Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
28 Jan 2014

MDB ölkələri arasında Azərbaycan poçtu liderlik təşkil edir.

zərbaycan poçtunda digər MDB dövlətləri ilə müqayisədə sığortalı poçt göndərişləri ilə əlaqədar itki və ya oğurluq halları qeydə alınmayıb.
 
 Azərbaycan poçtu bu və ya digər göstəricilərə görə MDB poçt operatorları arasında liderdir. Beynəlxalq poçt göndərişlərinin axtarışı, itkisi və s. ilə əlaqədar sorğular qəbul edilərək icrası təmin edilir. Beynəlxalq bağlamaların axtarışına dair müştəri xidmətləri - İnternet sorğu sistemi (“Cricket”) ilə ötən il ərzində  4000 ədəddən artıq sorğu qeyd olunan sistemin tələbləri çərçivəsində icra edilib.

"Azərpoçt" MMC bu sistem vasitəsi ilə hazırda dünyanın 157 ölkəsi ilə əməkdaşlıq edir. Bundan başqa dünyanın 86 ölkəsi ilə beynəlxalq sifarişli poçt göndərişlərinə dair müştəri xidmətləri - İnternetlə elektron sorğu sistemindən (PEIME) istifadə edir.
 
Bu sistem vasitəsilə 1500 ədəddən artıq sorğu işlənilib. “Azərpoçt” MMC-nin Ümumdünya Poçt İttifaqının (ÜPİ) Qlobal Monitorinq Sisteminə (GMS) qoşulması prosesi tam başa çatdırılıb və cari ilin yekunlarına əsasən respondentlərin göndərdiyi nəzarət məktubları təyin edilən normativlərə uyğun ünvan sahiblərinə çatdırılıb. Azərbaycanın poçt şəbəkəsində ÜPİ-nin Keyfiyyətin Yaxşılaşdırılması Fondunun (QSF) vəsaitləri hesabına müxtəlif illərdə həyata keçirilən layihələrin nəticələrinin qiymətləndirilməsi məqsədilə ÜPİ-nin əməkdaşı 26 oktyabr - 01 noyabr tarixlərində “Azərpoçt” MMC-də monitorinq aparmış, ekspertin ilkin rəyinə görə monitorinqin nəticələri qənaətbəxş hesab edilib.
  
  ÜPİ-nin yaz sessiyasında iştirak edən Azərbaycanın nümayəndələrinə keyfiyyətin idarə edilməsi üzrə qızıl səviyyəli sertifikatı və həmçinin EMS Kooperativinin (7-ci dəfə) qızıl səviyyəli sertifikatı təqdim edilib. “Azərpoçt” MMC eyni zamanda 2013-cü il üzrə beynəlxalq bağlamaların məlumatlarının (EDİ mesajlarının) işlənməsi, çatdırılması və “Cricket” sorğu sistemi üzrə ÜPİ tərəfindən təyin olunmuş normativlərə riayət edib.
 







18 Sep 2018 Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub
Ümumdünya Poçt İttifaqının (ÜPİ) Efiopiyanın paytaxtı Əddis Əbəbə şəhərində keçirilən 2-ci növbədənkənar konqresi başa çatıb. Tədbirdə dünyanın 130 ölkəsini təmsil edən mindən çox nümayəndə iştirak edib, Azərbaycan nümayəndə heyəti ilə təmsil olunub.
ətraflı >>

18 Sep 2018 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sentyabrın 21-də Ağstafa rayonunda nəzərdə tutulan Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək. Vətəndaşlarla görüş Qazax rayonunda saat 12:00-da keçiriləcək.
ətraflı >>

13 Sep 2018 Peterburq ali kino məktəbinin 100 illiyi şərəfinə bədii zərf buraxılıb
Rusiya Poçtu Sankt-Peterburq dövlət kino və televiziya institutunun 100 illiyinə həsr olunmuş bədii markalı zərfi poçt dövriyyəsinə buraxıb.
ətraflı >>

10 Sep 2018 Belarusun şəhərləri markalarda, Qrodno
Sentyabrın 14-də Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi Belarusun şəhərləri silsiləsindən Qrodno poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

9 Sep 2018 İkinci Növbədənkənar Ümumdünya Poçt Konqresi başa çatıb
3 günlük konqresdə Ümumdünya Poçt İttifaqının üzvü olan ölkələr poçt sektorunun gələcək inkişafına dair mühüm məsələlər nəzərdən keçirilib, qərarlar qəbul edilib.
ətraflı >>

7 Sep 2018 Kosmos və kosmik uçuşların sirrləri poçt markasında
Sentyabrın 13-də Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi Kosmik uçuşların iştirakçıları Assosiasiyasının 31-ci Beynəlxalq Konqresi poçt markasını dövriyyəyə buraxacaq.
ətraflı >>

6 Sep 2018 Postkrosser günü: dünyanın müxtəlif guşələrindən salam!
Sentyabr ayının 7-də Respublikanın bütün poçt rabitəsi şöbələrində Postkrosser günü promo tədbiri keçiriləcək. Eyni vaxtda 10 və daha artıq beynəlxalq adi poçt kartı göndərən müştərilər onların göndəriş haqqını 10% güzəştlə ödəyə biləcəklər.
ətraflı >>

6 Sep 2018 Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə 24-25 sentyabr 2018-ci il tarixində Bakıda Elektron Ticarət Forumu keçiriləcək.
ətraflı >>

3 Sep 2018 192 ölkənin poçt nümayəndələri Efiopiyada
Bu gün dünaynın 192 ölkəsindən poçt qurumlarının 1000 nəfərə yaxın nümayəndəsi poçt sahəsinin gələcəyini müzakirə etmək üçün Efiopiyanın paytaxtında görüşəcək.
ətraflı >>

31 Aug 2018 Nazir Ramin Quluzadə Naftalanda vətəndaşlarla görüşüb
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Naftalan şəhərində vətəndaşları qəbul edib.
ətraflı >>



Alış Satış
1.9800 2.0000
1.6990 1.7020
0.0248 0.0254
GBP 2.2300 2.2570
SDR 1 SDR 2,3822