Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
1 Dec 2014

Azərpoçt MMC-nin poçt müəssisələrində poçt xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması üzrə ÜPİ-nin xüsusi Layihəsinin tədbiqi ilə əlaqədar Posteuropun nümayəndə heyətinin Azərbaycana səfəri

ÜPİ-nin təklifi, “Posteurop”un dəstəyi, RYTN-nin razılığı və “Azərpoçt”MMC-nin dəvətilə 22 noyabr-02 dekabr 2014-cü il tarixlərində “Azərpoçt” MMC-nin poçt müəssisələrində poçt xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə dəstək məqsədilə ÜPİ-nin xüsusi Layihəsinin  tədbiqi ilə əlaqədar olaraq “Posteurop”un 6 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olmuş və ətraflı monitorinq aparmışlar. Sözü gedən Layihənin tədbiqi ilə bağlı “Posteurop”un qabaqcadan göndərdiyi proqrama uyğun olaraq “Azərpoçt”MMC-də nümayəndə heyətinin qarşılanması, yola salınması, müşayət edilməsi və digər məsələlərlə bağlı geniş tədbirlər planı hazırlanaraq icra üçün aidiyyəti mütəxəsislərə və Poçt Filiallarına göndərilmişdir.Proqrama uyğun olaraq nümayəndə heyəti 24.11.2014-cü il tarixdə Azərpoçtun mütəxəssisləri ilə ətraflı görüş keçirmiş, hər iki tərəfdən təqdimat göstərildikdən sonra 3 gün ərzində nümayəndə heyəti Bakının 1 saylı Poçt Filialında, Poçt Daşıma Mərkəzində, Hava Limanının Poçt Daşıma Sahəsində, Abşeron PF-də və Xaçmaz RPF-də monitorinq aparmışlar. Monitorinq zamanı nümayəndə heyətini Azərpoçtun aidiyyəti mütəxəsissləri müşayət etmişlər.

28.11.2014-cü il tarixdə Azərpoçtda monitorinqin nəticələri mütəxəssislərin iştirakı ilə ətraflı müzakirə edilmişdir. Müzakirədən əvvəl nümayəndə heyəti “Azərpoçt”MMC-nin baş direktoru cənab Qəmbər Bəybalayev tərəfindən qəbul edilərək, onlara gül dəstələri təqdim edilmiş və onların gəlişi ilə bağlı müzakirə aparılmışdır. Qəbul zamanı cənab Q.Bəybalayev nümayəndə heyətini “Azərpoçt”MMC-nin son illər əldə etdiyi nailiyyətlər, onun beynəlxalq əlaqələri, maliyyə xidmətlərinin tədbiqi və s. barədə qısa və konkret dəlillərlə məlumatlandırmışdır. 01.12.2014-cü il tarixdə Azərpoçtda monitorinqin nəticələri ilə bağlı hesabat xarakterli təqdimat mərasimi olmuş, Azərpoçtun güclü və zəif tərəfləri qeyd edilmiş, nəticədə istismar və keyfiyyətin daha da yaxşılaşdırılması barədə təkliflər tövsiyyə edilmişdir. Nümayəndə heyətinin verdiyi məlumata görə son təkliflər paketi bu ayın sonunda göndəriləcəkdir.

Son təkliflər paketi “Azərpoçt”MMC-yə daxil olduqdan sonra geniş tədbirlər planı tərtib edilərək 1 il yarım ərzində həyata keçirilməsi nəzərdə tutulmuşdur.“Posteurop”un nümayəndə heyəti rəsmi araşdırmalarla yanaşı Azərbaycanın, xüsusilə Bakının görməli yerləri ilə tanış edilmişlər. Belə ki, onlar Şəhidlər xiyabanında şəhidlərin məzarlarını, Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin, Zərifə xanım Əliyevanın, abidələrini ziyarət etmiş, eyni zamanda nümayəndə heyəti Xaçmaz rayonunda da yüksək səviyyədə qarşılanmış, Ulu Öndərin abidəsi önüna gül buketləri qoymuşlar. Bundan elavəqonaqlar Heydər Əliyev Mərkəzində, Bayraq Meydanında, açıq muzeydə və rəsm qalereyasında olamuşlar. Qonaqlar istər poçtumuzun inkişafı, istərsə də Azərbaycanımızın ümumi inkişafı baxımından yüksək təəssüratla Bakını tərk etmişlər.

 

 







16 fev 2018 Azərpoçtbeynəlxalq epistolyar inşa müsabiqəsinə start verdi
Ümumdünya Poçt İttifaqı (ÜPİ) 47 ildir ki, təşkilata üzv ölkələrin poçt adminstrasiyaları ilə birgə ümümtəhsil məktəbliləri arasında epistolyar (məktub şəkilində yazı) inşa müsabiqəsi keçirir. Ölkəmizdə bu müsabiqə Azərpoçt Məhdud Məsuliyyətli Cəmiyyətivə Təhsil Nazirliyi ilə birgə təşkil edilir.
ətraflı >>

12 fev 2018 2017-ci ilin nəticələrinə görə Şəbəkə Travel turizim şirkəti kimi Azeri Bussiness Award mükafatına layiq görülüb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə yaradılan Şəbəkə Travelin fəaliyyətə başlamasından 1 il ötür. Bütün növ poçt və telekommunikasiya xidmətlərinin göstərildiyi Şəbəkə mərkəzlərində turizim xidmətlərini təmin etmək üçün yaradılan Şəbəkə Travel müasir turizm standartlarına cavab verən çox profilli tur operatordur.
ətraflı >>

10 fev 2018 "Şəbəkə" xidmət mərkəzlərinin fəaliyyətə başlamasının 1 ili tamam olur
Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşəbbüsü ilə yaradılan "Şəbəkə" xidmət mərkəzlərinin istifadəyə verilməsindən 1 il ötür. Hazırda respublika üzrə 6 Şəbəkə xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakıda, digər 2-si Cəlilabad və Zaqatala şəhərlərində yerləşir.
ətraflı >>

8 fev 2018 Azərpoçt 2017-ci ildə tranzit mərkəzdə HUB layihəsi çərçivəsində 4 milyon 343 mni 679 ədəd poçt həcmi emal edib
2016-cı ilin iyul ayından start götürən HUB layihəsi 2017-ci ildə də Azərbaycan Poçtunun ölkələrarası elektron kommersiyanın həyata keçirilməsi üçün regional tranzit poçt mərkəzi (HUB) kimi fəaliyyət göstərib.
ətraflı >>

1 fev 2018 Azərpoçtun yeni Debit MasterCard plastik kartları ilə edilən onlayn alış-veriş daha ucuz başa gələcək
Azərpoçt MMC ilk dəfə Debit MasterCard ödəniş kartlarının emissiyasına başlayıb. İlk etapda 20 min kartın personallaşdırılması nəzərdə tutulub.
ətraflı >>

26 Jan 2018 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Xırdalanda vətəndaşlarla görüşüb
Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Abşeron rayonunun inzibati mərkəzi Xırdalan şəhərində vətəndaşlar ilə görüşüb.
ətraflı >>

16 Jan 2018 2017-ci ildə ölkə ərazisinə daxil olan beynəlxalq poçt göndərişlərin sayı 876 min 509 ədəd təşkil edib.
Bu öncəki ilin müvafiq dövrü ilə müqayisədə 26,4% (183321 ədəd) çoxdur və bu göndərişlərin böyük əksəriyyəti elektron ticarət saytlarından sifariş olunan məhsullardır.
ətraflı >>

12 Jan 2018 Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturu
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR
ətraflı >>

29 Dec 2017 Qanvermə aksiyası keçirildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının, qurum və müəssisələrinin əməkdaşlarının iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş qanvermə aksiyası keçirilib.
ətraflı >>

28 Dec 2017 Bayram günlərində əhali fasiləsiz poçt xidmətləri ilə təmin olunacaq
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.
ətraflı >>



Alış Satış
2.0900 2.1200
1.6950 1.7010
0.0296 0.0302
GBP 2.3350 2.3850
SDR 1 SDR 2,4818