Bizmlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Kalkulator
Xəbərlər
23 May 2013 “Azərpoçt” MMC ilə “Çîëîňŕ˙ Ęîđîíŕ” beynəlxalq pul köçürməsi sistemi arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.
“Azərpoçt” MMC beynəlxalq pul köçürmələri sistemində fəaliyyətini genişləndirməyə davam edir. “Contact”, “Caspian Money Transfer”, “Western Union”, “Migom” beynəlxalq pul köçürmələri sistemləri ilə əməkdaşlıq edən “Azərpoçt” MMC 01.04.2013-cü il tarixindən “Çîëîňŕ˙ Ęîđîíŕ” beynəlxalq pul köçürməsi sistemi ilə də əməkdaşlıq müqaviləsi imzalamışdır.
ətraflı >>

22 May 2013 Beynəlxalq poçt göndərişləri üzrə xidmət tarifləri dəyişdirilib
Azərbaycanın milli poçt operatoru “Azərpoçt” MMC beynəlxalq poçt göndərişləri üzrə tariflərində dəyişiklik edib.Dəyişikliklər beynəlxalq poçt göndərişlərinin gömrük nəzarətinə təqdim edilməsinə görə poçt şöbələrində alınan xidmət haqlarına aiddir.
ətraflı >>

16 May 2013 Belçika Poçt Təşkilatı Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı marka təqdim edib
Belçika Poçt Təşkilatı ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş marka təqdim edib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi xəbər yayıb. Səfirlik bildirir ki, Brüsseldə Belçika Poçt Təşkilatı (Bpost) tərəfindən ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə buraxılmış poçt markasının təqdimat mərasimi keçirilib. Mərasimdə səfirliyin və NATO yanında nümayəndəliyimizin əməkdaşları ilə yanaşı, Belçika, Niderland və Lüksemburqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, “Ana vətən” Azərbaycanlı Qadınlar Birliyinin üzvləri də iştirak ediblər.
ətraflı >>

8 May 2013 Azərbaycanla Belarus arasında “STEFİ” sürətli pul köçürmələri dövriyyəsinə başlanılıb
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin \"Azərpoçt\" MMC-i Belarus poçt operatoru ilə \"STEFİ\" üzərindən sürətli pul köçürmələrinə başlayıb.
ətraflı >>

6 May 2013 “Azərpoçt”MMC və Təhsil Nazirliyi ölkəmizin məktəbliləri arasında 42-ci beynəlxalq epistolyar inşa müsabiqəsini təşkil etmişdir
“Azərpoçt”MMC və Təhsil Nazirliyi Ümumdunya Poçt İttifaqının xətti ilə 2012-2013-cü illər üzrə ölkəmizin məktəbliləri arasında 42-ci beynəlxalq epistolyar inşa müsabiqəsini təşkil etmişdir.
ətraflı >>

3 May 2013 Zərifə Əliyevanın 90 illiyinə həsr olunmuş marka buraxılıb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti tərəfindən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş suvenir poçt bloku dövriyyəyə buraxılıb.
ətraflı >>

2 May 2013 Milli poçt operatoru ATM və POS-terminalların sayını artıracaq
Milli poçt operatoru olan “Azərpoçt” MMC göstərdiyi bank xidmətlərinin çeşidini və sayını artırır. Bir çox beynəlxalq pul köçürmələri sistemi, onların yerli və xarici nümayəndəlikləri ilə MMC-nin müvafiq qurumları arasında aparılmış danışıqlar nəticəsində artıq Bakı, Sumqayıt, Abşeron poçt filialları, bütün lisenziyası olan şöbələr “Contact”, “Migom”, “Caspian Money Transfer” Beynəlxalq pul köçürmələri sisteminə qoşulub və əhaliyə xidmət göstərməyə başlayıb.
ətraflı >>

22 Apr 2013 Azərbaycan poçtu qızıl səviyyəli sertifikata layiq görülüb
\"Azərpoçt\" MMC və \"Azərekspresspoçt\" RM qızıl səviyyəli sertifikatlara layiq görülüb. Belə ki, 193 ölkə ilə təmsil olunan Ümumdünya Poçt İttifaqı (ÜPİ) 2004-cü ildən başlayaraq üzv ölkələri arasında göstərilən poçt xidmətlərinin müəyyən standart və şərtlərə uyğunluğunu dəyərləndirmək məqsədi ilə keyfiyyətin idarə edilməsi üzrə sertifikatlaşmanın nəticələrini aparır.
ətraflı >>

22 Apr 2013 “Azərekspresspoçt” RM növbəti dəfə ÜPİ-nin “Qızıl sertifikat”ına layiq görülüb
Azərbaycanda sürətli poçt rabitəsi xidmətləri (Express Mail Service – EMS) göstərən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” MMC-nin “Azərekspresspoçt” rabitə müəssisəsi növbəti dəfə Ümumdünya Poçt İttifaqının (ÜPİ) “Qızıl sertifikat”ına layiq görülüb.
ətraflı >>

17 Apr 2013 Belarus Poçtu ilə təcili elektron pul köçürmələri test edilir
Ölkəmiz daha bir ölkə ilə \"STEFİ\" (Secured Transfer of Electronic Financial İnformation) təcili pul köçürmələri əməliyyat sistemi ilə mübadilə aparacaq.
ətraflı >>

2 Apr 2013 "Azərpoçt" MMC “İndeks və ünvanların axtarışı” məlumat bazasını istifadəyə verib
\"Azərpoçt\" Məhdud Məsuliyyətli Cəmiyyəti yeni elektron məlumat bazasını formalaşdıraraq cəmiyyətin istifadəsinə təqdim edib. Bu barədə \"ICTnews\" elektron xəbər xidmətinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov məlumat verib.
ətraflı >>

27 Mar 2013 Azərbaycana gələn poçt bağlamalarına hansı gömrük və vergi rüsumları tətbiq edilir?
Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən mallara gömrük vergi və rüsumları Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında" 12 aprel 2001-ci il tarixli 80 nömrəli qərarına dəyişiklik edilməsi barədə" 22.12.2003-cü il tarixli 161 nömrəli və "Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" 31.01.2005-ci il tarixli 11 nömrəli qərarları ilə tətbiq edilir.
ətraflı >>

6 Mar 2013 "Azərpoçt" MMC "Migom" QSC - Beynəlxalq pul köçürmələri ödəniş sistemi ilə birgə mətbuat konfransı keçirilmişdir
Azərbaycanın Milli poçt operatoru \"Azərpoçt\" MMC \"Migom\" QSC - Beynəlxalq pul köçürmələri ödəniş sistemi ilə birgə Rusiya ilə Azərbaycan arasında tranzaksiya dəhlizinin və pul köçürmələri bazarında innovasiya proseslərinin inkişafı ilə bağlı Migom” QSC beynəlxalq pulköçürmə sisteminin idarə heyətinin sədri Natalya Karaçevtsevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə mətbuat konfransı keçirilmişdir.
ətraflı >>

27 fev 2013 "Azərpoçt" MMC və Ukrayna Poçtu arasında təcili elektron pul köçürmələrinin mübadiləsinə başlanılıb
STEFİ elektron pul köçürmələri üzrə UPİ-nin regional layihəsinin icrası ilə bağlı pilot olaraq “Azərpoçt” MMC ilə Ukrayna Poçtu arasında təcili elektron pul köçürmələrinin mübadiləsinə başlanılıb. Bu barədə müəssisədən verilən məlumatda bildirilir.
ətraflı >>

18 fev 2013 XOCALI SOYQIRIMI
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür.
ətraflı >>

6 fev 2013 “Azərpoçt” MMC KÖMİS-də vergi, rüsum, digər büdcə ödənişləri, DSMF-nin məcburi dövlət sosial sığorta ödənişlərinin qəbuluna başlayıb
Vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin Milli Ödəniş Sisteminin bütün ölkəni əhatə edən geniş infrastrukturu vasitəsilə toplanması və ödəniş tranzaksiyalarının Dövlət Xəzinədarlıq Agentliyinin daxili informasiya sistemində birbaşa emalının təmin edilməsi məqsədilə "Azərpoçt" MMC tərəfindən Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemində (KÖMİS) vergi, rüsum, digər büdcə ödənişləri, eləcə də Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məcburi dövlət sosial sığorta ödənişlərinin qəbuluna başlanılıb.
ətraflı >>

6 fev 2013 Poçt şöbələrinin beynəlxalq pul köçürmələri sistemləri ilə əlaqələri genişlənir
“Azərpoçt” MMC-də banklarda göstərilən xidmətlərin tətbiqi prosesi həyata keçirilməkdədir.Bu barədə müəssiədən verilən məlumatda bildirilur. Məlumatda qeyd edilir ki, bir çox beynəlxalq pul köçürmələri sistemi, onların yerli və xarici nümayəndəlikləri ilə Azərpoçt MMC-nin müvafiq qurumları arasında danışıqlar aparılır.
ətraflı >>

6 fev 2013 “Azərpoçt” MMC-nin 1132 poçt şöbəsi mərkəzi serverə qoşulacaq
"Maliyyə Xidmətlərinin İnkişafı" Layihəsi üzrə nəzərdə tutulan "Azərpoçt" MMC-nin 1132 poçt şöbəsinin mərkəzi serverə qoşulması məqsədilə zəruri texniki tədbirlər görülür. Bu barədə müəssiənin baş direktor müavini Sübahan Kazımov məlumat verib.
ətraflı >>

10 Jan 2013 Azərbaycanın Milli Poçt Operatoru -“Azərpoçt”MMC ÜPİ-nin qızıl səviyyəli keyfiyyət sertifikatına layiq görülmüşdür.
193 ölkə ilə təmsil olunan Ümumdünya Poçt İttifaqı (ÜPİ) 2004-cü ildən başlayaraq üzv ölkələri arasında göstərilən poçt xidmətlərinin müəyyən edilmiş standart və şərtlərə uyğunluğunu dəyərləndirmək məqsədi ilə keyfiyyətin idarə edilməsi üzrə sertifikatlaşma aparır. 2004-cü ildən 2012-ci ilə qədər bu sertifikatlaşmada cəmi 51 ölkənin milli poçt operatoru iştirak etmişdir.
ətraflı >>

29 Dec 2012 Nazir Əli Abbasov “Şöhrət” ordeni ilə təltif edilib
Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “Şöhrət” ordeni ilə təltif edilib.
ətraflı >>

29 Dec 2012 “ASAN xidmət” mərkəzinin açılışı olub
Dekabrın 29-da Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və 1 nömrəli “ASAN xidmət” mərkəzinin binası istifadəyə verilib.
ətraflı >>

20 Dec 2012 “Azərpoçt” MMC-yə “Maliyyə Xidmətlərinin İnkişafı Layihəsi” ilə bağlı sertifikat təqdim edilmişdir.
“Azərpoçt” MMC ölkə prezidentinin sərəncamı ilə təsdiq edilmiş Dünya Bankının maliyyələşdirdiyi “Maliyyə Xidmətlərinin İnkişafı Layihəsi” çərçivəsində ölkəmizin şəhər və regionlarında əhalinin bank-maliyyə xidmətlərinə sərbəst çıxışını təmin edir və əhatə dairəsini daim genişləndirməkdə davam edir.
ətraflı >>



Alış Satış
0.9989 1.0289
0.7825 0.7865
0.0245 0.0255
SDR 1 SDR 1,1698