Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
25 Jul 2014

Azərpoçt MMC beynəlxalq bağlamaların axtarışına dair internet sorğu sistemini genişləndirib

  “Azərpoçt” MMC beynəlxalq bağlamaların axtarışına dair internet sorğu sistemini (“Cricket”) genişləndirib. Qeyd edek ki, bu il ərzində  400 ədəddən artıq sorğu qeyd olunan sistemin tələbləri çərçivəsində icra edilib.
 
Bu sistem vasitəsi ilə hazırda dünyanın 160-a yaxın ölkəsi ilə əməkdaşlıq edilir. Bundan başqa dünyanın 90-a qədər ölkəsi ilə beynəlxalq sifarişli poçt göndərişlərinə dair müştəri xidmətləri - İnternetlə elektron sorğu sistemindən (PEIME) istifadə edir. Bu sistemlərə qoşulmaqla Azərbaycan poçt operatoru xaricə göndərilən istənilən poçt göndərişinin ünvanına çatana qədər izləyə bilir. Vətəndaş internet xidmətlərindən faydalanaraq bu barədə məlumatlandırıla və həmçinin fərdi qaydada bu informasiyanı əldə edə bilər. 
 
  “Azərpoçt” MMC beynəlxalq sadə məktub korrespondensiyasının keçidi üzrə bir sıra MDB ölkələri ilə ikitərəfli yoxlamalar həyata keçirib.
 
Eyni zamanda qiymətləndirilmə metodundan asılı olaraq sistematik, tam və ya seçmə üsulu ilə vaxtaşırı olaraq keyfiyyət göstəricilərinin monitorinqi aparılaraq, xidmətin keyfiyyətinə mənfi təsir göstərən amillər aşkar edilərək onların aradan qaldırılması üzrə tədbirlər həyata keçirilib.
 
Qlobal Monitorinq Sistemi (GMS) vasitəsilə ÜPİ-nin təşkilatçılığı ilə cari ilin I yarımilliyində göndərilən nəzarət məktubları təyin edilmiş normativlərə uyğun olaraq ünvan sahiblərinə çatdırılıb.“Azərpoçt” MMC 2013-cü il və 2014-cü ilin I yarımilliyi üzrə beynəlxalq bağlamaların məlumatlarının  vaxtında işlənməsi və “Cricket” sorğu sistemi üzrə ÜPİ tərəfindən təyin olunmuş mövcud normativləri tam olaraq yerinə yetirib.
 
 







18 Oct 2018 PostEurop Avropa markaları müsabiqəsi keçirib
Tədbir hər il keçirilir və müsabiqədə sadəcə identifikasiya simvolu ilə xüsusi poçt markaları nəşr etmək hüququna malik olan PostEurop-un üzv ölkələrinin milli poçt operatorları iştirak edir. Müsabiqənin mövzusu PostEurop-un marka və filatelistlər üzrə işçi qrupu tərəfindən seçilir. Bu ilin mövzusu körpülər olub.
ətraflı >>

17 Oct 2018 Azərpoçt MMC bank nominasiyasının qalibi oldu
Azərbaycanın milli poçt operatoru Azərpoçt MMC Mastercard debet layihəsini uğurla tamamlayan bank nominasiyasının qalibi elan edilib. Bu münasibətlə AzərpoçtMMC xüsusi sertifikata layiq görülüb.
ətraflı >>

16 Oct 2018 Yeni il poçt markaları artıq dövriyyədə
Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi Yeni ilə həsr olunmuş poçt markalarını dövriyyəyə buraxıb. Markaların tirajı 60 mindir.
ətraflı >>

12 Oct 2018 18 oktyabrda Dünya Mədəniyyət Xadimləri seriyası çərçivəsində yazıçı Ceyms Oldricin anadan olmasının 100 illiyinə həsr olunan orijinal markalı zərf poçt dövriyyəsinə buraxılacaq
Ceyms Oldric (19182015) - Britaniyalı yazıçı və jurnalistdir. Onun İkinci Dünya müharibəsi haqqında olan əsərləri bir çox ölkələrdə nəşr olunub, 30-dan çox kitabın müəllifidir.
ətraflı >>

9 Oct 2018 9 oktyabr - Poçt işçilərinin peşə bayramıdır
Azərbaycanda poçt rabitəsi 16-cı əsrdən inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə 19-cü əsrə təsadüf edir. 1818-ci ildə isə Gəncədə, o vaxtki Yelizavetpolda poçt kontoru açılıb. Bu isə o deməkdir ki, Azərbaycanda rəsmi olaraq poçt sahəsinin inkişafı 200 illik bir dövrü əhatə edir.
ətraflı >>

8 Oct 2018 Rusiya Silahlı Qüvvələrinin Tarixi seriyalı markalar zərflərdə
9 oktyabrda Rusiya Silahlı Qüvvələrinin Tarixi seriyası çərçivəsində ordu generalı A.V.Xrulyeva adına Maddi-Texniki Təchizat Üzrə Hərbi Akademiyanın Hərbi İnstitutunun 100 illiyinə həsr olunmuş orijinal markalı zərf poçt dövriyyəsinə buraxılacaq.
ətraflı >>

6 Oct 2018 6 Oktyabr Poçt və Teleqraf Nazirliyinin yarandığı gündür
Azərbaycanda poçt rabitəsi 16-cı əsrdən inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə 19-cu əsrə təsadüf edir. 1818-ci il, iyun ayının 1-də Gəncə şəhərində ilk poçt kontoru açılıb. 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində Bakıda sürətlə inkişaf etməkdə olan neft sənayesi ilə bərabər telefon rabitəsi də inkişaf edib.
ətraflı >>

5 Oct 2018 Çeçenistan paytaxtının 200 illiyi şərəfinə marka
Bu gün Qroznı şəhərinin 200 illiyinə həsr olunmuş marka poçt dövriyyəsinə buraxılıb. Markanın üzərində Qroznı-Siti yüksək mərtəbəli binalar kompleksinin fonunda A.Kadırov adına Çeçenistanın ürəyi məscidi təsvir olunub.
ətraflı >>

5 Oct 2018 Moldova poçtu xatirə markaları buraxır
Moldova Respublikasının Ticarət-Sənaye Palatasının yüz illiyi nə həsr olunan markanın həkk edildiyi poçt zərfləri dövriyyəyə buraxılıb. Zərflərin tiraj həcmi 20 min nüsxədən ibarətdir.
ətraflı >>

4 Oct 2018 Belpoçtada müəllimlərə təbrik
Oktyabrın 5-də Belpoçta RUM xüsusi ayrılmış poçt rabitəsi şöbələrində Müəllimlər günü münasibətilə təqdimat tədbiri keçirəcək.
ətraflı >>



Alış Satış
1.9370 1.9580
1.6990 1.7015
0.0253 0.0260
GBP 2.2050 2.2450
SDR 1 SDR 2,3684