Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
13 Mar 2014

Azərbaycan ÜPİ-nin e-ticarət, poçt-maliyyə xidmətlərinə dair forumlarında təmsil olunacaq.

 31 mart - 11 aprel tarixlərində İsveçrənin Bern şəhərində Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaz sessiyası keçiriləcək. 26-28 mart tarixlərində isə ÜPİ-nin elektron ticarət və poçt-maliyyə xidmətlərinə dair forumlarının təşkili nəzərdə tutulur. Artıq hər iki nüfuzlu tədbirdə Azərbaycanı təmsil edəcək nümayəndə heyətinin tərkibi müəyyənləşib.
 
Belə ki, sözügedən forumlarda "Azərpoçt" MMC-nin Baş direktor müavini Nazim Süleymanov və bu təşkilatın Əməliyyatlar şöbəsinin rəisi Fərid Hüseynovun iştirakı gözlənilir. Onlar ölkəmizdə poçt sahəsində göstərilən bank xidmətlərinə dair təqdimatla  çıxış edəcəklər. ÜPİ-nin sessiyasında isə müxtəlif vaxtlarda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları Nasir Həmidov, Nicat İbrahimli və BƏHM-in əməkdaşı Vüsal Mirzəyevin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, adətən 3 həftə davam edən ÜPİ-nin yaz sessiyasının müddəti bu dəfə qısaldılaraq 2 həftəyə salınıb.
 
Sessiyanın ilk həftəsində (31.03-04.04.14.) Poçt Əməliyyatları Şurasının (Postal Operations Council – POC) bir sıra komissiya, layihə və işçi qruplarının toplantıları keçiriləcək, beynəlxalq məktub korrespondensiyası və poçt bağlamaları üzrə xidmətlərin keyfiyyətinin yüksəldilməsi, təhlükəsizliyi  üzrə görüləcək tədbirlər və hesablaşma sistemində yaranan yeniliklər barədə müzakirələr aparılacaq. Həmçinin, 2013-cü ilin yekunlarına görə Azərbaycanın EMS operatorunun ÜPİ-nin Qızıl səviyyəli Sertifikatı ilə təltif edilməsi gözlənilir.
 
 
Aprelin 7-dən 11-nə qədər davam edəcək sessiyanın ikinci həftəsində isə  ÜPİ-nin QSF üzrə Qəyyumlar Heyətinin (Board of Trustees – BoT) iclasları olacaq. Qeyd edək ki, Azərbaycan bu orqanın üzvüdür (DMŞ PS-nin baş məsləhətçisi N.Həmidov adlı olaraq BoT-yə seçilib). "BoT"-nin toplantısında baxılacaq əsas məsələlərə gəlincə, buraya dünya ölkələri tərəfindən ÜPİ Katibliyinə təqdim olunmuş layihələrin, həmçinin bu layihələrin həyata keçirilməsi üzrə ilkin, aralıq və yekun hesabatların və digər sənədlərin baxılıb müzakirə edilməsi, müvafiq qərarların hazırlanması daxildir.
 
 
Sessiyanın sonunda keçiriləcək "POC"-nin Plenar iclasları isə 10-11 aprel tarixlərində baş tutacaq. Burada baxılacaq məsələlər arasında QSF-in "BoT"-də hazırlanmış yekun sənədlərin təsdiq edilməsi, bu qurumun tərkibinin qismən yenilənməsi üzrə seçkilərin keçirilməsi, "POC"-nin tərkibində fəaliyyət göstərən müxtəlif komissiyaların hesabatlarına baxılması və digər məsələlər yer alıb.







18 Sep 2018 Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub
Ümumdünya Poçt İttifaqının (ÜPİ) Efiopiyanın paytaxtı Əddis Əbəbə şəhərində keçirilən 2-ci növbədənkənar konqresi başa çatıb. Tədbirdə dünyanın 130 ölkəsini təmsil edən mindən çox nümayəndə iştirak edib, Azərbaycan nümayəndə heyəti ilə təmsil olunub.
ətraflı >>

18 Sep 2018 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sentyabrın 21-də Ağstafa rayonunda nəzərdə tutulan Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək. Vətəndaşlarla görüş Qazax rayonunda saat 12:00-da keçiriləcək.
ətraflı >>

13 Sep 2018 Peterburq ali kino məktəbinin 100 illiyi şərəfinə bədii zərf buraxılıb
Rusiya Poçtu Sankt-Peterburq dövlət kino və televiziya institutunun 100 illiyinə həsr olunmuş bədii markalı zərfi poçt dövriyyəsinə buraxıb.
ətraflı >>

10 Sep 2018 Belarusun şəhərləri markalarda, Qrodno
Sentyabrın 14-də Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi Belarusun şəhərləri silsiləsindən Qrodno poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

9 Sep 2018 İkinci Növbədənkənar Ümumdünya Poçt Konqresi başa çatıb
3 günlük konqresdə Ümumdünya Poçt İttifaqının üzvü olan ölkələr poçt sektorunun gələcək inkişafına dair mühüm məsələlər nəzərdən keçirilib, qərarlar qəbul edilib.
ətraflı >>

7 Sep 2018 Kosmos və kosmik uçuşların sirrləri poçt markasında
Sentyabrın 13-də Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi Kosmik uçuşların iştirakçıları Assosiasiyasının 31-ci Beynəlxalq Konqresi poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

6 Sep 2018 Postkrosser günü: dünyanın müxtəlif guşələrindən salam!
Sentyabr ayının 7-də Respublikanın bütün poçt rabitəsi şöbələrində Postkrosser günü promo tədbiri keçiriləcək. Eyni vaxtda 10 və daha artıq beynəlxalq adi poçt kartı göndərən müştərilər onların göndəriş haqqını 10% güzəştlə ödəyə biləcəklər.
ətraflı >>

6 Sep 2018 Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə 24-25 sentyabr 2018-ci il tarixində Bakıda Elektron Ticarət Forumu keçiriləcək.
ətraflı >>

3 Sep 2018 192 ölkənin poçt nümayəndələri Efiopiyada
Bu gün dünaynın 192 ölkəsindən poçt qurumlarının 1000 nəfərə yaxın nümayəndəsi poçt sahəsinin gələcəyini müzakirə etmək üçün Efiopiyanın paytaxtında görüşəcək.
ətraflı >>

31 Aug 2018 Nazir Ramin Quluzadə Naftalanda vətəndaşlarla görüşüb
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Naftalan şəhərində vətəndaşları qəbul edib.
ətraflı >>



Alış Satış
1.9800 2.0000
1.6990 1.7020
0.0248 0.0254
GBP 2.2300 2.2570
SDR 1 SDR 2,3822