Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
13 May 2014

Azərbaycan poçt rabitəsi üzrə beynəlxalq tədbirlərdə iştirak etmişdir

Bu gün Daşkənddə (Özbəkistan) Regional Rabitə Birliyinin Poçt rabitəsi üzrə komissiyasının və RRB-nin Poçt rabitəsi operatorlar şurasının 37/26-cı iclası və Ümumdünya Poçt İttifaqının “Avropa və MDB ölkələrində logistik xəttin təkmilləşdirilməsi və xidmətin keyfiyyəti” Strateji regional layihənin açılması üzrə beynəlxalq seminarların açılışı olmuşdur.
 
Belə ki, sözügedən iclasda ÜPİ-nın 25-ci Konqresinin qərarlarının reallaşdırılması, Poçt İstismarı Şurasının sessiyasının nəticələrinə baxılması, Regional Rabitə Birliyinin Poçt rabitəsi üzrə komissiyasının və RRB-nin Poçt rabitəsi operatrolar şurasının rəhbər vəzifələrinə seçkilərin keçirilməsi üzrə məsələlərinin müzakirəsi olunmuşdur.

Ümumdünya Poçt İttifaqının “Avropa və MDB ölkələrində logistik xəttin təkmilləşdirilməsi və xidmətin keyfiyyəti” Strateji regional layihənin açılması üzrə beynəlxalq seminarda 2009-2012-ci illərdə və 2014-2016-cı illərdə xidmətin keyfiyyəti üzrə layihələr müzakirə edilmişdir.

Tədbirdə Azərbaycanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirmə şöbəsinin müdir müavini, poçt sektorunun müdiri Novruz Məmmədov,  "Azərpoçt" MMC-nin Keyfiyyətə nəzarət şöbəsinin rəisi Novruz Qalayev, "Azərexpresspoçt" RM-nin rəis müavini Ağakazım Məmmədov iştirak etmişlər.







12 Oct 2018 18 oktyabrda Dünya Mədəniyyət Xadimləri seriyası çərçivəsində yazıçı Ceyms Oldricin anadan olmasının 100 illiyinə həsr olunan orijinal markalı zərf poçt dövriyyəsinə buraxılacaq
Ceyms Oldric (19182015) - Britaniyalı yazıçı və jurnalistdir. Onun İkinci Dünya müharibəsi haqqında olan əsərləri bir çox ölkələrdə nəşr olunub, 30-dan çox kitabın müəllifidir.
ətraflı >>

9 Oct 2018 9 oktyabr - Poçt işçilərinin peşə bayramıdır
Azərbaycanda poçt rabitəsi 16-cı əsrdən inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə 19-cü əsrə təsadüf edir. 1818-ci ildə isə Gəncədə, o vaxtki Yelizavetpolda poçt kontoru açılıb. Bu isə o deməkdir ki, Azərbaycanda rəsmi olaraq poçt sahəsinin inkişafı 200 illik bir dövrü əhatə edir.
ətraflı >>

8 Oct 2018 Rusiya Silahlı Qüvvələrinin Tarixi seriyalı markalar zərflərdə
9 oktyabrda Rusiya Silahlı Qüvvələrinin Tarixi seriyası çərçivəsində ordu generalı A.V.Xrulyeva adına Maddi-Texniki Təchizat Üzrə Hərbi Akademiyanın Hərbi İnstitutunun 100 illiyinə həsr olunmuş orijinal markalı zərf poçt dövriyyəsinə buraxılacaq.
ətraflı >>

6 Oct 2018 6 Oktyabr Poçt və Teleqraf Nazirliyinin yarandığı gündür
Azərbaycanda poçt rabitəsi 16-cı əsrdən inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə 19-cu əsrə təsadüf edir. 1818-ci il, iyun ayının 1-də Gəncə şəhərində ilk poçt kontoru açılıb. 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində Bakıda sürətlə inkişaf etməkdə olan neft sənayesi ilə bərabər telefon rabitəsi də inkişaf edib.
ətraflı >>

5 Oct 2018 Çeçenistan paytaxtının 200 illiyi şərəfinə marka
Bu gün Qroznı şəhərinin 200 illiyinə həsr olunmuş marka poçt dövriyyəsinə buraxılıb. Markanın üzərində Qroznı-Siti yüksək mərtəbəli binalar kompleksinin fonunda A.Kadırov adına Çeçenistanın ürəyi məscidi təsvir olunub.
ətraflı >>

5 Oct 2018 Moldova poçtu xatirə markaları buraxır
Moldova Respublikasının Ticarət-Sənaye Palatasının yüz illiyi nə həsr olunan markanın həkk edildiyi poçt zərfləri dövriyyəyə buraxılıb. Zərflərin tiraj həcmi 20 min nüsxədən ibarətdir.
ətraflı >>

4 Oct 2018 Belpoçtada müəllimlərə təbrik
Oktyabrın 5-də Belpoçta RUM xüsusi ayrılmış poçt rabitəsi şöbələrində Müəllimlər günü münasibətilə təqdimat tədbiri keçirəcək.
ətraflı >>

28 Sep 2018 Ukraynada marka təsvirli yeni sikkə dövriyyədə
Ukrayna Milli Bankı Ukraynanın ilk poçt markalarının buraxılmasının 100 illiyi xatirə sikkəsini buraxıb.
ətraflı >>

27 Sep 2018 Rusiya Poçtu mobil poçt-kassa terminallarının sayını 24 minə çatdırıb
Rusiya Poçtu 24 min poçtalyonu evdə maliyyə xidmətlərinin göstərilməsi üçün mobil poçt-kassa terminalları ilə təmin edib. Bu xidmət Rusiya Poçtunun 79 filialında göstərilir.
ətraflı >>

26 Sep 2018 Bakıdakı ilk Beynəlxalq Elektron Ticarət Forumu başa çatdı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə Bakıda keçirilən ilk Elektron Ticarət Forumu öz işini yekunlaşdırıb.
ətraflı >>



Alış Satış
1.9550 1.9770
1.6990 1.7015
0.0254 0.0260
GBP 2.2250 2.2600
SDR 1 SDR 2,3763