Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
18 Jan 2014

Qan Yaddaşımız

  20 Yanvar faciəsi  1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktıdır.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş,1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.

1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Bu qanlı hadisələrdən 24 il keçməsinə baxmayaraq, xalqımız o gecəni daim xatırlayacaq. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi qeyd edir.







19 May 2018 47-ci epistolyar inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı
Ümumdünya Poçt İttifaqı (ÜPİ) 47 ildir ki, təşkilata üzv ölkələrin poçt adminstrasiyaları ilə birgə ümümtəhsil məktəbliləri arasında epistolyar (məktub şəkilində yazı) inşa müsabiqəsi keçirilir.
ətraflı >>

11 May 2018 Poçtap layihəsi çərçivəsində 885 sənəd tapıldı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən Poçtap xidməti artıq 1 (2 mart 2017) ildən çoxdur ki, sənədini itirənləri sevindirir. Poçtap sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır.
ətraflı >>

10 May 2018 Heydər Əliyev-95 illik
Azərpoçt MMC-də milli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan tədbir keçirilib.
ətraflı >>

9 May 2018 Bakıda beşinci "Şəbəkə" xidmət mərkəzi fəaliyyətə başladı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi növbəti Şəbəkə xidmət mərkəzini istifadəyə verib. Yasamal rayonunda, Şərifzadə küçəsində yerləşən Şəbəkə xidmət mərkəzində bütün növ telekommunikasiya, poçt, bank və maliyyə əməliyyatları təşkil edilib.
ətraflı >>

4 May 2018 Nazir Ramin Quluzadə Ağdaşda vətəndaşlarla görüşdü
Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Ağdaş şəhərində görüş keçirib.
ətraflı >>

2 May 2018 Nazir Ağdaşda vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 04.05.2018-ci il tarixində saat 15:00-da Ağdaş şəhərində Ağdaş, Kürdəmir, Ucar, Göyçay rayonlarının və Mingəçevir şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
ətraflı >>

2 May 2018 Türkiyə poçtundan maraqlı aksiya
Türkiyənin Poçt və Teleqraf Təşkilatı (PTT) Analar Gününə həsr olunmuş xüsusi məktub kampaniyası keçirəcək.
ətraflı >>

19 Apr 2018 Belarus milli poçt şəbəkəsinin operatoru olan Belpoçt 23-27 aprel 2018-ci il tarixləri arasında E-commerce"- elektron ticarət təqdimat həftəsi keçirəcək
Elektron ticarət bütün dünyada olduğu kimi, Belarus dövlətinin də logistika mərkəzinə çevrilməsində böyük rol oynayır. Beynəlxalq elektron ticarət məhsullarının poçt vasitəsilə daşınma və çatdırılması baxımından ölkə üçün yeni imkanlar açır.
ətraflı >>

18 Apr 2018 Amerika Birləşmiş Ştatlarının Poçt Xidməti ABŞ Aviapoçt unun 100 illik yubileyini qeyd edəcək
Bu il Amerika Birləşmiş Ştatlarının Poçt Xidməti hava poçtunun 100 illiyinə həsr olunmuş iki Forever (Əbədi) tipli poçt markalarını nəşr edəcək. Markalardan biri mavi, digəri isə qırmızı rəngdə olacaq.
ətraflı >>

17 Apr 2018 Azərekspresspoçt ÜPİ tərəifndən mükafata layiq görüldü
İsveçrənin Bern şəhərində yerləşən Ümumdünya Poçt İttifaqında(ÜPİ) EMS Kooperativinin 21-ci Ümumi Assambleyası keçirilib. Azərbaycan da daxil olmaqla EMS Kooperativinə üzv olan Avropa ölkələri mərasimdə iştirak ediblər.
ətraflı >>



Alış Satış
1.9700 2.0000
1.6970 1.7010
0.0272 0.0277
GBP 2.2400 2.2900
SDR 1 SDR 2,4123