Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
1 Apr 2014

Nazirlər Kabineti elektron xidmətlərlə bağlı dəyişiklik edib.

 
"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın  təsdiq  edilməsi  haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, 11, maddə 1072, 12, maddə 1247; 2012, 1, maddə 40, 3, maddə 256, 10, maddə 1016, 11, maddə 1207; 2013, 6, maddələr 745, 757, 7, maddə 868, 8, maddələr 1005, 1018, 11, maddə 1466; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 dekabr tarixli 349 nömrəli, 2014-cü il 24 yanvar tarixli 20 nömrəli və 6 fevral  tarixli 36 nömrəli qərarları) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Elektron xidmət növlərinin Siyahısı"na aşağıdakı məzmunda 32.13-cü və 32.14-cü bəndlər əlavə edilsin:
 
 
32.13.    Vətəndaşların TQDK-nın rəhbərliyinin və məsul işçilərinin qəbuluna onlayn yazılması     
 
32.14.    Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə  biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılan təhsilalanların TQDK-nın "Şagird-məzun sistemi"ndə özləri haqqında məlumatları internet vasitəsilə yoxlaması    







13 Dec 2018 12 tikilidən ibarət Dimitrov Kremli muzey-qoruğu şərəfinə marka dövriyyədə
Rusiya poçtu Dimitrov Kremli muzey-qoruğunun 100 illiyinə həsr olunan markanı poçt dövriyyəsinə buraxıb. Əlavə olaraq, bu gün Moskva və Dmitrova Moskva vilayəti üçün İlk gün zərfi hazırlanıb, üzərinə xüsusi həkketmə həyata keçirilib.
ətraflı >>

13 Dec 2018 Nazir Biləsuvar rayonunda vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sabah saat 11:30-da Biləsuvar şəhərində Biləsuvar, Cəlilabad, Salyan, Neftçala və Cəbrayıl rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
ətraflı >>

12 Dec 2018 Qazaxıstan teatr sənəti. Yermek Serkebayev markası poçt dövriyyəsində
Qazaxıstan Poçtu Qazaxıstan teatr sənəti. Yermek Serkebayev markasını poçt dövriyyəsinə buraxıb. Poçt markasının üzərində Yermek Serkebayevin portreti əks olunub. Layihənin dizayn rəssamı S. Marşaldı. Markanın tirajli 10 min nüsxə təşkil edir.
ətraflı >>

11 Dec 2018 Azərbaycanın UNICEF-lə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş poçt markası
BMT-nin Uşaq Fondu (UNICEF) Azərbaycan hökuməti ilə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş xatirə poçt markası nəşr etdirib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərmarka MMC-nin direktoru Leyla Güləliyevanın və UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardinin iştirakı ilə marka imzalanaraq möhürlənib.
ətraflı >>

11 Dec 2018 Çingiz Aytmatovun 90 illiyinə həsr olunan poçt markası dövriyyədə
Qırğızıstan İnformasiya Kommunikasiya Texnologiyalar Dövlət Komitəsi Qırğızıstanın xalq yazıçısı Çingiz Aytmatovun (1928 - 2008) 90 illiyinə həsr olunan poçt markasını dövriyyəyə buraxıb. Orijinal markada Çingiz Aytmatovun portreti əks olunub.
ətraflı >>

10 Dec 2018 ePttAVM.com Azərbaycan bazarına daxil olur
Azərbaycanda türk məhsullarının satışı PTT və Azərpoçt vasitəsilə həyata keçiriləcək. Qarşıdakı aylarda ePttAVM.com sistemindəki məhsulları azərbaycanlı istehlakçılar üçün satışa çıxarılacaq.Məhsullar Bakıya qədər PTT vasitəsi ilə, Bakıda isə Azərpoçt vasitəsi ilə operativ şəkildə istehlakçıların ünvanlarına çatdırılacaq.
ətraflı >>

7 Dec 2018 Azərpoçt MMC Rusiya poçtu ilə memorandum imzalayıb
Bakutel-2018 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində Azərpoçt Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Rusiya poçtu arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Məqsəd tərəflər arasında poçt, maliyyə və elektron xidmətlər sahəsində yaranan problemlərin aradan qaldırılmasıdır.
ətraflı >>

6 Dec 2018 6 dekabr rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır
Azərbaycan rabitəsi zəngin tarixi köklərə malikdir. Belə ki, Hülakilər dövlətini iqtisadi və siyasi böhrandan qurtarmaq üçün Qazan xan hələ 1303-cü ildə poçt sahəsində islahatlar həyata keçirmişdir. 1501-ci ildə isə Şah İsmayıl Xətai tərəfindən poçt rabitəsinin dövlət səviyyəsində təşkilinin təməli qoyulmuşdur. 1881-ci il 6 dekabr tarixində isə Nobel qardaşları cəmiyyəti tərəfindən Azərbaycanda rəsmi olaraq ilk telefon xətti istismara verilmişdir.
ətraflı >>

6 Dec 2018 Bakı Beynəlxalq Avtovağzal Kompleksində Şəbəkə xidmət mərkəzi istifadəyə verildi
6 dekabr rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günü münasibəti ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün paytaxtda növbəti Şəbəkə xidmət mərkəzini istifadəyə verib. Mərkəz Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (Bakı-Sumqayıt şosesi, 3) ərazisində yerləşir.
ətraflı >>

5 Dec 2018 Qar qız poçt markasında
DekabrIN 4-də Rusiya poçtu Yeni il bayramına həsr olunan poçt markasını dövriyyəyə buraxıb. Poçt markasının üzərində qış meşəsi və Qar qız təsvir olunub.
ətraflı >>



Alış Satış
1.9100 1.9400
1.6990 1.7025
0.0250 0.0257
GBP 2.1300 2.1800
SDR 1 SDR 2,3482