Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
26 Apr 2014

Azərpoçt MMC inşa müsabiqəsinin qaliblərini mükafatlandırıb.

 Hər il olduğu kimi, bu il də Ümumdünya Poçt İttifaqının dəstəyi ilə  "Azərpoçt"  MMC tərəfindən ölkədə Təhsil və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə respublika məktəbləri arasında inşa müsabiqəsi keçirilib.
 
Sayca 43-cü olan müsabiqə yekunlaşaraq qaliblər müəyyənləşdirilib.
 
Qeyd edək ki, müsabiqəyə 45000-dən çox  inşa təqdim olunub. Daxil olan bütün yazılar müsabiqənin şərtlərinə görə, yerli Təhsil idarələrinin müəllimləri tərəfindən yoxlanılıb, hər bir mövzu üzrə 2 qalib olmaqla hər poçt filialından 6 qalib inşa yazısı "Azərpoçt" MMC-yə təqdim edilib.
 
Bu yazılar da Bakı Baş Təhsil İdarəsi tərəfindən bir daha yoxlanılaraq "yaxşıların yaxşısı" seçilib və nəticədə 30 nəfər qalib müəyyənləşdirilib.
 
Bu gün "Azərpoçt" MMC-də qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
 
Şagird, valideyn, müəllim və poçt filiallarının rəislərinin iştirak etdiyi tədbirdə "Azərpoçt" MMC-nin baş direktor müavini Sübhan Kazımov bildirib ki, inşa müsabiqəsinin mövzuları Ümumdünya Poçt İttifaqı (ÜPİ), RYTN və TN tərəfindən müəyyənləşdirilib.
 
ÜPİ-nin təqdim etdiyi mövzu üzrə qalib elan edilən inşa ingilis dilinə tərcümə edilərək Azərbaycan Respublikası adından sözügedən ittifaqın mərkəzi ofisinə göndəriləcək.  Bu yarışda iştirak edən məktəblilərin sayının İldən ilə artması müsabiqəyə olan marağın, həvəsin və inamın artmasının göstəricisidir.   Qaliblərin mükafatlandırılması da ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində  həyata keçirilib.

Daha sonra tədbir iştirakçılarına "Azərpoçt" MMC-nin fəaliyyəti haqqında geniş məlumat verilib. Belə ki, özündə 74 poçt filiallarını birləşdirən "Azərpoçt"MMC həm birinci günlərdən savayı hər gün respublikada 6 istiqamət üzrə poçtdaşımalarını həyata keçirir, həm də bank müəssisəsi kimi fəaliyyət göstərir.

Sonda qaliblər diplom, pul mükafatı və qiymətli hədiyyələrlə təltif olunublar.







18 Sep 2018 Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub
Ümumdünya Poçt İttifaqının (ÜPİ) Efiopiyanın paytaxtı Əddis Əbəbə şəhərində keçirilən 2-ci növbədənkənar konqresi başa çatıb. Tədbirdə dünyanın 130 ölkəsini təmsil edən mindən çox nümayəndə iştirak edib, Azərbaycan nümayəndə heyəti ilə təmsil olunub.
ətraflı >>

18 Sep 2018 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sentyabrın 21-də Ağstafa rayonunda nəzərdə tutulan Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək. Vətəndaşlarla görüş Qazax rayonunda saat 12:00-da keçiriləcək.
ətraflı >>

13 Sep 2018 Peterburq ali kino məktəbinin 100 illiyi şərəfinə bədii zərf buraxılıb
Rusiya Poçtu Sankt-Peterburq dövlət kino və televiziya institutunun 100 illiyinə həsr olunmuş bədii markalı zərfi poçt dövriyyəsinə buraxıb.
ətraflı >>

10 Sep 2018 Belarusun şəhərləri markalarda, Qrodno
Sentyabrın 14-də Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi Belarusun şəhərləri silsiləsindən Qrodno poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

9 Sep 2018 İkinci Növbədənkənar Ümumdünya Poçt Konqresi başa çatıb
3 günlük konqresdə Ümumdünya Poçt İttifaqının üzvü olan ölkələr poçt sektorunun gələcək inkişafına dair mühüm məsələlər nəzərdən keçirilib, qərarlar qəbul edilib.
ətraflı >>

7 Sep 2018 Kosmos və kosmik uçuşların sirrləri poçt markasında
Sentyabrın 13-də Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi Kosmik uçuşların iştirakçıları Assosiasiyasının 31-ci Beynəlxalq Konqresi poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

6 Sep 2018 Postkrosser günü: dünyanın müxtəlif guşələrindən salam!
Sentyabr ayının 7-də Respublikanın bütün poçt rabitəsi şöbələrində Postkrosser günü promo tədbiri keçiriləcək. Eyni vaxtda 10 və daha artıq beynəlxalq adi poçt kartı göndərən müştərilər onların göndəriş haqqını 10% güzəştlə ödəyə biləcəklər.
ətraflı >>

6 Sep 2018 Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə 24-25 sentyabr 2018-ci il tarixində Bakıda Elektron Ticarət Forumu keçiriləcək.
ətraflı >>

3 Sep 2018 192 ölkənin poçt nümayəndələri Efiopiyada
Bu gün dünaynın 192 ölkəsindən poçt qurumlarının 1000 nəfərə yaxın nümayəndəsi poçt sahəsinin gələcəyini müzakirə etmək üçün Efiopiyanın paytaxtında görüşəcək.
ətraflı >>

31 Aug 2018 Nazir Ramin Quluzadə Naftalanda vətəndaşlarla görüşüb
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Naftalan şəhərində vətəndaşları qəbul edib.
ətraflı >>



Alış Satış
1.9800 2.0000
1.6990 1.7020
0.0248 0.0254
GBP 2.2300 2.2570
SDR 1 SDR 2,3822