Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
6 May 2014

"Azərpoçt" MMC-nin əməkdaşlarının "Azərkosmos" ASC-yə ekskursiyası təşkil olunmuşdur

 "Azərpoçt" MMC-nin rəhbər heyəti  bir sıra əməkdaşları ilə "Azərkosmos" ASC-nin  Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə ekskursiya təşkil etmişlər. Ekskursiyanın məqsədi "Azərcosmos"un iş fəaliyyəti və bu sahədə son yeniliklərlə daha yaxından tanış olmaqdır.  Ekskursiya müddətində iştirakçılara bildirilmişdir ki, “Azərkosmos” ASC Azərbaycan Respublikası Prezidentinin 2010-cu il, 3 may tarixli sərəncamı ilə təsis edilib.  Həmin il mayın 5-də isə Türkiyənin İstanbul şəhərində ilk telekommunikasiya peykinin Malayziya hökumətinə məxsus 46°Ş orbital mövqeyə çıxarılmasını və “Measat” şirkəti ilə birgə istifadəsini nəzərdə tutan müqavilə imzalanıb.
 
2010-cu ilin 5 noyabr tarixində Fransanın “Arianespace” şirkəti ilə ilk telekommunikasiya peykinin “Ariane-5ECA” raketdaşıyıcısı ilə orbitə çıxarılmasını nəzərdə tutan müqaviləyə imza atılıb.

Qeyd edilib ki, “Azərkosmos” Qafqazda əsas peyk operatorudur və əsas fəaliyyəti müştəri tələblərinə cavab verən operator kimi müəyyən edilib.  “Azərkosmos”un hazırlıq səviyyəsi, ehtiyat və imkanları müasir texnologiyaların tam idarə olunması imkanını verir.

Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin 10 hektar torpaq sahəsindən və 4 idarəetmə binasından ibarət olunduğu bildirilərək qeyd edilib ki, peyklə əlaqə əsasən xüsusi avadanlıq və antenalar vasitəsi ilə həyata keçirilir,mütəmadi olaraq yerlə peyk arasında olan məsafə ölçülür, lazımi əmrlər, siqnallar göndərilir və onun daimi fəaliyyəti təmin edilir. Bundan başqa qeyd olunub ki, mərkəzdə çalışan əməkdaşların, demək olar ki, hamısı yerli mütəxəssislərdir.







18 Sep 2018 Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub
Ümumdünya Poçt İttifaqının (ÜPİ) Efiopiyanın paytaxtı Əddis Əbəbə şəhərində keçirilən 2-ci növbədənkənar konqresi başa çatıb. Tədbirdə dünyanın 130 ölkəsini təmsil edən mindən çox nümayəndə iştirak edib, Azərbaycan nümayəndə heyəti ilə təmsil olunub.
ətraflı >>

18 Sep 2018 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sentyabrın 21-də Ağstafa rayonunda nəzərdə tutulan Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək. Vətəndaşlarla görüş Qazax rayonunda saat 12:00-da keçiriləcək.
ətraflı >>

13 Sep 2018 Peterburq ali kino məktəbinin 100 illiyi şərəfinə bədii zərf buraxılıb
Rusiya Poçtu Sankt-Peterburq dövlət kino və televiziya institutunun 100 illiyinə həsr olunmuş bədii markalı zərfi poçt dövriyyəsinə buraxıb.
ətraflı >>

10 Sep 2018 Belarusun şəhərləri markalarda, Qrodno
Sentyabrın 14-də Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi Belarusun şəhərləri silsiləsindən Qrodno poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

9 Sep 2018 İkinci Növbədənkənar Ümumdünya Poçt Konqresi başa çatıb
3 günlük konqresdə Ümumdünya Poçt İttifaqının üzvü olan ölkələr poçt sektorunun gələcək inkişafına dair mühüm məsələlər nəzərdən keçirilib, qərarlar qəbul edilib.
ətraflı >>

7 Sep 2018 Kosmos və kosmik uçuşların sirrləri poçt markasında
Sentyabrın 13-də Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi Kosmik uçuşların iştirakçıları Assosiasiyasının 31-ci Beynəlxalq Konqresi poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

6 Sep 2018 Postkrosser günü: dünyanın müxtəlif guşələrindən salam!
Sentyabr ayının 7-də Respublikanın bütün poçt rabitəsi şöbələrində Postkrosser günü promo tədbiri keçiriləcək. Eyni vaxtda 10 və daha artıq beynəlxalq adi poçt kartı göndərən müştərilər onların göndəriş haqqını 10% güzəştlə ödəyə biləcəklər.
ətraflı >>

6 Sep 2018 Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə 24-25 sentyabr 2018-ci il tarixində Bakıda Elektron Ticarət Forumu keçiriləcək.
ətraflı >>

3 Sep 2018 192 ölkənin poçt nümayəndələri Efiopiyada
Bu gün dünaynın 192 ölkəsindən poçt qurumlarının 1000 nəfərə yaxın nümayəndəsi poçt sahəsinin gələcəyini müzakirə etmək üçün Efiopiyanın paytaxtında görüşəcək.
ətraflı >>

31 Aug 2018 Nazir Ramin Quluzadə Naftalanda vətəndaşlarla görüşüb
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Naftalan şəhərində vətəndaşları qəbul edib.
ətraflı >>



Alış Satış
1.9800 2.0000
1.6990 1.7020
0.0248 0.0254
GBP 2.2300 2.2570
SDR 1 SDR 2,3822