Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
23 Oct 2014

AzərpoçtMMC və Təhsil Nazirliyi ölkəmizin məktəbliləri arasında beynəlxalq epistolyar inşa müsabiqəsi elan edir

 Hər il olduğu kimi bu il də Ümumdünya Poçt İttifaqı bütün poçt müdiriyyətlərinə məktəblilər arasında epistolyar inşa müsabiqəsinin keçirilməsini və ölkənin Təhsil Nazirliyi ilə birgə təşkil olunmasını tövsiyyə edərək keçiriləcək müsabiqəyə mövzu təqdim etmişdir. Həmin mövzu üzrə qalib elan edilmiş inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının mərkəzi ofisinə (Bern şəhərinə) göndəriləcəkdir.Bununla əlaqədar olaraq 3 (üç) mövzu ilə inşa müsabiqəsinə start verilərək birinci mövzu Ümumdünya Poçt İttifaqı, ikinci mövzu “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, üçüncü mövzu isə Təhsil Nazirliyi  tərəfindən təklif edilmişdir. Müsabiqənin mövzuları və mükafat fondu aşağıdakı kimidir:

 

Kiməsə məktub yaz və izah et: Sən hansı bir dünyada böyümək istəyərdin?

(15 yaşa qədər olan məktəblilər)

Biz o torpaqlara qayıdacağıq!   (İlham Əliyev)

Xalq qəhrəmanları ilə tanınır.

           

Qaliblər üçün təyin edilmiş pul mükafatları:

1-ci yer – 3 nəfər – hər biri 150 manat                               (hər bir mövzu üzrə 1 nəfər)

2-ci yer – 6 nəfər – hər biri  100 manat                              (hər bir mövzu üzrə 2 nəfər)

3-cü yer – 9 nəfər – hər biri 80 manat                               (hər bir mövzu üzrə 3 nəfər)

Həvəsləndirici - 12 nəfər – hər biri 50 manat                  (hər bir mövzu üzrə 4 nəfər)

 

Ümumdünya Poçt İttifaqının beynəlxalq nüfuzlu təşkilat olduğunu nəzərə alaraq Azərbaycan məktəblilərinin onların təklif etdiyi müsabiqədə yaxından iştirak etmələri bizim fikrimizcə  dövlətimiz üçün çox əhəmiyyətlidir. Müsabiqəyə təqdim edilən inşa yazıları 01.03.2015-ci il tarixinə qədər göndərilməlidir. Azərbaycan, rus və yaxud ingilis dillərindən birində yazılacaq inşaların həcmi 800 sözdən artıq  olmamalıdır. Ümidvarıq ki, bu müsabiqədə Azərbaycan məktəblisi Ümumdünya Poçt İttifaqının nəzərdə tutduğu ali mükafatlardan (Qızıl, gümüş və bürünc medallar) birinə layiq görüləcəkdir.Müsabiqədə iştirak etmək ustəyən hər bir şagirdin inşa yazısının iştirakçı vərəqi ilə birlikdə aşağıdakı ünvana göndərilməsi xahiş olunur:

 

Ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 36, “Azərpoçt”MMC

Indeks:AZ1000

�h�X�~ �Y ir Hacıbəyov küçəsi 36, “Azərpoçt”MMC

 

Indeks:AZ1000







16 Nov 2018 Belarusun Böyük Tarixi Atlası
Belarus Respublikasının İnformasiya və Texnologiyalar Nazirliyi dörd cilddə olan Belarusun Böyük Tarixi Atlasının dərcinə həsr olunan, 21 Noyabr 2018-ci ildə xüsusi xatirə tədbirində istifadə olunacaq xatirə ştempelli buraxacaq.
ətraflı >>

15 Nov 2018 Bakutel-2018 sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq
Bakı Expo Mərkəzinin sərgi zalında təşkil olunan xüsusi guşədə məhz Bakutel sərgisinin ziyarətçiləri üçün lotereya oyunu keçiriləcək. Azərlotereya ASC tərəfindən təşkil olunacaq lotereyanın oyun qaydalarına əsasən, biletlər oyunda iştirak üçün qeydiyyata alınacaq.
ətraflı >>

14 Nov 2018 Kiyevski kotlet markalarda
Ukrayna poçtu Milli yeməklər seriyasından Kiyevsayağı kotlet markasını dövriyyəyə buraxıb. 140 min tirajla dərc olunan nüsxənin nominalı 7 qrivni, yəni 0.43 Azn-dir.
ətraflı >>

13 Nov 2018 Azərbaycan və Belarus birgə marka dövriyyəyə buraxacaq
Belarus Respublikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi 2018-ci il noyabrın 19-da Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

13 Nov 2018 Nazir Bərdədə vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 16.11.2018-ci il tarixində saat 12:30-da Bərdə şəhərində Bərdə, Yevlax, Tərtər və Ağdam rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
ətraflı >>

12 Nov 2018 Müstəqillik qəhrəmanları poçt markalarında
Polşa poçtu 11 noyabr 2018-ci ildə Polşanın müstəqilliyinin bərpasının 100 illiyi adı altında poçt məhsulu dövriyyəyə buraxıb. Poçt məhsulu səkkiz markadan ibarətdir və hər bir markanın tirajı 180 min nüsxə təşkil edir.
ətraflı >>

12 Nov 2018 1 Poçt Şöbəsi və 2 Poçt Agentliyi açılaraq müştərilərin istifadəsinə verilib
Azərpoçt MMC 2018-ci ilin 9 ayı üzrə tarif gəliri proqnozunu 105% icra edib. Belə ki, 2018-ci ilin 9 ayı üzrə təyin olunmuş tarif gəliri proqnoz tapşırıqları yerinə yetirilib, nəzərdə tutulan proqnozdan keçən ilin müvafiq dövrü ilə müqayisədə yəni 4.8% artıq gəlir əldə edilib.
ətraflı >>

7 Nov 2018 Poçt bağlamalarını robotlar daşıyacaq
Norveçin poçt operatoru robot poçtalyonlar hazırlayan "Buddy Mobility" startapı ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
ətraflı >>

6 Nov 2018 Arxeologiya silsiləsindən olan şahmat fiqurları markalarda
Noyabrın 12-də Belarus Respublikası Rabitə və İnformasiya Nazirliyi "Arxeologiya" seriyasından iki poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

5 Nov 2018 Azərbaycan növbəti dəfə Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
Ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına 119 səslə üzv seçildi. Beləliklə, Azərbaycan BTİ-nin Şurasında təmsil olunan 48 ölkədən biri oldu. Qeyd edək ki, MDB regionundan yalnız Azərbaycan və Rusiya Şuraya üzv seçilib.
ətraflı >>



Alış Satış
1.9050 1.9400
1.6980 1.7015
0.0252 0.0259
GBP 2.1450 2.1950
SDR 1 SDR 2,3488