Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
12 Nov 2013

Azərbaycan Ümumdünya Poçt İttifaqının payız sessiyasında təmsil olunur

 Ümumdünya Poçt İttifaqı (ÜPİ) cari ilin 28 oktyabr tarixində İsveçrənin Bern şəhərində öz işinə başlayan payız sessiyası fəaliyyətini noyabrın 15-nə qədər davam etdirəcək.
 
Sessiyada dünyanın yüzdən çox üzv ölkələrinin poçt administrasiyasının nümayəndələri, müxtəlif beynəlxalq təşkilatlar və digər regional poçt ittifaqlarının nümayəndələri iştirak edirlər. Azərbaycan poçt administrasiyasını sözügedən tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı, Poçt sektorunun baş məsləhətçisi Nasir Həmidov təmsil edir. N.Həmidov ötən ilin əvvəlində ÜPİ-nin Poçt Əməliyyatları Şurasının (Postal Operations Council – POC) sessiyasında ÜPİ-nin Qəyyumlar Heyətinin (Board of Trustees - BoT) tərkibinə adlı olaraq üzv seçilib. Xatırladaq ki, BoT-nin tərkibinə hazırda dünyanın 9 ölkəsinin  - Azərbaycan, ABŞ, Hindistan, Portuqaliya, Qana, İsveçrə, Nigeriya, Çili və Avstraliyanın nümayəndəsi daxildir.
 
 
Belə ki, sessiya dövründə BoT-nin də iclasları keçiriləcək, baxılacaq əsas məsələlərdən biri də dünya ölkələri tərəfindən ÜPİ Katibliyinə təqdim olunmuş layihələrin, həmçinin bu layihələrin tətbiqi üzrə ilkin, aralıq və yekun hesabatların və digər sənədlərin baxılıb müzakirə edilməsi, müvafiq qərarlar hazırlanmasına aiddir. Şurada baxılan layihələr üzrə məlumatlar konfidensial olduğundan yalnız Heyətin üzvləri və Katibliyin nümayəndələri tərəfindən baxılır.
 
Tədbirlərdə beynəlxalq poçt sahəsi üzrə xeyli sayda vacib qərarların qəbul edilməsi gözlənilir.
 
 







18 Oct 2018 PostEurop Avropa markaları müsabiqəsi keçirib
Tədbir hər il keçirilir və müsabiqədə sadəcə identifikasiya simvolu ilə xüsusi poçt markaları nəşr etmək hüququna malik olan PostEurop-un üzv ölkələrinin milli poçt operatorları iştirak edir. Müsabiqənin mövzusu PostEurop-un marka və filatelistlər üzrə işçi qrupu tərəfindən seçilir. Bu ilin mövzusu körpülər olub.
ətraflı >>

17 Oct 2018 Azərpoçt MMC bank nominasiyasının qalibi oldu
Azərbaycanın milli poçt operatoru Azərpoçt MMC Mastercard debet layihəsini uğurla tamamlayan bank nominasiyasının qalibi elan edilib. Bu münasibətlə AzərpoçtMMC xüsusi sertifikata layiq görülüb.
ətraflı >>

16 Oct 2018 Yeni il poçt markaları artıq dövriyyədə
Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi Yeni ilə həsr olunmuş poçt markalarını dövriyyəyə buraxıb. Markaların tirajı 60 mindir.
ətraflı >>

12 Oct 2018 18 oktyabrda Dünya Mədəniyyət Xadimləri seriyası çərçivəsində yazıçı Ceyms Oldricin anadan olmasının 100 illiyinə həsr olunan orijinal markalı zərf poçt dövriyyəsinə buraxılacaq
Ceyms Oldric (19182015) - Britaniyalı yazıçı və jurnalistdir. Onun İkinci Dünya müharibəsi haqqında olan əsərləri bir çox ölkələrdə nəşr olunub, 30-dan çox kitabın müəllifidir.
ətraflı >>

9 Oct 2018 9 oktyabr - Poçt işçilərinin peşə bayramıdır
Azərbaycanda poçt rabitəsi 16-cı əsrdən inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə 19-cü əsrə təsadüf edir. 1818-ci ildə isə Gəncədə, o vaxtki Yelizavetpolda poçt kontoru açılıb. Bu isə o deməkdir ki, Azərbaycanda rəsmi olaraq poçt sahəsinin inkişafı 200 illik bir dövrü əhatə edir.
ətraflı >>

8 Oct 2018 Rusiya Silahlı Qüvvələrinin Tarixi seriyalı markalar zərflərdə
9 oktyabrda Rusiya Silahlı Qüvvələrinin Tarixi seriyası çərçivəsində ordu generalı A.V.Xrulyeva adına Maddi-Texniki Təchizat Üzrə Hərbi Akademiyanın Hərbi İnstitutunun 100 illiyinə həsr olunmuş orijinal markalı zərf poçt dövriyyəsinə buraxılacaq.
ətraflı >>

6 Oct 2018 6 Oktyabr Poçt və Teleqraf Nazirliyinin yarandığı gündür
Azərbaycanda poçt rabitəsi 16-cı əsrdən inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə 19-cu əsrə təsadüf edir. 1818-ci il, iyun ayının 1-də Gəncə şəhərində ilk poçt kontoru açılıb. 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində Bakıda sürətlə inkişaf etməkdə olan neft sənayesi ilə bərabər telefon rabitəsi də inkişaf edib.
ətraflı >>

5 Oct 2018 Çeçenistan paytaxtının 200 illiyi şərəfinə marka
Bu gün Qroznı şəhərinin 200 illiyinə həsr olunmuş marka poçt dövriyyəsinə buraxılıb. Markanın üzərində Qroznı-Siti yüksək mərtəbəli binalar kompleksinin fonunda A.Kadırov adına Çeçenistanın ürəyi məscidi təsvir olunub.
ətraflı >>

5 Oct 2018 Moldova poçtu xatirə markaları buraxır
Moldova Respublikasının Ticarət-Sənaye Palatasının yüz illiyi nə həsr olunan markanın həkk edildiyi poçt zərfləri dövriyyəyə buraxılıb. Zərflərin tiraj həcmi 20 min nüsxədən ibarətdir.
ətraflı >>

4 Oct 2018 Belpoçtada müəllimlərə təbrik
Oktyabrın 5-də Belpoçta RUM xüsusi ayrılmış poçt rabitəsi şöbələrində Müəllimlər günü münasibətilə təqdimat tədbiri keçirəcək.
ətraflı >>



Alış Satış
1.9370 1.9580
1.6990 1.7015
0.0253 0.0260
GBP 2.2050 2.2450
SDR 1 SDR 2,3684