Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
25 Dec 2014

Nazir Əli Abbasov Ağcabədi rayonunda vətəndaşlarla görüşəcək

 Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun dekabrın  27-si saat 11:00-da Ağcabədi rayonunda (Ağcabədi, Beyləqan, Zərdab, Füzuli, İmişli, Xocavənd, Cəbrayıl) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu, eyni zamanda görüşlərdə qaldırılan məsələlərin icrası ilə bağlı videokonfransın keçirilməsi planlaşdırılır.

    Vətəndaşlardan "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
    Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar,  zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
Ağcabədi rayonunda 275-52-99
Beyləqan rayonunda 225-32-33
Zərdab rayonunda 296-60-41
Füzuli rayonunda 315-53-73
İmişli rayonunda 246-60-05
Xocavənd rayonunda 225-21-22 
Cəbrayıl rayonunda 384-37-08 
nömrəli telefonlara zəng etmələri xahiş olunur.







12 Jun 2018 Poçtap layihəsi çərçivəsində 915 sənəd tapıldı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən Poçtap xidməti artıq 1 (2 mart 2017 ) ildən çoxdur ki, sənədini itirənləri sevindirir. Poçtap sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır.
ətraflı >>

6 Jun 2018 Belpoçta Respublika Unitar Müəssisəsi-dən Postkrosser günü: dünyanın müxtəlif guşələrindən salam aksiyası
İyunun 8-də respublikanın bütün poçt rabitəsi şöbələrində Postkrosser günü promo tədbiri keçiriləcək. Eyni vaxtda 10 və daha artıq beynəlxalq adi poçt kartı göndərən müştərilər onların göndəriş haqqını 10% güzəştlə ödəyə biləcəklər.
ətraflı >>

5 Jun 2018 Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Vahid Çağrı Mərkəzi yaradıldı 155
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki qurumlarda fəaliyyət göstərən müxtəlif çağrı mərkəzləri birləşdirilib. Yüksək keyfiyyətli müştəri xidmətlərinin göstərilməsi, vətəndaşların daha rahat müraciəti, tam düzgün və ətraflı məlumat ala bilməsi üçün Vahid Çağrı Mərkəzi 155 yaradılıb.
ətraflı >>

5 Jun 2018 2018-ci ildə poçt xidmətlərinin dünya reytinqi
Ümumdünya Poçt İttifaqı poçt göndərişləri haqqında trekinqin məlumatlarını, poçt operatorlarının fəaliyyəti haqqında rəsmi statistikanı və öz araşdırmalarını təhlil edərək, xüsusi metodika ilə ölkələrin poçt rabitəsinin inkişafı üzrə vahid indeksini müəyyən edir.
ətraflı >>

1 Jun 2018 Azərbaycanda poçt rabitəsinin yaradılmasından 200 il ötür
Azərbaycan poçtunun tarixi 1 iyun 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontorunun açılmasından başlanır. Daha sonra 1826-cı ildə Bakıda, 1828-ci ildə isə Naxçıvanda poçt ekspedisiyası təşkil edilib.
ətraflı >>

22 May 2018 Gürcüstan Poçtu Avropanın ən yaxşı poçt şirkətləri onluğuna daxildir
Gürcüstan Poçtu Dövlət Şirkəti Premium dərəcəli beynəlxalq poçt xidməti birliyi (EMS) Şurasına seçkilərdə qalib gəlib. Səsvermə İsveçrənin Bern şəhərində Ümumdünya Poçt İttifaqının baş ofisində keçirilib. Bu barədə Gürcüstan Poçtunun rəsmi saytında məlumat verilir.
ətraflı >>

19 May 2018 47-ci epistolyar inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı
Ümumdünya Poçt İttifaqı (ÜPİ) 47 ildir ki, təşkilata üzv ölkələrin poçt adminstrasiyaları ilə birgə ümümtəhsil məktəbliləri arasında epistolyar (məktub şəkilində yazı) inşa müsabiqəsi keçirilir.
ətraflı >>

11 May 2018 Poçtap layihəsi çərçivəsində 885 sənəd tapıldı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən Poçtap xidməti artıq 1 (2 mart 2017) ildən çoxdur ki, sənədini itirənləri sevindirir. Poçtap sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır.
ətraflı >>

10 May 2018 Heydər Əliyev-95 illik
Azərpoçt MMC-də milli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan tədbir keçirilib.
ətraflı >>

9 May 2018 Bakıda beşinci "Şəbəkə" xidmət mərkəzi fəaliyyətə başladı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi növbəti Şəbəkə xidmət mərkəzini istifadəyə verib. Yasamal rayonunda, Şərifzadə küçəsində yerləşən Şəbəkə xidmət mərkəzində bütün növ telekommunikasiya, poçt, bank və maliyyə əməliyyatları təşkil edilib.
ətraflı >>



Alış Satış
1.9450 1.9750
1.6970 1.7020
0.0262 0.0267
GBP 2.0000 2.2500
SDR 1 SDR 2,3934