Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
8 Jan 2014

"Azərpoçt" MMC MDB ölkələri ilə "STEFİ" sistemi üzərindən əməkdaşlığını genişləndirir.

 "Azərpoçt" MMC  MDB ölkələrinin poçt operatorları ilə "Secured Transfer of Electronic Financial Information (STEFI)" sistemi üzərindən elektron pul köçürmələrinin mübadiləsini genişləndirməkdə davam edir.


MDB dövlətlərindən Qazaxıstanla Təcili elektron pulköçürmələri sistemi uğurla istismara verildikdən sonra Özbəkistanla bu istiqamətdə işlərə başlanılıb. Hələlik ilkin addım kimi iki ölkə arasında poçt mübadiləsi ləğv edilərək "STEFİ" sisteminə keçilib. Bunun ardınca da "STEFİ"-nin təcili sisteminə keçid baş tutacaq. Artıq Qırğızıstan Respublikası ilə də müqavilə əsasında test işləri aparılır.
 Qeyd edək ki, Azərbaycan beynəlxalq pul göndərişləri üzrə "STEFİ" sisteminə qoşularaq Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Moldova və Birləşmiş Ərəb Əmirlikləri ilə mübadilə həyata keçirir.

Eyni zamanda, Estoniya, Litva, Gürcüstan, Tacikistan və Türkmənistan  poçt operatorları ilə "STEFİ" üzərindən sürətli pulköçürmələrinin  həyata keçirilməsi ilə bağlı danışıqlar aparılır.
 
Ümumdünya Poçt İttifaqının hesablamalarına əsasən 48 ölkə arasında bu sistem vasitəsilə pul göndərişlərinin mübadiləsi həyata keçiriləcəkdir. Qeyd edək ki, Azərbaycan bu sistemə 2004-cü ilin oktyabr ayından qoşulub. Bu tarixdə ÜPİ-nin nümayəndələri  Bakıya təşrif buyurub. Hətta Azərbaycan təcrübəsinin öyrənilməsi üçün Qırğızıstanın və Özbəkistanın poçt müdiriyyətlərinin nümayəndələri də qonaqlar sırasında olub.
ÜPİ-nin baş direktoru Eduard Dayan tərəfindən Azərbaycan poçt müdiriyyətinə daxil olan məktubda Qırğızıstanda və Özbəkistanda poçt şəbəkəsinin kompüterləşdirilməsi xahiş olunub.
  Belə ki, ölkə daxilində beynəlxalq pul göndərişlərinin qəbul edilib göndərilməsində, eyni zamanda pul göndərişlərinin sahiblərinə çatdırılmasında banklarla rəqabətdə dövlət poçt operatoru daha geniş imkanlara malikdir. Banklar Bakı və digər iri şəhərlərdə müştərilərə xidmətini təklif etdiyi halda, ölkənin bütün kəndlərini əhatə edən və hazırda 1500-dən çox olan dövlət poçt operatorunun xidmət sferası daha geniş şəbəkəyə malikdir. Pul göndərişlərinin tez bir zamanda sahibinə çatdırılmasına gəldikdə isə bu göstəricilər xarici ölkələrin bir çoxunda "STEFİ" sistemində tam təmin olunur. Poçt şöbələri tərəfindən pul göndərişləri üçün alınan rüsumun özəl banklarla müqayisədə çox aşağı olması müştərilər üçün xüsusi əhəmiyyət kəsb edir.
  "STEFİ" sistemi ilə pul göndərən vətəndaşların pul köçürməsi 10-15 dəqiqə ərzində ucqar dağ kəndinə çatır.
 
Xatırladaq ki, "Azərpoçt" MMC tərəfindən 2001-ci ilin ikinci yarısından başlayaraq ölkə ərazisində pul göndərişləri elektron şəbəkə vasitəsilə həyata keçirilməyə başlanılıb. 2002-ci ilin sonundan etibarən pul göndərişlərinin izlənmə sistemi tətbiq edilib.







12 Jun 2018 Poçtap layihəsi çərçivəsində 915 sənəd tapıldı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən Poçtap xidməti artıq 1 (2 mart 2017 ) ildən çoxdur ki, sənədini itirənləri sevindirir. Poçtap sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır.
ətraflı >>

6 Jun 2018 Belpoçta Respublika Unitar Müəssisəsi-dən Postkrosser günü: dünyanın müxtəlif guşələrindən salam aksiyası
İyunun 8-də respublikanın bütün poçt rabitəsi şöbələrində Postkrosser günü promo tədbiri keçiriləcək. Eyni vaxtda 10 və daha artıq beynəlxalq adi poçt kartı göndərən müştərilər onların göndəriş haqqını 10% güzəştlə ödəyə biləcəklər.
ətraflı >>

5 Jun 2018 Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Vahid Çağrı Mərkəzi yaradıldı 155
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki qurumlarda fəaliyyət göstərən müxtəlif çağrı mərkəzləri birləşdirilib. Yüksək keyfiyyətli müştəri xidmətlərinin göstərilməsi, vətəndaşların daha rahat müraciəti, tam düzgün və ətraflı məlumat ala bilməsi üçün Vahid Çağrı Mərkəzi 155 yaradılıb.
ətraflı >>

5 Jun 2018 2018-ci ildə poçt xidmətlərinin dünya reytinqi
Ümumdünya Poçt İttifaqı poçt göndərişləri haqqında trekinqin məlumatlarını, poçt operatorlarının fəaliyyəti haqqında rəsmi statistikanı və öz araşdırmalarını təhlil edərək, xüsusi metodika ilə ölkələrin poçt rabitəsinin inkişafı üzrə vahid indeksini müəyyən edir.
ətraflı >>

1 Jun 2018 Azərbaycanda poçt rabitəsinin yaradılmasından 200 il ötür
Azərbaycan poçtunun tarixi 1 iyun 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontorunun açılmasından başlanır. Daha sonra 1826-cı ildə Bakıda, 1828-ci ildə isə Naxçıvanda poçt ekspedisiyası təşkil edilib.
ətraflı >>

22 May 2018 Gürcüstan Poçtu Avropanın ən yaxşı poçt şirkətləri onluğuna daxildir
Gürcüstan Poçtu Dövlət Şirkəti Premium dərəcəli beynəlxalq poçt xidməti birliyi (EMS) Şurasına seçkilərdə qalib gəlib. Səsvermə İsveçrənin Bern şəhərində Ümumdünya Poçt İttifaqının baş ofisində keçirilib. Bu barədə Gürcüstan Poçtunun rəsmi saytında məlumat verilir.
ətraflı >>

19 May 2018 47-ci epistolyar inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı
Ümumdünya Poçt İttifaqı (ÜPİ) 47 ildir ki, təşkilata üzv ölkələrin poçt adminstrasiyaları ilə birgə ümümtəhsil məktəbliləri arasında epistolyar (məktub şəkilində yazı) inşa müsabiqəsi keçirilir.
ətraflı >>

11 May 2018 Poçtap layihəsi çərçivəsində 885 sənəd tapıldı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən Poçtap xidməti artıq 1 (2 mart 2017) ildən çoxdur ki, sənədini itirənləri sevindirir. Poçtap sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır.
ətraflı >>

10 May 2018 Heydər Əliyev-95 illik
Azərpoçt MMC-də milli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan tədbir keçirilib.
ətraflı >>

9 May 2018 Bakıda beşinci "Şəbəkə" xidmət mərkəzi fəaliyyətə başladı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi növbəti Şəbəkə xidmət mərkəzini istifadəyə verib. Yasamal rayonunda, Şərifzadə küçəsində yerləşən Şəbəkə xidmət mərkəzində bütün növ telekommunikasiya, poçt, bank və maliyyə əməliyyatları təşkil edilib.
ətraflı >>



Alış Satış
1.9450 1.9750
1.6970 1.7020
0.0262 0.0267
GBP 2.0000 2.2500
SDR 1 SDR 2,3934