Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
2 May 2015

Azərpoçt MMC-nin Təhsil Nazirliyi ilə birgə keçirdiyi növbəti inşa müsabiqəsinin yekunları açıqlanıb

 "Azərpoçt” MMC və Təhsil Nazirliyi  Ümumdunya Poçt İttifaqının xətti ilə 2014-2015-ci illər üzrə ölkəmizin məktəbliləri arasında 44-cü beynəlxalq epistolyar inşa müsabiqəsini təşkil etmiş və müsabiqəyə ÜPİ,  “Azərpoçt” MMC və Təhsil Nazirliyi üzrə  hər biri 1 mövzu olmaqla, cəmi  3 mövzu təklif edilmişdir:

1.      Kiməsə məktub yaz və izah et: Sən hansı bir dünyada böyümək istəyərdin?” (15 yaşa qədər olan məktəblilər)

2.      Biz o torpaqlara qayıdacağıq!   

3.      Xalq qəhrəmanları ilə tanınır.

Nəticələrə  əsasən  müsabiqədə otən illərlə müqayisədə bu il ən yüksək rəqəm- 60595 ədəd  inşa yazısı iştirak etmişdir. Daxil olmuş   bütün  inşa yazıları  müsabiqənin  şərtlərinə görə   “Azərpoçt” MMC-nin  Poçt Filiallarına göndərilmiş, yerli Təhsil İdarələrinin müəllimləri tərəfindən  yoxlanılmış, hər bir mövzu üzrə 2 qalib olmaqla hər PF-dən 6 qalib inşa yazısı  “Azərpoçt” MMC-yə təqdim edilmişdir. Həmin inşa  yazıları Bakı Baş Təhsil idarəsi tərəfindən bir daha yoxlanılaraq  “yaxşıların yaxşısı”  seçilmiş və  30  nəfər qalib  müəyyən edilmişdir. ÜPİ-nin təqdim etdiyi mövzu üzrə qalib elan edilmiş inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının mərkəzi ofisinə göndərilmişdir.

Məlumdur ki, Beynəlxalq Cəmiyyətlər 2000-ci ilin sentyabr ayında Birləşmiş Millətlər Təşkilatı tərəfindən müəyyən edilmiş  Minilliyin İnkişaf Məqsədlərinin müddətinin  sona çatması ilə əlaqədar olaraq, 2015-ci ildən sonrakı dövrdə də  davamlı inkişaf proqramını qəbul etməyə hazırlaşır.  Bu proqram ümumilikdə təhsil səviyyəsinin artırılması, uzunömürlülüyü artırmaq, yoxsulluğu azaltmaq, xəstəliklərlə mübarizə  sahəsində aparılan böyük prosesləri davam etdirməyə imkan verir. BMT-nin rəyinə görə, “dünyanın çiçəklənməsi, bərabərliyi, sülh və azadlığın bərqərar olması”istiqamətinə yönəldilmiş cəhdlər, 2015-ci ildə də zəifləməyəcəkdir. Proqram, 2015-ci ilin sentyabrında BMT-nin növbəti sammitinə toplanmış üzv dövlətlər tərəfindən qəbul edilməlidir.

ÜPİ tərəfindən keçirilən inşa müsabiqsinin mövzusu da bütün ölkələrin gənclərinə, yaşadığımız dünya haqda fikirlərini, gələcək üçün  bəslədiyi ümidləri, planetin üzləşdiyi qlobal problemlərlə əlaqədar dünyagörüşlərini ifadə etmək imkanını verir.

   Müsabiqəyə təqdim olunan inşa yazılarının 30439 ədədi 2-ci mövzunu əhatə etmişdir ki, bunu da xüsusi vurğulamaq lazımdır. Belə ki, ümummilli liderimiz Heydər Əliyevin 92 illik yubileyi ərəfəsində “Azərpoçt” MMC tərəfindən təklif edilən mövzu ulu öndərimizin layiqli davamçısı İ.Əliyevin “Biz o torpaqlara qayıdacayıq” sözlərinə xitab edilərək seçilmişdir. 

Sonda müsabiqənin qalibləri: 

 - I yer üzrə hər biri 150 manat pul mükafatı və fəxri fərmanla:

Məmmədli Səməndər Ələmdar oğlu- Bakı şəhəri, Nərimanov rayonu 207 li tam orta məktəbin VII  sinif şagirdi(I mövzu üzrə  inşası ÜPİ-yə göndərilmiş olan qalib)

Əliyeva Nuray Səməd qızı- Bakı şəhəri, Nərimanov rayonu, 73 li tam orta məktəbin X sinif şagirdi (II mövzu üzrə)

Əliyev Asəf Azər oğluı-  Bakı şəhəri, Səbayel rayonu, 51 li  məktəbin VII sinif şagirdi ( III mövzu üzrə)

 - II yer üzrə hər biri 100 manat pul mükafatı və fəxri fərmanla, 

Məmmədova Pərvanə Əhməd qızı- Bakı şəhəri, 70 li məktəb-litseyin VIII sinif şagirdi

Ağazadə Asəf Yusif oğlu-  Zəngilan rayonu, 2li tam orta məktəbin IX sinif şagirdi

Orucova Məhəbbət Bilal qızı- Şabran rayonu, Pirəbədil kənd tam orta məktəbin VI sinif şagirdi

Novruzlu Ruhiyyə Mütalib qızı- Şuşa şəhəri, 6 li tam orta məktəbin IX sinif şagirdi

Alıyev Anar Yaqub oğlu- Bakı şəhəri, Xətai rayonu, 138li tam orta məktəbin VIII  sinif şagirdi

İskəndərli Könül Nazim qızı- Yardımlı  rayonu,  Dağüzü kənd tam orta məktəbin IX sinif şagirdi 

  - III yer üzrə hər biri 80 manat pul mükafatı və fəxri fərmanla, 

Süleymanov İlyas Hafiz oğlu- Bakı şəhəri, 276 li  tam orta məktəbin VII sinif şagirdi

Abdurahmanlı Xədicə Eldar qızı-Şəki şəhəri, 5li  tam orta məktəbin  V  sinif şagirdi

Hüseynov Tərlan Zaman oğlu- Astara rayonu, Pensər kənd 2li məktəb-litseyin VII  sinif şagirdi

Məmmədov Behbud Rahib oğlu- İsmayıllı şəhəri, 2li tam orta məktəbin VIII sinif şagirdi

Əliyev İlkin Məqsəd oğlu -Bakı şəhəri, Sabunçu rayonu, 113li tam orta məktəbin IX sinif şagirdi

Əliyeva  Şahanə Hafiz qızı- Bakı şəhəri, Nizami rayonu,  12 li tam orta məktəbin VIII sinif şagirdi

Mustafayev Əkbər Elman oğlu –Qusar şəhəri, 1li tam orta məktəbin IX  sinif şagirdi

Alıyeva Şəms Babək qızı- Bakı şəhəri, Xətai rayonu, 221li tam orta məktəbin IX sinif şagirdi

Həsənzadə Zeynəb Vüsal qızı- Qazax  şəhəri, S.Vurğun adına 2 li tam orta məktəbin  IX sinif şagirdi

 

Həvəsləndirici- IV yerə layiq görülmüş  qaliblərin  hər biri:  

 Babayeva Solmaz Arif qızı-Şirvan şəhəri,  3li tam orta  məktəbin IX sinif şagirdi

Məhərrəmova Xatirə Seymur qızı- Bakı şəhəri, Xəzər rayonu, 185li tam orta məktəbin VII  sinif şagirdi

Mustafazadə Rəhim Hümbət oğlu- Laçın rayonu, 40li tam orta məktəbin VII sinif şagirdi

Seyidova Aydan Pərviz qızı-Bakı şəhəri, Sabunçu rayonu, 169li tam orta məktəbin X sinif şagirdi-

İsmayılova Balabəyim Əbdül qızı –Zəngilan rayonu, 33li tam orta məktəbin X sinif şagirdi

Namazova Aynurə Rasim qızı- Bakı şəhəri, Nərimanov rayonu, 73li tam orta məktəbin VIII sinif şagirdi

Həsənov Anar Fazil oğlu-Sədərək rayonu, Sədərək kənd 1li  tam orta məktəbin X sinif şagirdi

Cəfərzadə Səbinə Saleh qızı- Bakı şəhəri, Suraxanı rayonu, 278li tam orta məktəbin IX sinif şagirdi

Həsənova Ayşən Müşviq qızı- Bakı şəhəri, Nərimanov rayonu, 178 li tam orta məktəbin X sinif şagirdi

Baxşəliyeva Leyla İlham qızı- Bakı şəhəri, Nəsimi rayonu, 54li tam orta məktəbin  V sinif şagirdi

Yusifova Simrida Famil qızı-  Bakı şəhəri, Xəzər rayonu, 124li tam orta məktəbin VII sinif şagirdi

İmanova Günel Nizami qızı- Tərtər şəhəri, 6 li tam orta məktəbin X sinif şagirdi 

50 manat məbləğində pul mükafatı və fəxri fərmanla təltif olunmuşlar.







16 Nov 2018 Belarusun Böyük Tarixi Atlası
Belarus Respublikasının İnformasiya və Texnologiyalar Nazirliyi dörd cilddə olan Belarusun Böyük Tarixi Atlasının dərcinə həsr olunan, 21 Noyabr 2018-ci ildə xüsusi xatirə tədbirində istifadə olunacaq xatirə ştempelli buraxacaq.
ətraflı >>

15 Nov 2018 Bakutel-2018 sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq
Bakı Expo Mərkəzinin sərgi zalında təşkil olunan xüsusi guşədə məhz Bakutel sərgisinin ziyarətçiləri üçün lotereya oyunu keçiriləcək. Azərlotereya ASC tərəfindən təşkil olunacaq lotereyanın oyun qaydalarına əsasən, biletlər oyunda iştirak üçün qeydiyyata alınacaq.
ətraflı >>

14 Nov 2018 Kiyevski kotlet markalarda
Ukrayna poçtu Milli yeməklər seriyasından Kiyevsayağı kotlet markasını dövriyyəyə buraxıb. 140 min tirajla dərc olunan nüsxənin nominalı 7 qrivni, yəni 0.43 Azn-dir.
ətraflı >>

13 Nov 2018 Azərbaycan və Belarus birgə marka dövriyyəyə buraxacaq
Belarus Respublikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi 2018-ci il noyabrın 19-da Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

13 Nov 2018 Nazir Bərdədə vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 16.11.2018-ci il tarixində saat 12:30-da Bərdə şəhərində Bərdə, Yevlax, Tərtər və Ağdam rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
ətraflı >>

12 Nov 2018 Müstəqillik qəhrəmanları poçt markalarında
Polşa poçtu 11 noyabr 2018-ci ildə Polşanın müstəqilliyinin bərpasının 100 illiyi adı altında poçt məhsulu dövriyyəyə buraxıb. Poçt məhsulu səkkiz markadan ibarətdir və hər bir markanın tirajı 180 min nüsxə təşkil edir.
ətraflı >>

12 Nov 2018 1 Poçt Şöbəsi və 2 Poçt Agentliyi açılaraq müştərilərin istifadəsinə verilib
Azərpoçt MMC 2018-ci ilin 9 ayı üzrə tarif gəliri proqnozunu 105% icra edib. Belə ki, 2018-ci ilin 9 ayı üzrə təyin olunmuş tarif gəliri proqnoz tapşırıqları yerinə yetirilib, nəzərdə tutulan proqnozdan keçən ilin müvafiq dövrü ilə müqayisədə yəni 4.8% artıq gəlir əldə edilib.
ətraflı >>

7 Nov 2018 Poçt bağlamalarını robotlar daşıyacaq
Norveçin poçt operatoru robot poçtalyonlar hazırlayan "Buddy Mobility" startapı ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
ətraflı >>

6 Nov 2018 Arxeologiya silsiləsindən olan şahmat fiqurları markalarda
Noyabrın 12-də Belarus Respublikası Rabitə və İnformasiya Nazirliyi "Arxeologiya" seriyasından iki poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

5 Nov 2018 Azərbaycan növbəti dəfə Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
Ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına 119 səslə üzv seçildi. Beləliklə, Azərbaycan BTİ-nin Şurasında təmsil olunan 48 ölkədən biri oldu. Qeyd edək ki, MDB regionundan yalnız Azərbaycan və Rusiya Şuraya üzv seçilib.
ətraflı >>



Alış Satış
1.9050 1.9400
1.6980 1.7015
0.0252 0.0259
GBP 2.1450 2.1950
SDR 1 SDR 2,3488