9 oktyabr - Poçt işçilərinin peşə bayramıdır
Azərbaycanda poçt rabitəsi 16-cı əsrdən inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə 19-cü əsrə təsadüf edir. 1818-ci ildə isə Gəncədə, o vaxtki Yelizavetpolda poçt kontoru açılıb. Bu isə o deməkdir ki, Azərbaycanda rəsmi olaraq poçt sahəsinin inkişafı 200 illik bir dövrü əhatə edir.
ətraflı >>

8 Oct 2018 Rusiya Silahlı Qüvvələrinin Tarixi seriyalı markalar zərflərdə
9 oktyabrda Rusiya Silahlı Qüvvələrinin Tarixi seriyası çərçivəsində ordu generalı A.V.Xrulyeva adına Maddi-Texniki Təchizat Üzrə Hərbi Akademiyanın Hərbi İnstitutunun 100 illiyinə həsr olunmuş orijinal markalı zərf poçt dövriyyəsinə buraxılacaq.
ətraflı >>

6 Oct 2018 6 Oktyabr Poçt və Teleqraf Nazirliyinin yarandığı gündür
Azərbaycanda poçt rabitəsi 16-cı əsrdən inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə 19-cu əsrə təsadüf edir. 1818-ci il, iyun ayının 1-də Gəncə şəhərində ilk poçt kontoru açılıb. 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində Bakıda sürətlə inkişaf etməkdə olan neft sənayesi ilə bərabər telefon rabitəsi də inkişaf edib.
ətraflı >>

5 Oct 2018 Çeçenistan paytaxtının 200 illiyi şərəfinə marka
Bu gün Qroznı şəhərinin 200 illiyinə həsr olunmuş marka poçt dövriyyəsinə buraxılıb. Markanın üzərində Qroznı-Siti yüksək mərtəbəli binalar kompleksinin fonunda A.Kadırov adına Çeçenistanın ürəyi məscidi təsvir olunub.
ətraflı >>

5 Oct 2018 Moldova poçtu xatirə markaları buraxır
Moldova Respublikasının Ticarət-Sənaye Palatasının yüz illiyi nə həsr olunan markanın həkk edildiyi poçt zərfləri dövriyyəyə buraxılıb. Zərflərin tiraj həcmi 20 min nüsxədən ibarətdir.
ətraflı >>

4 Oct 2018 Belpoçtada müəllimlərə təbrik
Oktyabrın 5-də Belpoçta RUM xüsusi ayrılmış poçt rabitəsi şöbələrində Müəllimlər günü münasibətilə təqdimat tədbiri keçirəcək.
ətraflı >>



Alış Satış
1.9370 1.9580
1.6990 1.7015
0.0253 0.0260
GBP 2.2050 2.2450
SDR 1 SDR 2,3684