Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
8 May 2015

Ulu öndərin 92-ci il dönümü ərəfəsində "Azərpoçt" MMC tərəfindən ağacəkmə aksiyası

Ulu öndər  Heydər  Əliyevin  anadan olmasının 92-ci ildönümü münasibəti  ilə "Azərpoçt"MMC  tərəfindən  görülməsi nəzərdə tutulmuş işlərdən biri də  Paytaxtda yaşıllığın qorunması  artırılması üzrə ağac əkinini davam etdirməkdən ibarətdir. 

Ulu öndər Heydər Əliyev deyərdi ki, ağac kəsən mənim qolumu kəsmiş kimidir. Bu deyim qədim türk xaqanlarının mənəvi keyfiyyətinin mühüm bir tərəfini ifadə edir. Hələ qədimlər-dən türk hökmdarları ağacı yalnız yaşıllıq rəmzi saymırdılar, onu xalqın,mənəviyyatın və dövlətin varlığının vacib şərti olaraq qəbul edirdilər.

Eyni zamanda RYTN-dən daxi olmuş göstərişin icrası ilə paralel olaraq 08.05.2015-ci il tarixdə “Azərkosmos”yerləşən ərazidə RYTN-in digər tabeli qurumlarının əməkdaşları  ilə birlikdə  “Azərpoçt”MMC-nin işçiləri tərəfindən ağacəkmə kampaniyası keçirilmişdir.

Yekdilliklə keçirilən ağacəkmə kompaniyasında “Azərpoçt”MMC-nin işçiləri fəal iştirak etmiş və 1000 ədəd ağac əkmişdilər.







11 Dec 2018 Çingiz Aytmatovun 90 illiyinə həsr olunan poçt markası dövriyyədə
Qırğızıstan İnformasiya Kommunikasiya Texnologiyalar Dövlət Komitəsi Qırğızıstanın xalq yazıçısı Çingiz Aytmatovun (1928 - 2008) 90 illiyinə həsr olunan poçt markasını dövriyyəyə buraxıb. Orijinal markada Çingiz Aytmatovun portreti əks olunub.
ətraflı >>

10 Dec 2018 ePttAVM.com Azərbaycan bazarına daxil olur
Azərbaycanda türk məhsullarının satışı PTT və Azərpoçt vasitəsilə həyata keçiriləcək. Qarşıdakı aylarda ePttAVM.com sistemindəki məhsulları azərbaycanlı istehlakçılar üçün satışa çıxarılacaq.Məhsullar Bakıya qədər PTT vasitəsi ilə, Bakıda isə Azərpoçt vasitəsi ilə operativ şəkildə istehlakçıların ünvanlarına çatdırılacaq.
ətraflı >>

7 Dec 2018 Azərpoçt MMC Rusiya poçtu ilə memorandum imzalayıb
Bakutel-2018 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində Azərpoçt Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Rusiya poçtu arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Məqsəd tərəflər arasında poçt, maliyyə və elektron xidmətlər sahəsində yaranan problemlərin aradan qaldırılmasıdır.
ətraflı >>

6 Dec 2018 6 dekabr rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır
Azərbaycan rabitəsi zəngin tarixi köklərə malikdir. Belə ki, Hülakilər dövlətini iqtisadi və siyasi böhrandan qurtarmaq üçün Qazan xan hələ 1303-cü ildə poçt sahəsində islahatlar həyata keçirmişdir. 1501-ci ildə isə Şah İsmayıl Xətai tərəfindən poçt rabitəsinin dövlət səviyyəsində təşkilinin təməli qoyulmuşdur. 1881-ci il 6 dekabr tarixində isə Nobel qardaşları cəmiyyəti tərəfindən Azərbaycanda rəsmi olaraq ilk telefon xətti istismara verilmişdir.
ətraflı >>

6 Dec 2018 Bakı Beynəlxalq Avtovağzal Kompleksində Şəbəkə xidmət mərkəzi istifadəyə verildi
6 dekabr rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günü münasibəti ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün paytaxtda növbəti Şəbəkə xidmət mərkəzini istifadəyə verib. Mərkəz Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (Bakı-Sumqayıt şosesi, 3) ərazisində yerləşir.
ətraflı >>

5 Dec 2018 Qar qız poçt markasında
DekabrIN 4-də Rusiya poçtu Yeni il bayramına həsr olunan poçt markasını dövriyyəyə buraxıb. Poçt markasının üzərində qış meşəsi və Qar qız təsvir olunub.
ətraflı >>

5 Dec 2018 4-cü Azərbaycan-Belarus Biznes Forumu keçirilib
Bakutel-2018 beynəlxalq sərgi-konfransı çərçivəsində 4-cü Azərbaycan-Belarus Biznes Forumu keçirilib. Tədbirdə çıxış edən Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Belarus Respublikası Rabitə və İnformasiya Nazirliyi tərəfindən birgə təşkil olunan biznes forum Belarusun öz milli pavilyonu ilə təmsil olunduğu Bakutel-2018 beynəlxalq sərgi-konfransı çərçivəsində keçirilir.
ətraflı >>

4 Dec 2018 Azərbaycan Prezidenti İlham Əliyev Bakutel-2018 sərgisi ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - Bakutel-2018 ilə tanış olublar.
ətraflı >>

3 Dec 2018 Bakutel-2018 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransına həsr olunan mətbuat konfransı keçirilib
Bakıda Bakutel-2018 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransına həsr olunan mətbuat konfransı keçirilib.
ətraflı >>

3 Dec 2018 Azərbaycan-Rusiya rabitə operatorlarının görüşü keçirilib
Bu gün rabitə operatorlarının rəhbərlərinin iştirakı ilə yüksək səviyyəli görüş keçirilib. Görüşə Azərbaycan Respublikasının Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə və Rusiya Federasiyasının Rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar nazirinin müşaviri Mixayıl Mamonov başçılıq edib.
ətraflı >>



Alış Satış
1.9000 1.9370
1.6990 1.7025
0.0249 0.0256
GBP 2.1200 2.1700
SDR 1 SDR 2,3553